Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1211/2022 07.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 07 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli, 2(002)-439/2016 saylı məhkəmə əmrinə əsasən Şəxs 6783.18 Avro əsas, 986.84 Avro faiz borcu olmaqla, cəmi 7770.02 Avro məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin hesabına ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2016-cı il tarixli, 2(002)- 1127/2016 saylı məhkəmə əmrinə əsasən Şəxs 4933,99 ABŞ dolları əsas borc, 968.65 ABŞ dolları faiz borcu, 565.55 ABŞ dolları cərimə borcu ümumilikdə 6471,19 ABŞ dolları borc pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "Bank Standard" KB-nin hesabına ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(002)- 18/2016 saylı icra sənədinə əsasən Şəxs 9800.95 ABŞ dolları məbləğində əsas borc, 1542,34 ABŞ dolları məbləğində faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli, 2(002)- 1783/2016 saylı məhkəmə əmrinə əsasən Şəxs müştərək qaydada 9999 manat məbləğində əsas, 1060 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11059 manat məbləğində borc pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" QSC-nin hesabına ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 04 aprel 2016-cı il tarixli, 2(002)- 1108/2016 saylı icra sənədinə əsasən Şəxs əsas borc üzrə 9363.58 manat, faiz borcu üzrə 542.46 manat, 126.65 manat cərimə və ödənilmiş dövlət rüsumundan 27.90 manat, cəmi 10060 manat 59 qəpik tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(002)- 412/2016 saylı icra sənədinə əsasən Şəxs əsas borc üzrə 4921.48 manat, faiz borcu üzrə 380.16 manat, 20 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 5321 manat 64 qəpik tutularaq "xxxx" KB ASC-nin hesabına və 10 manat ödənilməmiş hissə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 30 avqust 2016-cı il tarixli, 2(002)- 416/2016 saylı icra sənədinə əsasən Şəxs əsas borc üzrə 6953,12 dollar, faiz borcu üzrə 676,90 dollar, ümumilikdə 7630 ABŞ dolları 02 sent Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin hesabına və 10 manat ödənilməmiş hissə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(002)- 2286/2018 saylı icra sənədinə əsasən Şəxs 10261.55 manat əsas borc, 962.66 manat faiz borcu, 500 manat cərimə, 43.59 manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 8 manat müqavilə öhdəliklərini pozduğuna görə bildirişlərin göndərilməsi üzrə poçt xidməti xərcləri və 30 manat dövlət rüsumu olmaqla, cəmi 11805.8 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "X6 Azərbaycan" QSC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2(002)- 1686/2021 saylı məhkəmə əmrinə əsasən Şəxs 546 manat əsas borc və 100 manat məbləğində cərimə, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 666 manat pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.M.Bağırov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, icra sənədlərinə əsasən Qaradağ rayon İcra Şöbəsinin icraatında olan sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. İcra sənədləri üzrə ayrı-ayrılıqda icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş, həmin bildirişlərin surəti borclu tərəfindən qəbul edilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş və onun hər-hansı gəlir aşkar olunmasa da, borclunun X4 markalı, 10ZZ319 dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İcra tədbirləri nəticəsində icra sənədi üzrə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 03 fevral 2022-ci il tarixdə borclu barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Qaradağ RPİ-yə göndərilmişdir. Borclu axtarış qərarına əsasən 06 oktyabr 2022-ci il tarixdə 38-ci polis bölmənin əməkdaşları tərəfindən Yasamal rayonu ərazisində saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədləri barədə məlumatlıdır. İşləmədiyi və imkanı olmadığı üçün borcları ödəyə bilməmişdir. İcra məmurunun çağırışlarına özü bilərəkdən gəlməmişdir. Fikirləşmişdir ki, banka pul ödəyib sonra gəlmək lazımdır. Ona görə icra şöbəsinə gəlməmişdir. Heç bir ödəniş etməmişdir. Borclarını tam olaraq ödəyə bilmir. Ancaq ayda 200-300 manat ödəyə bilər. Heç bir yerdə işləmir. X4 markalı, 10ZZ319 dövlət qeydiyyat nişanlı avtomobil olsa da hazırda onun istifadəsində deyil. Onda olan məlumata görə avtomobil Gənclik mall ticarət mərkəzinin yaxınlığında dayanacaqda saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlavə olaraq Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi M.M.Abışov öz izahatında bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 04 aprel 2016-cı il tarixli, 2(002)-1108/2016 saylı icra sənədinə əsasən Şəxs əsas borc üzrə 9363.58 manat, faiz borcu üzrə 542.46 manat, 126.65 manat cərimə və ödənilmiş dövlət rüsumundan 27.90 manat, cəmi 10060 manat 59 qəpik tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Lakin borclu Şəxs tərəfindən hazırki vaxtadək heç bir ödəniş edilməmişdir. Göstərilənləri nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli, 2(002)-439/2016 saylı məhkəmə əmrinə əsasən Şəxs 6783.18 Avro əsas, 986.84 Avro faiz borcu olmaqla, cəmi 7770.02 Avro məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin hesabına ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli, 2(002)- 439/2016 saylı icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2016-cı il tarixli, 2(002)-1127/2016 saylı məhkəmə əmrinə əsasən Şəxs 4933,99 ABŞ dolları əsas borc, 968.65 ABŞ dolları faiz borcu, 565.55 ABŞ dolları cərimə borcu ümumilikdə 6471,19 ABŞ dolları borc pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "Bank Standard" KB-nin hesabına ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2016-cı il tarixli, 2(002)- 1127/2016 saylı icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(002)-18/2016 saylı icra sənədinə əsasən Şəxs 9800.95 ABŞ dolları məbləğində əsas borc, 1542,34 ABŞ dolları məbləğində faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(002)- 18/2016 saylı icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli, 2(002)-1783/2016 saylı məhkəmə əmrinə əsasən Şəxs müştərək qaydada 9999 manat məbləğində əsas, 1060 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11059 manat məbləğində borc pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" QSC-nin hesabına ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli, 2(002)- 1783/2016 saylı icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 04 aprel 2016-cı il tarixli, 2(002)-1108/2016 saylı icra sənədinə əsasən Şəxs əsas borc üzrə 9363.58 manat, faiz borcu üzrə 542.46 manat, 126.65 manat cərimə və ödənilmiş dövlət rüsumundan 27.90 manat, cəmi 10060 manat 59 qəpik tutularaq ""xxxx"" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin 04 aprel 2016-cı il tarixli, 2(002)- 1108/2016 saylı icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(002)-412/2016 saylı icra sənədinə əsasən Şəxs əsas borc üzrə 4921.48 manat, faiz borcu üzrə 380.16 manat, 20 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 5321 manat 64 qəpik tutularaq "xxxx" KB ASC-nin hesabına və 10 manat ödənilməmiş hissə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(002)- 412/2016 saylı icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 30 avqust 2016-cı il tarixli, 2(002)-416/2016 saylı icra sənədinə əsasən Şəxs əsas borc üzrə 6953,12 dollar, faiz borcu üzrə 676,90 dollar, ümumilikdə 7630 ABŞ dolları 02 sent Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin hesabına və 10 manat ödənilməmiş hissə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin 30 avqust 2016-cı il tarixli, 2(002)- 416/2016 saylı icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(002)-2286/2018 saylı icra sənədinə əsasən Şəxs 10261.55 manat əsas borc, 962.66 manat faiz borcu, 500 manat cərimə, 43.59 manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 8 manat müqavilə öhdəliklərini pozduğuna görə bildirişlərin göndərilməsi üzrə poçt xidməti xərcləri və 30 manat dövlət rüsumu olmaqla, cəmi 11805.8 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "X6 Azərbaycan" QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(002)- 2286/2018 saylı icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, e- 2(002)-1686/2021 saylı məhkəmə əmrinə əsasən Şəxs 546 manat əsas borc və 100 manat məbləğində cərimə, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 666 manat pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2(002)- 1686/2021 saylı icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İş materiallarında olan 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin rəisi Natiq Camalov tərəfindən Qaradağ rayon icra və probasiya şöbəsinə ünvanlanmış 07 oktyabr 2022-ci il tarixli, 072-8454-1222 nömrəli məktubdan görünür ki, axtarışa elan olunmuş Şəxs xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində saxlanılaraq aidiyyəti üzrə icra şöbəsinə təqdim edilmişdir. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli, 2(002)-439/2016 saylı, Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2016-cı il tarixli, 2(002)-1127/2016 saylı, Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(002)-18/2016 saylı, Qaradağ Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli, 2(002)-1783/2016 saylı, Qaradağ Rayon Məhkəməsinin 04 aprel 2016-cı il tarixli, 2(002)-1108/2016 saylı, Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(002)-412/2016 saylı, Qaradağ Rayon Məhkəməsinin 30 avqust 2016-cı il tarixli, 2(002)-416/2016 saylı, Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(002)-2286/2018 saylı, Qaradağ Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2(002)-1686/2021 saylı icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə icraata 06 may 2021-ci il tarixli qərarla başlanılmışdır. Buna baxmayaraq, Şəxs üzərində olan borc öhdəliklərinə laqeyd yanaşaraq icra sənədinin icrasını təmin etməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, sadalanan hallar məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 07 oktyabr 2022-ci il tarixdən saat 11:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 07 oktyabr 2022-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1211/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1211/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver