Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1214/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs MMC-nin barəsində İXM-nin 505-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 00100-2032/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs (VÖEN **********) X1 fəaliyyət göstərən “X2 East LLC.” Şirkətinin tapşırığı ilə “Toshiba Elevator (China) Co Ltd.” Şirkətindən AMU/SHP026/2020 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə quru yolu ilə Azərbaycan Respublikasına idxal etdiyi malları xx xxxxxx 2020-ci il tarixdə **********3824 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən malların invoys dəyəri ixrac olunduğu ölkəyə təqdim edilə bəyannaməyə əsasən 208697,00 ABŞ dolları olduğu halda, Azərbaycan Respublikasının səlahiyyətli gömrük orqanına təqdim etdiyi bəyannamənin 22-ci qrafasında 185500 ABŞ dolları məbləğində qeyd etməklə, ödənilməli olan 6975,89 manat X3 ibarət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs səlahiyyətli nümayəndəsinə ödənilməli olan gömrük ödənişləri barəsində bildiriş verildikdə gömrük ödənişlərinin hesablanmasının əsassız olduğunu göstərərək ödənişləri ödəməkdən imtina etmişdir. Qeyd olunan inzibati material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400-013/0xx-xx/007224 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 6975.89 (altı min doqquz yüz yetmiş beş manat səksən doqquz) manat gömrük ödənişləri məbləğinin 100% (yüz faiz) həddində, yəni 6975.89 (altı min doqquz yüz yetmiş beş manat səksən doqquz) manatməbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1214/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1214/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver