Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1214/2023 19.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 19 aprel 2023-cü il tarixli, EQ 14050068 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 19 aprel 2023-cü il tarixli, EQ 14050068 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 3(012)-889/2023 nömrəli qərardadına əsasən X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 19 aprel 2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, **-GK-*** qeydiyyat nişanlı Vaz 21099 minik markalı avtomobillə dayanma-durma qaydalarını pozduğu üçün Daxili İşlər Nazirliyi Baş X6i İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında EQ 14050068 nömrəli xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək həmin nömrəli inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar çıxarılmışdır. Qərar ona elektron poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Həmin protokolu və qərarı əsassız və qanunsuz hesab etmişdir. Belə ki, o, avtomobili dayanma-durma qadağan olduğu ərazidə saxlamamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş şəkillərdən də müəyyən olunur ki, onun avtomobili dayanma-durmanın qadağan olduğu nişanın təsir zonasında olmamışdır. Göstərilənlərə əsasən, Daxili İşlər Nazirliyi Baş X6i İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında EQ 14050068 nömrəli xx.xx.2023-cü il tarixli protokolun etibarsız hesab edilməsi və ona əsasən çıxarılmış inzibati tənbeh vermə haqqinda EQ 14050068 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Həmçinin X1 19 iyun 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iş yükü çox olduğundan hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və inzibati xəta haqqında protokolun etibarsız hesab edilərək ona əsasən çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayət vermiş şəxsin və inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş 19 aprel 2023-cü il tarixli, EQ 14050068 saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 19 aprel 2023-cü il tarixdə, saat 12:34-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Binə TM-nin qarşısında idarə etdiyi “Vaz 21099” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir; İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, inzibati xəta baş vermiş ünvanda, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Binə TM-nin 3.27 (dayanmaq qadağandır) yol nişanı mövcuddur; Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi R.S.Səfərovun 19 aprel 2023-cü il tarixdə, saat 12:34-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Binə TM-nin qarşısında 3.27 (dayanmaq qadağandır) yol nişanının təsir zonasında saxlamaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə, şikayətçi R.S.Səfərovun şikayətini əsaslandırdığı arqumentinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, yola bitişik ərazi 3.27 (dayanmaq qadağandır) nişanının qüvvəsini itirmiş olsa belə o, nəqliyyat vasitəsini kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda saxlamaqla da qanunun tələbini pozmuşdur. Çünki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun İV hissəsinin 6-cı bəndinə görə 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən yaxınlıqda dayanmaq qadağandır. Məhkəmə hesab edir ki, şikayətçi R.S.Səfərovun şikayət ərizəsində qeyd etdiyi xüsusatlar isə özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 20 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-ci maddəsinin Vİ hissəsinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 19 aprel 2023-cü il tarixli, EQ 14050068 saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 19 aprel 2023-cü il tarixli, EQ 14050068 saylı inzibati tənbehvermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1214/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1214/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver