Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1213/2024 27.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Xocahəsən yolu, ev Sədərək Ticarət Mərkəzi ünvanında qeydiyyatda olan Şəxs Firması barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Firması barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 23 aprel 2024-cü il tarixli EP ******* №-li protokoldan aydın olur ki, Şəxs Firması 150000.00 ABŞ dolları məbləğində vəsaiti 07 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 150000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 08 aprel 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X2 Şəxs Firması barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, Sədərək» Firması ilə Türkiyənin “X6 İhracat Ticaret Limited” şirkəti arasında imzalanmış 29 mart 2022-ci il tarixli müqaviləyə əsasən iki ədəd "xxxx" avtomobilinin ölkəyə idxal olunması nəzərdə tutulmuş, Sədərək Firması tərəfinən hər iki avtomobilin dəyəri kimi 07 aprel 2022-ci il tarixdə 300000.00 ABŞ dolları məbləğində vəsait əvvəlcədən ödənilmişdir. Bundan sonra qeyd olunan şirkətin vergi uçotu ilə bağlı problemləri olduğundan bütün əmlakına və hesablarına həbs qoyulmuşdur. Buna görə də şirkət avtomobilin bir ədədini 2023-cü il tarixdə göndərsə də, ikinci avtomobili və yaxud da həmin avtomobilə görə ödənilən məbləğin hamısını vaxtında geri göndərə bilməmişlər. Belə ki, ikinci avtomobilə görə ödənilən 150000.00 ABŞ dollarının 40 min dollarını vaxtında qaytarsalar da yerdə qalan 110000.00 ABŞ dollarını 13 may 2024-cü il tarixdə “X6 İhracat Ticaret Limited” şirkətinə qoyulan məhdudiyyətlər aradan qalxdıqdan sonra, yəni 15 may 2024-cü il tarixdə Sədərək firmasına geri qaytarmışlar. Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati protokolu tərtib edərkən inzibati xəta haqqında iş üzrə icraat aparılan şirkəti işin araşdırılması üçün dəvət etməmiş, şirkətin nümayəndəsinin mövqeyi dinlənilməmiş, izahatı alınmamışdır. O öz izahatında təmsil etdiyi şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, yəni “malların (xidmətlərin) ölkəyə idxal edilməməsi, həmin valyuta vəsaitini geri qaytarmamasının Sədərək Firmasından asılı olmayan səbəblərdən baş veridiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, Şəxs Firmasının törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə baxışı zamanı təqdim etdiyi və notarial qaydada təsdiq edilmiş 14 fevral 2023-cü il tarixli “Hökmsüz təqiblər zamanı ödəniş tapşırığı”nda göstərilmişdir ki: “1- Kreditorun və onun qanuni nümayəndəsinin və varsa vəkilinin adı, soyadı, VÖEN və yaşayış ünvanı: Kreditor xarici ölkədə yaşayırsa, onun Türkiyədəki ünvanı: X3 Danışmanlık ve Servis Hizmetleri Ticaret Anonim Şirkəti (səhmdar cəmiyyəti) VÖEN: ********** Ünvan: Maslak məhəlləsi, Ahi Evran prospekti, X7 No: 21D Sarıyer/ İstanbul/ X4 X8: Osmaniye məhəlləsi, İncirli dalanı No: 12, man: 21 Bakırköy/ İstanbul/ Türkiyə 2- Borclunun və varsa onun qanuni nümayəndəsinin adı və soyadı: yaşayış yeri üzrə ünvanı, kreditor tarafindan malumdursa, vergi identifikasiya nömrəsi: X6 İhracat Ticaret Limited Şirketi, VÖEN: ********** Ünvan: Çakmaklı məhəlləsi, Hadımköy Yolu prospekti No: 43B daxili qapı No: 1 Büyükçekmece/ İstanbul/ Türkiyə 3- Türk valyutası ilə alınacaq və ya tələb olunan girovun məbləği: Faizli debitor borcları üçün faizin məbləği və hesablanmağa başladığı tarix; Əgər debitor borc va ya girov xarici valyutadadırsa, debitor borcunun tələb olunduğu tarixdəki məzənnə və faiz: 40.755,00 TL EG**********0273 (tələb olunan Türkiyə Ticarət Qanununun 1530-cu maddəsinə uyğun olaraq defolt faizi) 7.335,90 TL ƏDV alınacaq 30.684,50 TL EG**********0333 (tələb olunur: Türkiyə Ticarət Qanununun 1530-cu maddəsinin illik gecikmə faizi) 5.523,21 TL ƏDV alınacaq EG**********0812 nömrəli faktura üçün 1.004,40 TL ƏDV alınacaq 4.601.13 TL EG**********0273 3.145,16 TL EG**********0333 93.049,30 TL Cami debitor borc Tələb edirəm ki, debitor borcunun alınacağı tarixə qədər 11,75 %-i məsrəf və vəkillik xərci ilə bağlı alınması, hissəli ödənişlərlə BK 100-ə uyğun olaraq həyata keçirilməsini xahiş edirəm. (Türkiyə qanunvericiliyinin 100-cü maddəsi) İcra olunacaq. 4-Sənəd və tarixi, əgər sənəd yoxdursa, borcun səbəbi: EG**********0333 nömrəli faktura üzrə 30.684,50 TL EG**********0812 nömrəli faktura üzrə ƏDV 1.004,40 TL EG**********0273 nömrəli faktura üzrə 40.755,00 TL 5-Varislərin adı, soyadı və yaşayış ünvanları: Bu ödəniş tapşırığının bildirildiyi tarixdən etibarən borcu və təqib xərclərini (7) gün müddətində ödəniş tapşırığını göndərən icra orqanına məxsus bank hesabına köçürməlisiniz (zəmanət verməlisiniz). Borcun tam hissəsinə və ya bir hissəsinə və ya kreditorun icraatı icra etmək hüququna dair, etirazınız varsa, vekselin altındakı imza sizə aid deyilsə, həmçinin bu (7) gün ərzində ona ayrıca və aydın şəkildə bildirməlisiniz, əks halda bu qanun layihəsi icra prosesində sizdən alınmış hesab ediləcək, imzalamaqdan imtina etsəniz, məhkəmə iclasında iştirak etməlisiniz, buna əməl etmədiyiniz təqdirdə etirazınız müvəqqəti olaraq silinəcək, sənəd və ya borcunuza etirazınızı yazılı və ya şifahi şəkildə eyni müddət ərzində 74-cü maddəyə uyğun olaraq əmlakınızı bəyan etməlisiniz, əks halda həbs ediləcəksiniz, hər hansı mal-əmlakla bağlı bəyan etməsəniz və ya saxta bəyannamə versəniz, həbs cəzası ilə cəzalandırılacaqsınız. İddialar və sonrakı proseslər üçün əsas olaraq etirazla birlikdə öz ünvanınızı göstərməlisiniz. Ünvanınızı dəyişdirsəniz, lakin ölkə daxilində dəyişdirdiyiniz yeni ünvanla bağlı məlumat verməsəniz və yeni ünvanınızı müəyyən etmək mümkün olmadıqda, əvvəlki ünvanınıza göndəriləcək bildirişin sizə göndərilmiş sayılacağı barədə əvvəlcədən sizə xəbərdarlıq edilir. xx.xx.2023-cü il. Bundan başqa notarial qaydada təsdiq edilmiş 20 may 2024-cü il tarixli “X6 İhracat Tic.Ltd.Şti” şirkətinin Sədərək firmasına ünvanladığı məktubda göstərilmişdir ki: “Büyükçekme/İstanbul ünvanında qeydiyyatdan keçmiş X6 İhracat Ticaret Limited Şti arasında 1 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə, X6 İhracat Ticaret Limited Şti Sədərǝkǝ 2 MAYBACH markalı avtomobil satmalı, Sədərək isə X6 İhracat. Ticaret Limited Şti-yə 300 min ABŞ dolları ödəməli idi. xx.xx.2022 tarixində Sadarek şirkəti tərəfindən İş Bankası USD HS Aksaray filialına, TR********************9623, X6 ve İhracat Ticaret Limited Şirketi, Hadim 43B İstanbul Yodimköylü prospekti. Lakin Sədərək şirkətinə 2 maşın əvəzinə 1 Maybach markalı avtomobil göndərilib. Maybachın hələ də göndərilməməsinin səbəbləri aşağıdakılardır: Esenyut Vergi İdarəsinə tabe olan Şirkətimizə Göndərdiyim Fayl Nömrəsi əlavə olunur; 2023/2717 ǝsas İstanbul 23-cü İcra Bürosu tərəfindən bloklandı və hesablar təxminən 1 il müddətinə bağlandı və şirkətimiz zərər gördü. Lakin xx.xx.2024 tarixində bloklar silindi və sizə ödəniş edildi. Şirkət olaraq kommersiya münasibətlərimizdə yaranmış vəziyyətə görə üzr istəyirik və sizə hörmətimizi bildiririk. Bu qadağa götürüldüyündən (belə bir tarixdə "xxxx" şirkətinin hesabına 39.943,95 ABŞ dolları göndərilib, xx.xx.2024-cü il tarixdə 110 000 ABŞ dolları göndərilib və pul Respublikadakı Şəxs şirkətinə qaytarılıb və bununla da öhdəlik başa çatmışdır). Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin hesab üzrə çıxarışlarından aydın olur ki, yuxarıda qeyd olunan müqvailə üzrə “X6 ve İhracat Ticaret Limited Şirketi”ndən Şəxs Firmasının hesabına 31 iyul 2022-ci il tarixdə 40000 ABŞ dolları, 18 may 2024-cü il tarixdə 100.000 ABŞ dolları və 24 may 2024-cü il tarixdə 10000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Firması tərəfindən “X6 ve İhracat Ticaret Limited Şirketi”nə 07 aprel 2022-ci il tarixdə köçürülmüş 150000.00 ABŞ dolları məbləğində vəsaitin iki il müddət keçənədək vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal edilməməsi Şəxs Firmasının təqsiri üzündən baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Firması Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Firmasının Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1213/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1213/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver