Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1215/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 00100-1776/20 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, "Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Çində fəaliyyət göstərən “X2 Co Ltd” şirkətindən BK200703-04JLYW nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə ******* nömrəli konteynerdə xx xxxxxx 2020-ci il tarixdə saat 20:37-də X1 Limanı gömrük postunda sərhədi keçməklə dəniz yolu ilə daşındıqdan sonra 94314994 nömrəli vaqona yüklənmiş vəziyyətdə Abşeron gömrük postuna çatdırılmış malları xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6975 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən yüklərin arasında olsa da, mal müşaiyət sənədlərində qeyd olunmayan bir ədədinin dəyəri 75 manat olmaqla, ümumilikdə az miqdarda, 3000,00 manat dəyərində olan “Atec Planer” markalı AT5822 modelli taxta yonan aparatı bəyan etməmişdir. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC-yə və Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs Şəxs MMC-nin və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Odur ki, Şəxs MMC İXM-nin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 3000 manatın 50 % (əlli faizi) həddində, yəni 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Şəxs MMC -dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlıqı Agentliyi, KOD 210005, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1215/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1215/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver