Məhkəmə qərarları › İş №3(002)-1200/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1200/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1200/2023 08.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bərdə rayonu, Cicimli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Qaradağ RPİ-dən tərəfindən Şəxs İXM-nin 343.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 05 may 2023-cü il tarixdə, saat 00:31 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Volkswagen Passat” minik markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən saxlanılmış və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. Qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı olaraq Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 332.1-ci, 332.2-ci və 343.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 05 may 2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X3 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bərdə rayonu, Cicimli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsində ünvanını dəqiq bilmədiyi evdə kirayə yaşayır, subaydır, “50 Qəpik” restoranında qeyri-rəsmi işləyir. “Volkswagen Passat” minik markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə edir. 05 may 2023-cü il tarixdə, gecə 01:00 radələrində həmin avtomobillə hərəkətdə olarkən yol polisi əməkdaşları onu saxlamış, onun spritli içki qəbul edib-etməməsini yoxlamışlar. Onda spirtli içki çıxmamış, bu dəfə onu narkoloji dispanserə aparmaq qərarına gəlmişlər. Dispanserdə ondan narkotik vasitənin təsiri altında olub-olmadığını müəyyən etmək üçün sidik analizi verilməsini bildirmişlər. O isə analizi yarım saat sonra verə biləcəyini bildirmişdir. Həkim onun bu hərəkətini analiz verməkdən imtina kimi sənədləşdirmişdir. O əməlindən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirirək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müayinə edilməsin Qaydaları”na dair Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 05 may 2023-cü il tarixli, 1/2414 saylı aktın surətindən aydın olur ki, Şəxs həmin gün saat 02:00 radələrində sidik analizi verməməklə müayinədən keçməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” Aktın surətindən aydın olur ki, “Volkswagen Passat” minik markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil 05 may 2023-cü il tarixdə, saat 01:05 radələrində duracağa yerləşdirilmiş, 08 may 2023-cü il tarixdə X4 tərəfindən qəbul edilmişdir. Məhkəmə, tərəflərin izahatını, Şəxs barəsində tərtib edilmiş 05 may 2023-cü il tarixli İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, o, İXM-nin 343.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar