Məhkəmə qərarları › İş №3(002)-1203/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1203/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1203/2023 05.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştrakları ilə, X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X7 şikayətlə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 yanvar 2023-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən tərtib edilmiş 27 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X1 rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi ünvanında fəaliyyət göstərdiyi dəmirçi sexində yaranan tullantıların ərazidə qalaqlanmasına görə Azərbaycan Respublikası İXMnin 271-ci maddəsinin tələblərini pozmuş və buna görə də 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X7 öz izahatında göstərmişdir ki, o ünvan 3 ünvanında fərdi sahibkar qismində avtomobillərin rənglənməsi fəaliyyəti ilə məşğul olur. Şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı RETS tərəfindən 27 yanvar 2023-cü il tarixli MN ******* saylı qərar qəbul edilərək o İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyi qeyd edilməklə 500 manat məbləğində cərimə və İXM-nin 150.13-cu maddəsinə əsasən 300 manat dəbbə pulu barəsindədə hesablanmışdır. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı RETŞ tərəfindən tərtib edilmiş qərarda qeyd edilir ki, 10 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanında guya o dəmirçi sexində tullantıları qalaqlamışdır. Bildirmişdir ki, ünvan 3 ünvanında o rəngsaz sexində fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsindən bir qədər kənarda yığılmış tullantıların onun obyekti ilə heç bir əlaqəsi yoxdur və bunun üçün o heç bir məsuliyyət daşımır. Lakin əsassız olaraq barəsində protokol tərtib edilərək İXMnin 271-ci maddəsi ilə 500 manat cərimə və dəbbə olaraq 300 manat hesablanmışdır. Həmin qərar 27 yanvar 2023-cü il tarixdə tərtib edilsə də bu barədə onun məlumatı olmamış, icra şöbəsindən onu çağıranda cərimə edildiyini bilmişdir. Onun tərtib edilmiş protokoldan xəbəri olmamışdır və protokol tərtib edilərkən onu dəvət etməmişlər. Əlavə olaraq bildirmişdir ki, o rəngszdır və onun ümumiyyətlə tullantısı olmur. Həmin ərazidə digər təmir sexləri də mövcuddur. Lakin hələdə ona məlum deyil ki, onun adına necə protokol və qərar tərtib edilmişdir. Ətrafda olan digər sexləri qeyd etməyi onu ehtiva etmir ki, oların hansısa bu inzibati xətanı törətmişdir. Belə ki, ümumiyyətlə həmin sexlərdə hər hansı tullantı olarsa bu mənzil komunal idarəsi tərəfindən daşınır. Lakin digər sexlərin fəaliyyətinə nəzərə alsaq həmin sexlərin hər hansı bir tullantı yarada bilməsi ehtimalı onun fəaliyyəti və sexinə nisbətdə daha çox ola bilərdi. Amma qeyd etdiyi kimi, rəngsazın hər hansı bir tullantıya görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi təmiz gülünc səslənir. O hər hansı bir pozuntuya yol verməməklə yanaşı hər hansı bir inzibati xətanı törətməmişdir. Onun barəsində tərtib edilmiş yüksək məbləğdə cərimə qəbul edilməzdir. Belə ki, o az təminatlı bir ailə olaraq iki yetkinlik yaşına çatmayan uşaq saxlayır. Əsassız yazılmış cəriməni necə ödəyə bilər. Onun tərəfindən hər hansı bir sənaye və məişət tullantılarının qalaqlanması qaydaları pozulması müəyyən edilməmiş və əsassız olaraq barəsində protokol tərtib edilmişdir. Beləliklə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməlidir. Hesab edir ki, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə mənim təqsirim sübuta yetirilməmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, ondan başqa həmin ərazidə mühərrik sexi və avtoyuma məntəqəsi fəaliyyət göstərir. Ola bilsin ki, qeyd olunan tullantılar həmin sexlərə məxsus olmuşdur. Tullantılaın qalaqlandığı hasarın üstündə yazılmış mobil nömrənin isə ona məxsus olduğunu bildirmişdir. Odur ki, məhkəmədən qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, Nazirliyin “Qaynar xətt” məlumat xidmətinə 26 dekabr 2022-ci il tarixində vətəndaş İbad Nəzərov tərəfindən Lökbatan qəsəbəsində dəmirçi sexi olması, sexin içərisində quraşdırılmış peçin tüstüsünün onu narahat etməsi ilə bağlı şikayət daxil olmuşdur. Sözügedən şikayət İdarənin əməkdaşları tərəfindən 05 yanvar 2023-cü il tarixli, BD seriyalı 007 nömrəli sərəncama əsasən dəmirçi sexində fəaliyyət göstərən X2 iştirakı ilə yerində araşdırılmışdır. İdarənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən həmin sexdə çalışan X7 yazılı izahat verərək sexi yeni götürdüyünü, sexdə yalnız isinmək məqsədilə sobadan istifadə etdiyini bildirmişdir. Araşdırma zamanı həmin sexin qarşısında tullantıların (plastik, sürtkü yağları ilə çirkləndirilmiş əsgilər) qalaqlanması faktı aşkar olunmuşdur. Həmin faktla bağlı olaraq “Ətraf mühitin mühafizəsi”, “İstehsalat və məişət tullantıları” haqqında qanunların tələblərinin pozulması səbəbindən barəsində akt və protokol tərtib ediləcəyi bildirilmişdir. Ona izahat verməsi təklif edilsə də vətəndaşdan bundan imtina etmişdir. Araşdırma zamanı həmin şəxsin yalnız isinmək məqsədilə sobadan istifadə etməsi və hər hansı kommersiya məqsədilə quraşdırılmadığı aşkar olunmuşdur. Qeyd olunan inzibati pozuntu ilə əlaqədar fotoşəkilləri məhkəməyə təqdim etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, tullantıların qalaqlandığı yer X4 işlətdiyi sexə daha yaxın olmaqla həmin tullantılar birbaşa onun fəaliyyəti nəticəsində yaranan tullantılara aiddir. Hətta həmin tullantıların qalaqlandığı hasarın üstündə X6 məxsus mobil nömrə qeyd olunmaqla “malyar və dəmirçi” sözləri qeyd olunmuşdur. Bu da bir daha həmin tullantıların şikayət vermiş şəxsə aid olduğunu göstərir. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 10 yanvar 2023-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və 27 yanvar 2023-ci il atrixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X1 rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi ünvanında fəaliyyət göstərdiyi dəmirçi sexində yaranan tullantıların ərazidə qalaqlanmasına görə Azərbaycan Respublikası İXMnin 271-ci maddəsinin tələblərini pozmuş və buna görə də 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 təqdim etdiyi inzibati pozuntunu özündə əks etdirən fotoşəkillərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X2 fəaliyyət göstərdiyi sexin yanında həqiqətən də onun fəaliyyəti ilə bağlı olması istisna edilməyən tullantılar qalaqlanmış və həmin tullantıların qalaqlandığı hasarın üzərində sonuncuya məxsus “malyar və dəmirçi” sözləri yazılmaqla X5 işlətdiyi mobil nömrə qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələbinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X7 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair də hər hansı bir mötəbər sübutlar da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 27 yanvar 2023-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar