Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-120/2025 03.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Fəzail Qədimov adına 222 nömrəli tam orta məktəbin müəllimi Elnur Nəsibov saat 10-11 radələrində 9b sinfində Fiziki tərbiyə dərsini tədris etmişdir. Həmin gün mövzu sürət hərəkətləri olduğu üçün müəllim Elnur Nəsibov şagirdlərlə məktəbin həyətyanı ərazisində yerləşən idman meydançasında olmuşdur. Müəllim şagirdlərə müvafiq fiziki hərəkətləri göstərərkən ehtiyatsızlıqdan ayağı burxularaq yıxılmışdır. Ağır çəkili insan olduğu üçün yıxılarkən sol biləyi zədələnmiş və said sümüyü sınmışdır. Dərhal ərazi üzrə X10 şöbəsinə müraciət olunmuş, ilkin tibbi yardım göstərilmiş, sonra müəllim xəstəxanaya aparılmışdır. 9 gün sonra müəllim iş yerində olmuş və fəaliyyətini davam etdirmişdir. Hadisənin baş verdiyi gün tərəfindən tabeliyində olduqları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüElektron ünvan 1 elektron poçt ünvanına yazılı olaraq məlumat verilmişdir. Təhqiqat nəticəsində məktəbdə heç bir əməyin mühafizəsi qaydalarının pozulması faktı aşkar edilməmiş və müəllim Elnur Nəsibov tərəfindən onunla bağlanmış əmək müqaviləsinin 4.13-cü bəndinin (işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydaları və normalarına əməl etməyə borcludur.) tələblərinin pozulması faktı təsdiq edilmişdir. Onlayn görüş zamanı protokol müzakirəsi aparılmış, müzakirə zamanı bu vaxta qədər onlardan belə hadisələrdə heç bir sənəd istənilməməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsi tərəfindən təhsil müəssisələrinə hər hansı bir təlimat göndərilməməsi, hər hansı baş verən hadisə haqqında hansısa elektron ünvana məlumat göndərilməsi barədə heç bir göstərişin olmaması tərəfindən qeyd edilmiş, həmçinin onların barəsində vermək istədikləri qərarla (cərimə ilə) razılaşmadığını bildirsə də, buna məhəl qoyulmamışdır. MN № ******* nömrəli 07 yanvar 2025-ci il tarixli Qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsi ilə 1000 (bir min) manat cərimə edilmişdir. 26 ilə yaxındır ki, təhsil müəssisəsində çalışır, bunun son 9 ilini rəhbər olaraq fəaliyyət göstərmişdir. Məktəbdə baş verən xüsusi hallar barədə X7 Xidmətinə də məlumat vermək bu vaxta qədər tələb olunmayıb. Daxili normativ qaydalarına əsasən tabeliyində olduqları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-59/3-2-259F/2023 nömrəli "Xüsusi hallar zamanı fəaliyyətə dair təlimat"ın 7-ci bəndinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin eyni tarixli və nömrəli "Əmrin icrasını təmin edilməsi" barədə xx.xx.2016-cı il tarixli 386 nömrəli əmrə dəyişiklik edilməsi barədə əmrinin 4-cü bəndinə və müvafiq sənədlərin əsasında tərtib olunmuş məktəbdaxili xx.xx.2024-cü il tarixli 15 nömrəli əmrin 6cı bəndinə əsasən hadisənin baş verdiyi gün dərhal "103" X10 xidmətinə və tabeliyində olduqları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xuElektron ünvan 1 elektron poçt ünvanına məlumat verilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın qanunsuz tərtib olunduğunu hesab edir. Göstərilənlərə əsasən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində inzibati qaydada cərimə edilməsi ilə bağlı qəbul edilmiş X7 Xidmətinin şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətini müdafiə edərək bildirmişdir ki, məktəb hər hansı bir istehsalat müəssisəsi hesab edilməməli və baş vermiş hadisə İstehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilməməlidir. Eyni zamanda rəhbərlik olaraq ona yuxarı səlahiyyətli orqan tərəfindən belə növ hadisələr zamanı Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinə məlumat vermək kimi göstəriş verilməmişdir. Bu səbəbdən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində inzibati qaydada cərimə edilməsi ilə bağlı qəbul edilmiş X7 Xidmətinin şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X9 bildirdi ki, Bakı şəhəri 222 nömrəli tam orta məktəbin işçisi X8 barəsində xx.xx.2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məktəbin direktoru X4 tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinə məlumat verilməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. qeyd edilən bədbəxt hadisənin işçinin əmək funksiyalarını yerinə yetirməsi zamanı işlədiyi müəssisədə baş verdiyini, işəgötürən tərəfindən həmin hadisənin araşdırılması üçün dərhal hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermədiyini nəzərə alaraq, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri 222 nömrəli tam orta məktəbin işçisi X8 barəsində xx.xx.2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məktəbin direktoru X4 tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinə məlumat verilməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 47 saylı əmrdən çıxarışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdən Bakı şəhəri 222 nömrəli tam orta məktəbə müddətsiz müqavilə əsasında hərbi rəhbər təyin edilmiş və direktor X4 tərəfindən imzalanmışdır. İş materiallarında olan X8 ilə bağlanmış əmək müqaviləsindən görünür ki, yaranmış əmək münasibəti üzrə işəgötürən X3r. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarın; 1.1-ci bəndinə əsasən bu Qaydalar qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət, əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. 1.7-ci bəndinə əsasən İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X7 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X7 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir. Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X7 Xidməti həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin izahatına və iş materiallarına əsasən qeyd edilən bədbəxt hadisənin işçinin əmək funksiyalarını yerinə yetirməsi zamanı işlədiyi müəssisədə baş verdiyini, işəgötürən tərəfindən həmin hadisənin araşdırılması üçün dərhal hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermədiyini nəzərə alaraq, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir və şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-120/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-120/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver