Məhkəmə qərarları › İş №3(002)-1206/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1206/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1206/2021 21.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektorları, polis mayoru X2 və polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 31 avqust 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 28 iyun 2021-ci il tarixdə səhər saat 15:15 radələrində ünvan 2 ünvanında ipdən (zivədən) asılmış bir ədədinin dəyəri 50 manat olmaqla, ümumilikdə 150 manat dəyərində 3 ədəd köynəyi oğurlamışdır. Buna görə də onun barəsində 21 sentyabr 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Bundan başqa o, 10 sentyabr 2021-ci il tarixdə, 12 sentybar 2021-ci il tarixdə və 17 sentyabr 2021-ci il tarixdə Qaradağ rayonu, Puta qəsəbəsində “Puta” marketin qarşısından ümumi dəyəri 72 manat təşkil edən müxtəlif markalı sərinləşdirici içkilər oğurlamışdır. Buna görə də onun barəsində 21 sentyabr 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Qaradağ rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadına əsasən hər iki inzibati iş qeyd olunan iki inzibati xəta hadisəsi bir materialda birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsində göstərilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin polis leytenantı X4 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 28 iyun 2021-ci il tarixdə səhər saat 15:15 radələrində ünvan 2 ünvanında ipdən (zivədən) asılmış dəyəri bir dədi 50 manat olan, ümumilikdə dəyəri 150 manat dəyərində 3 ədəd köynəyi oğurlamışdır. Zərərçəkmiş şəxsə vurulan maddi ziyan isə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektorı, polis mayoru X5 öz izahatında göstərmişdir ki, Şəxs 10 sentyabr 2021-ci il tarixdə, 12 sentybar 2021-ci il tarixdə və 17 sentyabr 2021-ci il tarixdə Qaradağ rayonu, Puta qəsəbəsində “Puta” marketin qarşısından ümumi dəyəri 72 manat təşkil edən müxtəlif markalı sərinləşdirici içkilər oğurlamışdır. Zərərçəkmiş şəxslərə vurulan maddi ziyanı isə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında yuxarıda qeyd olunan xırda talama əməllərinin onun tərəfindən törədildiyini və vurduğu ziyanı hazırda imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmişdir. O öz izahatında daha sonra xəstə olduğunu, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama hadisələri tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. X1 inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla, İXM-nin 30.3-cü maddəsinə əsasən qəti olaraq üzərində 22 (iyirmi iki) gün müddətə inzibati qaydada həbs saxlanılsın. Həbs müddətinin əvvəli 21 sentyabr 2021-ci il saat 15:15-dən hesablansın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə həvalə edilsin. Zərərçəkmiş şəxslərə izah edilsin ki, inzibati xəta nəticəsində onlara vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi məqsədi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar