Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1202/2024 14.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, xx xxxxxx 1961-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X2 barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* saylı 04 aprel 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, X2 “Mazda minik” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobili qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 sentyabr 2023-cü il tarixdə EQ 16723478 saylı elektron qərar tərtib edilmişdir. Həmin qərar üzrə qəbul edilmiş inzibati cərimə növündə qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 barəsində tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, mülkiyyətində olduğu “Mazda markalı” ** HN *** dövlət qeydiyyat nişanlı avtomobili təqribən on ilə yaxındır ki, istismara yararsız olduğu üçün idarə olunmur. Belə ki, həmin avtomobil nasaz olduğu üçün həyətlərində istismara yararsız vəziyyətdə saxlanılmışdır. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və X1 izahatını nəzərdən keçirib hesab edir ki, X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, X1 məhkəməyə təqdim etdiyi fotoşəkildən və videogörüntüdən də aydın olur ki, mülkiyyətində olduğu “Mazda markalı” ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil istismara yararsız halda olmaqla uzun müddətdir ki, istifadə olunmamış vəziyyətdədir. Göründüyü kimi yuxarıda qeyd olunan inzibati xəta hadisəsi X2 tərəfindən törədilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələbindən aydın olur ki, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində 04 aprel 2024-cü il tarixli, İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1202/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1202/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver