Məhkəmə qərarları › İş №3(002)-1211/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1211/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1211/2025 22.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1968-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 kəndi ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Şəxs 02 may 2025-ci il tarixdə, səhər saatlarında Azərbaycan Respublikasi Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Qobu Park 1-2 Mənzil Kommunal İstismar İdarəsində Zərərçəkmiş şəxs söyüb təhqir etmiş və ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 22 may 2025-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 02 may 2025-ci il tarixdə, saat 10:21də DİN-in 102 xidmətindən daxil olmuş məlumatda göstərilmişdir ki, Qobu Park 1-2 Mənzil Kommunal İstismar İdarəsindən vətəndaş Zərərçəkmiş şəxs zəng edərək bildirmişdir ki, Şəxs Xalıqverdi qızı onun iş yerinə gələrək münaqişə yaratmış və onu təhqir etmişdir. Bir neçə gün sonra, yəni 08 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs 10-cu PŞ-ya ərizə ünvanlayaraq 02 may 2025-ci il tarixində Qobu Park 2, bina 22, mənzil 56 ünvanında yaşayan Şəxs Xaliqverdi qızının icazəsiz olaraq onun xidməti otağına daxil olaraq işçilərinin qarşısında onu təhqir edərək ünvanına əxlaqsız ifadələr işlətdiyini və üzərinə hücum çəkdiyini, eyni zamanda öz nalayiq əməlini mobil telefonu ilə lentə aldığını bildirərək məsələnin araşdırılmasına köməklik edilməsini xahiş etmişdir. Ərizə ilə bağlı Şəxs, şikayətçi Zərərçəkmiş şəxs və digər hal şahidlərinin izahatları alınmış, nəticədə Şəxs ictimai qaydanı pozması faktı öz təsdqini tapmışdır. Odur ki, onun barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentində rəis müavini vəzifəsində işləyir. 02 may 2025-ci il tarixində Qobupark 2 bina 22 mənzil 56 ünvanında yaşayan Şəxs Xalixverdi qızı icazəsiz olaraq onun xidməti otağına daxil olaraq işçilərinin qarşısında onu təhqir edərək ünvanına əxlaqsız ifadələr işlətmişdir və üzərinə hücum çəkmişdir. Eyni zamanda öz hərəkətlərini mobil telefonu ilə lentə almışdır. Hadisə təqribən on dəqiqə davam etmiş, departamentin iş rejimi pozulmuş və iş yoldaşları da hadisəyə şahid olmuşlar. Odur ki, Şəxs Xalixverdi qızı barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, 02 may 2025-ci il tarixdə Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qobu Park 1-2 Mənzil Kommunal İstismar İdarəsinə oğlu Quliyev Mirəliyə arayış almaq üçün getmişdir. O Zərərçəkmiş şəxs xidməti otağına daxil olaraq oğlunu niyə öldürməklə təhdid etdiyini soruşmuşdur. Belə ki, bundan bir neçə gün əvvəl Zərərçəkmiş şəxs münaqişə zəminində onun yaşadığı mənzilin qapısını sındırmış, həmçinin oğlunu öldürməklə hədələmişdir. O hadisə zamanı Zərərçəkmiş şəxs təhqir etməmişdir. Odur ki, məhkəmədən başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını və qeyd olunan hadisənin görüntüsünü əks etdirən videodiskə baxış keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə mübahisələndirilməyən videogörüntüdən aydın olur ki, Quliyeva X1 və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qobu Park 1-2 Mənzil Kommunal İstismar İdarəsində Zərərçəkmiş şəxs ünvanına yüksək səslə, davamlı şəkildə nalayiq ifadələr işlətməklə mübahisə və münaqişə yaratmış, həmin vaxt binada olan işçilər və kənar şəxslər hadisəinin şahidi olmuş və onu sakitləşdirməyə çalışmışlar. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun yaşını və qadın olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar