Məhkəmə qərarları › İş №3(002)-1214/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1214/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1214/2025 23.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızı, X1 ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: X3, məhkəməyə ərizə ilə müraciət edərək barəsində çıxarılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025 -ci il tarixli EQ27439692 saylı protokolu əsasında xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli EQ27859260 saylı protokolu əsasında xx.xx.2025-ci il tarixli elektron Qərarların icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, X3 iki ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlardan şikayət ərizəsini bir şikayətdə birləşdirərək məhkəməyə müraciət etmişdir. Şikayətçiyə izah edilməlidir ki, barəsində qərar qəbul edilmiş şəxs tərəfindən (və ya səlahiyyətli nümayəndəsi tərəfindən) hər bir inzibati tənbehvermə haqqında qərar üzrə ayrı-ayrılıqda şikayət ərizəsi verməklə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbindən aydın olur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 izah edilsin ki, mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarları şikayət ərizəsinə əlavə etməklə həmin qərarlardan, barəsində qərar qəbul edilmiş şəxs tərəfindən (və ya səlahiyyətli nümayəndəsi tərəfindən) hər bir inzibati tənbeh vermə haqqında qərar üzrə ayrı-ayrılıqda şikayət ərizəsi verməklə məhkəməyə müraciət edə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar