Məhkəmə qərarları › İş №3(002)-1204/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1204/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1204/2023 09.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon Polis İdarəsinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Zəngilan rayonu, Canbar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 05 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində Lökbatan-Qobu yolunda üzü Lökbatan istiqamətində yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qəza şəraiti yaratmış, nəticədə “Honda” markalı, **-OL-*** dövlət qeydiyyat nömrəli avtomaşınla toqquşaraq zərərçəkmişə maddi ziyan yetirmiş və araşdırma zamanı onun sərxoş olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Qaradağ rayon Polis İdarəsinin baş inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Qaradağ rayon Polis İdarəsinin baş inspektoru X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 05 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində Lökbatan-Qobu yolunda üzü Lökbatan istiqamətində yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qəza şəraiti yaratmış, nəticədə “Honda” markalı, **-OL-*** dövlət qeydiyyat nömrəli avtomaşınla toqquşaraq zərərçəkmişə maddi ziyan yetirmişdir. Tibbi müayinə zamanı sürücünün sərxoş olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında əməlini etiraf edərək peşman olduğunu bildirmiş və barəsində daha yüngül inzibati cəza tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, müayinə nəticəsində Şəxs sərxoşluq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” akt, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinməli həmin maddənin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar