Məhkəmə qərarları › İş №3(002)-1210/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1210/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1210/2023 12.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Gürcüstan Respublikasının Marnueli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evdə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Qaradağ RPİ-dən tərəfindən Şəxs İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 08 iyun 2023-cü il tarixdə, saat 12:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Löbatan qəsəbəsi, Heybət yolu üzərində, Arazın dairəsində “Kamaz 6520” yük markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi halda idarə edərkən X2 idarə etdiyi “Mercedes” minik markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı olaraq Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis baş leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 09 iyun 2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon DYPŞ-nın inspektoru, polis baş leytenantı X3 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, ünvanını dəqiq bilmədiyi evdə kirayədə yaşayır. Sürücülük vəsiqəsinin müddəti uzun müddətdir bitməsinə baxmayaraq qeydiyyat ünvanı olan Naxçıvan Muxtar Respublikasına gedə bilmədiyindən avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. 08 iyun 2023-cü il tarixdə, saat 12:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Löbatan qəsəbəsi, Heybət yolu üzərində, Arazın dairəsində “Kamaz 6520” yük markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi halda idarə edərkən X2 idarə etdiyi “Mercedes” minik markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Belə ki, o, Heybət yolundakı dairədə dayanıb maşınlara yol verərkən soldan gələn avtomobilləri buraxmış, lakin sağdan gələn “Mercedes” minik markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobili görməmişdir. Nəticədə idarə etdiyi “Kamaz”ın qabaq sağ təkəri “Mercedes” markalı avtomobilin sol tərəfinə dəymişdir. O, törətdiyi əməldən peşiman olduğunu, Naxçıvan Muxtar Respublikasına uzun müddətdir ki, gedə bilmədiyi üçün sürücülük vəsiqəsini vaxtında yeniləyə bilmədiyini və daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə” 08 iyun 2023-cü il tarixli aktın surətindən aydın olur ki, “Kamaz” markalı, ** GY *** dövlət nömrə nişanlı avtomobil 08 iyun 2023-cü il tarixdə, saat 13:24-də öz hərəkəti ilə nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Məhkəmə tərəflərin izahatını, Şəxs barəsində tərtib edilmiş 09 iyun 2023-cü il tarixli İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, o, İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar