Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1214/2024 17.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesinin kənarında yerləşən Şəxs MMC-yə məxsus anbarın ətrafında müəssisənin fəaliyyəti zamanı yaranan tullantıların emal yerləri müəyyənləşdirilmədən qalaqlanması və tullantıların ətraf ərazilərə yayılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 protokolu müdafiə edərək əlavə olaraq bildirdi ki, həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlama deyildir. İdarəsinin müvafiq sərəncamına əsasən Qaradağ rayonu xidməti ərazisində “Ətraf mühitin mühafizəsi haqqında” və “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunmasının yoxlanılması məqsədilə monitorinq keçirilmişdir. Monitorinq zamanı Qaradağ rayonu, Sahil qəsəbəsi, köhnə Qaradağ postunun arxa hissəsində yerləşən Al Market MMC-yə məxsus anbarın ətraf ərazisinə baxış keçirilən zaman ərazidə müəssisənin fəaliyyəti zamanı yaranan tullantıların qalaqlanması və tullantıların, əsasən də polietilen torbaların ətraf ərazilərə yayılması müəyyən olunmuşdur. Araşdırma nəticəsində müvafiq akt tərtib edilmiş, ərazidən çəkilmiş fotoşəkillər, həmçinin cəmiyyətinin nümayəndəsinin izahatı akta əlavə olunmuşdur. Bundan sonra hüquqi şəxs barəsində İXM-nin 271-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edərək hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cu il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsləri sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə vahid məlumat reyestrində qeydiyyat aparmadan qanunsuz yoxlama həyata keçirmişdir. Aparılan yoxlamalar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməyib. Həmin ərazi setka hasarlar ilə əhatə olunmuşdur. Həmin vəzifəli şəxslər depo ərazisini mühafizə edən əməkdaşlara heç bir icazə sənədi göstərmədən baxış keçirmişlər Həmin tarixdə inzibati işlər üzrə baş nəzarətçi X3 iştirakı ilə akt tərtib edilmiş və izahatı alınmışdır. Aktda da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin vəzifəli şəxsləri də meydançanın tikilməsinə şahid olduqlarını qeyd etmişlər. Tullantılarla bağlı "Kasco-RCP-H' MMC müqavilə vardır. Bu müqaviləyə əsasən, tullantılar bəlli zamanda təmizlənərək digər məişət tullantıları yükün xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə daşınaraq Balaxanı Poliqonuna təhvil verilməsini həyata keçirir. Həmin vəzifəli şəxslər Əliyev Gündüzə iki gündən sonra məlumat verərək məsələninin aydınlaşdırılması ilə bağlı idarəyə dəvət edəcəklərini bildirmiş, lakin iki gündən sonra Əliyev Gündüz əlaqə saxlamış, danışıq zamarı hüquqi şəxsə cərimə tətbiq edəcəklərini bildirmişlər. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinın vəzifəli şəxslərinin qanunsuz yoxlama həyata keçirməsini nəzərdə saxlayaraq, bu məsələ ilə bağlı ilkin olaraq ətraflı sorğu göndərmələri məqsədəuyğun olardı. Lakin heç bir sorğu göndərilməmişdir. İşin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmadan inzibati araşdırma aparılmışdır. Beləliklə, hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan protokol tərtib edilmiş və aidiyyəti üzrə qərar qəbul edilərək Qaradağ rayon Məhkəməsinə təqdim edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılma qaydası haqqında" Əsasnamənin 1.5-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyara keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hūquqi nəticəsi yoxdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azəribaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktarlar ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.Qeyd edilənlərə əsasən Al Market MMC barəsində AR İXM-nin 271-ci maddəsi ilə tərtib edilmiş inibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə hesab edir ki Şəxs MMC- tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, 06 aprel 2024-cü il tarixli monitorinq aktı, həmin akta əlavə olunmuş fotoşəkillər və işdə olan digər materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinməli və sonuncuya həmin maddənin sanksiyasının hədləri daxilində aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6500 (altı min beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1214/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1214/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver