Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1209/2025 02.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin böyük məsləhətçiləri, X3 və Seidəli-zadə Lenay Nəsib qızının, Şikayət vermiş şəxs X6 iştrakları ilə, X6, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş 12 may 2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X10 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib olunmuş inzibati xəta haqqında 12 may 2025 tarixli, MN ******* nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, ona 25 aprel 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən inzibati xəta haqqında MNN ******* protokol tərtib edilmişdir. Həmin protokola etiraz olaraq bildirir ki, onun vəzifə təlimatında müəssisənin radiasiya və şüalanma fəaliyyətinin təşkili və ya cavabdehliyinə dair heç bir əsas yoxdur. Müəssisənin radiasiya və şüalanma fəaliyyətinə cavabdeh şəxs Poliklinika şöbəsinin şüa diaqnostika həkimi X4r. Məhkəmə iclasında iştirak edən X10 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 21-25 aprel 2025-ci il tarixlərdə apardığı yoxlama zamanı direktor müavini olduğu X13 yeddi növdə pozuntu aşkar olunduğu qeyd edilmişdir. Həmin pozuntularla bağlı bildirmişdir ki, onun əmək funksiyasında direktor müavini kimi müəssisənin radiasiya və şüalanma fəaliyyətinin təşkili və ya cavabdehliyinə dair heç bir əsas yoxdur. Bunu onunla “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X22 arasında bağlanmış 26 oktyabr 2023-cü il tarixli əmək müqaviləsi və ona 1 nömrəli Əlavə də təsdiq edir. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar nəinki onun, direktor müavini olduğu X14 də inzibati məsuliyyəti mövcud deyildir. Belə ki, Radiasiya təhlükəsizliyi ilə bağlı xüsusi hazırlığa gəlincə bunu həyata keçirmək üçün xəstəxananın hər hansı bir səlahiyyəti olmamaqla müvafiq büdcəsi yoxdur. Radioloji şəraitin istehsalat nəzarəti, xüsusi icazə və radioloji-gigiyenik pasportun alınması “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X16 səlahiyyətində olan məsələdir. Eləcə də Tibb Mərkəzində fəaliyyət göstərən rentgen aparatına pasportun alınması və daha sonra xüsusi icazənin əldə edilməsi məqsədilə qeyd olunan aparatın fəaliyyət göstərdiyi otağın monitorinqi həyata keçirilməli və müvafiq akt verilməlidir. Bundan ötrü bu sahə üzrə müstəqil fəaliyyət göstərən təşkilatla müqavilə bağlanmalıdır. Lakin bu funskiyasını fəaliyyət göstərdiyi təşkilat deyil, “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X21 həyata keçirməlidir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından 12 may 2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” verilmiş çıxarışa əsasən 21-24 aprel 2025-ci il tarixdə X13 aparılan yoxlama zamanı aşkar edilmiş pozuntular bunlardır: ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazənin olmaması, müəsssiəsinin radiloji-gigiyenik pasportun olmaması, radioloji şəraitin istehsalat nəzarətinin daimi olaraq aparılmaması, rentgen diaqnostika kabinetlərinin stasionar qorunma vasitələrinin qoruyucu xüsusiyyətləri radiasiya təhlükəsizliyi tələbləri ilə müəyyən edilmiş doza hədlərinin yol verilən səviyyədə olmasının təmin edilməməsi, prosedur otağından rentgen ümayinələri aparan heyətin fərdi qorunma vasitələri ilə təchiz edilməməsi, pasiyentlərin qorunması üçün vasitələrin olmaması və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların radiasiya təhülkəsizliyi vasitələrinin layihələndirilməsi və hazırlanmasının xüsusi icazsəi olan təşkilat tərəfindən həyata keçirilməməsi. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin məsləhətçisi Seidəli-zadə Lenay Nəsib qızı X3 dediklərini təsdiq edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayətçini və Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndələrinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 12 may 2025-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayət ərizəsinə əlavə edilmiş 12 may 2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, vəzifəli şəxs X10 oğlu X13 radiasiya təhlükəsizliyinin müayinəsi zamanı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 №-li fərmanının üçüncü bəndinin pozulmasına görə İXM-nın 268.0.1-ci maddəsinin tələblərini pozmuş və 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı işəgötürən Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə X11 arasında bağlanmış 372 nömrəli, 26 oktyabr 2023-cü il tarixli əmək müqaviləsi və ona 1 Nömrəli Əlavədən aydın olur ki, şikayətçinin əmək funksiyalarında ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə dair məsələlər öz əksini tapmamışdır. Şikayət ərizəsinə əlavə edilmiş işəgötürən Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə X11 arasında bağlanmış 372 nömrəli, 26 oktyabr 2023-cü il tarixli əmək müqaviləsi və ona 1 Nömrəli Əlavədən aydın olur ki, X10 TƏBİB-in tabeliyində olan X17 X20 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmiş işəgötürənin səlahiyyətlərini həyata keçirən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 (bundan sonra, TƏBİB), lcraçı direktor X7 bir tərəfdən, işçi X10 digər tərəfdən, öz aralarında bağlanmış 26 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə (bundan sonra - əmək müqaviləsi) əlavə olaraq aşağıdakı razılığa gəlirlər:
1. Əmək müqaviləsinin 3-cü hissəsinin 3.1-ci bəndinə uyğun olaraq İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: 1.1. tibb müəssisəsinin gəlirlərinin artırılması və hədəflərinin reallaşdırılması üçün tədbirlər görür; 1.2. mühasibat, hesabatlılıq, maliyyə nəzarəti, insan resurslarının idarə edilməsi, təsərrüfat, təchizat, satınalma, mühafizə, xəstələrin qəbulu və digər inzibati funksiyaları yerinə yetirən struktur bölmələrin işinin lazımi qaydada təşkil olunmasını təmin edir və onlara nəzarəti həyata keçirir; 1.3. tibb müəssisəsinin direktorunun göstəriş və tapşırıqlarına müvafiq olaraq, tabeliyində olan struktur bölmələr üzrə sənədlərə, məlumatlara baxılması, öyrənilməsi, yığımı və təhlilində iştirak edir; 1.4. fəaliyyətinin nəticələri haqqında tibb müəssisəsinin direktorunu mütəmadi olaraq məlumatlandırır, sas fəaliyyət göstəriciləri üzrə faktiki nəticə ilə hədəflənən (proqnozlaşdırılmış) nəticənin müqayisəsini aparır; 1.5. tibb müəssisəsinin direktoruna. lazım olan məlumatları tabeliyində olan struktur bölmələrdən, onun əmr və göstərişlərinin icraçılarından əldə edir, zəruri hallarda əldə edilmiş məlumatları Ümumiləşdirir, sistemləşdirir və təhlil edir; 1.6. işçilərin, tabeliyində olan struktur bölmələrin və bütövlükdə tibb müəssisəsinin keyfiyyət göstəricilərinin artırılması üçün müvafiq tədbirlər görür (bununla əlaqədar müvafiq struktur bölmələrin hədəflərini müəyyən edir); 1.7. tabeliyində olan struktur bölmələrin fəaliyyətinə, işçilərinin vəzifələrinin yerinə yetirilməsinə, onların icra və əmək intizamına nəzarət edir; 1.8. səlahiyyətləri çərçivəsində tabeliyində olan struktur bölmələrin yaradılması, yenidən təşkili və ləğv edilməsi, habelə yeni ştat vahidlərinin ayrılması barədə direktora təkliflər verir; 1.9. səlahiyyətləri daxilində korrupsiya və maraqlar toqquşması hallarının olmaması üçün tədbirlər görür; 1.10. səlahiyyətləri daxilində icrası məcburi olan göstərişlər verir, onların icrasının təşkili və icrasına nəzarəti həyata keçirir; 1.11. həvalə edilmiş sahələr üzrə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə tibb müəssisəsinin direktoruna təkliflər verir; 1.12. tabeliyində olan struktur bölmələrin statistik və digər hesabatlarının hazırlanması və tibb müəssisəsinin direktoruna təqdim edilməsi işini təşkil edir və ona nəzarət edir; .
13. baş vermiş hadisələr və ya yol verilmiş nöqsanlar barədə məsul şəxslərdən məlumat xarakterli izahatları alır; .
14. tabeliyində olan struktur bölmələr üzrə nizam-intizama, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir; .
15. müəssisənin təşkilati-idarəetmə strukturunun, fəaliyyətinin forma va metodlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
16. tabeliyində olan işçilərin həvəsləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsi haqqında tibb müəssisəsinin direktoruna təkliflər verir;
17. tibb müəssisəsinin satınalma qaydalarına uyğun təchizatının təmin edilməsinə nəzarət edir;
18. aidiyyəti üzrə yuxarı rəhbərliyin iş planında, əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsində tibb müəssisəsinin rəhbərinə köməklik edir; 1.19. tibb müəssisəsinin direktorunun əmr və göstərişlərinin icra edir və icra statusu barədə direktoru məlumatlandırır; 1.20. tabeliyində olan struktur bölmələrin növbətçilik cədvəlini tərtib edir; 1.21. aidiyyəti üzrə yuxarı rəhbərliyin və tibb müəssisəsinin direktorunun tapşırıqlarını, əmr və göstərişlərini icra edir; 1.22. həyata keçirilən işlərin Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinə və digər normativ hüquqi aktlara uyğunluğunu təmin edir; 1.23. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəyərlərinə uyğun fəaliyyət göstərir və qərarlar verir; 1.24. fəaliyyəti zamanı qanunsuz, rüşvətxor, korrupsiya əməllərinə yol vermir. 2. Bu Əlavə 26 oktyabr 2023-cü il tarixdən etibarən qüvvəyə minir və əmək müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Məhkəmə araşdırması zamanı törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi ilə bağlı qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə şikayətin dəlillərini təkzib edən hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə görə maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin sürücüləri yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X10 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X6 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş 12 may 2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qərarın surəti işin halları hərtərəfli, tam və obyektiv araşdırılma aparılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şikayət qismən təmin edilsin. X10 barəsində Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş 12 may 2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti işin yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Rufan Mürsəlov