Məhkəmə qərarları › İş №3(002)-1215/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1215/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1215/2023 13.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1, Qaradağ RPİ-nin DYPŞ-nın baş inspektoru, polis kapitanı X2 və Qaradağ RPİ-nin DYPŞnın inspektoru, polis serjantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 11 avqust 1995-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Qarakollu ərazi dairəsi, Yuxarı Rəfəndili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 13 iyun 2023-cü il tarixdə, saat təxminən 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu “Sədərək” TM-nin yaxınlığında, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 13 iyun 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, ƏÇPA-nın 10-cu Patrul Bölüyünün nəfərləri, polis serjantları X9 və X5 13 iyun 2023-cü il tarixdə inzibati ərazidə 96-96 çağırışlı avtoptarulla xidmət aparan zaman saat təxminən 13:30 radələrində 256 çağıırşlı yol patrul xidməti onları efir vasitəsilə çağırıb bir nəfər şəxsin “Meyvəli” dairəsində polisin qanuni tələblərinə tabe olmadığını bildirmişlər. Onlar da həmin şəxsi xidməti maşına mindirərək 10-cu Polis Bölməsinə təmin etmişlər. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs 13 iyun 2023-cü il tarixdə, saat təxminən 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu “Sədərək” TM-nin yaxınlığında, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 13 iyun 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın baş inspektoru, polis kapitanı X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 13 iyun 2023-cü il tarixdə, saat təxminən 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Heybət yolu, “Sədərək” Ticarət Mərkəzinin giriş hissəsində yerləşən “Lukoil” yanacaqdolruma məntəqəsinin qarşısında xidmətdə olarkən ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətə başlayarkən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərini buraxaraq qayda pozmaqla onların xidmət apardığı tərəfə yaxınalşmışdır. Sürücü polis əməkdaşlarını görən kimi avtomobili saxlamış və geriyə hərəkət edərək qaçmağa çalışmışdır. Sürücünün bu hərəkətləri onlarda ciddi şübhə yaratmışdır. Bu zaman əvvəlcə onunla birlikdə xidmət aparan Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis serjantı X7 həmin şəxsə yaxınlaşıb həmin sürücüyə hərəkətini dayandırmasını bildirmişdir. Eyni zamanda hansı səbəbdən bu cür qayda pozduğunu soruşduqda sürücü təkərləri yeni aldığını, asfalt örtüyünün isti olduğunu əsas gətirmişdir. Həmin sürücüyə özünü təqdim etməsini bildirdikdə o yenidən avtomobili irəli və geriyə hərəkət etdirib oradan uzaqlaşmağa çalışmışdır. Həmin anda onu dayandırmaq üçün avtomobilin qapsını açaraq dayanmasını bildirən zaman o bir daha geriyə hərəkət edib orda olan kapron örtüklü yol nişanının üzərinə çıxıb onu yarasız hala salmışdır. Bundan sonra sürücü avtomobili dayandırmış və avtomobildən düşdükdən sonra yüksək səslə səsini qaldırıb ad və soyadını bildirmədən avtomobilin qapısını bağlayaraq oradan uzaqlaşmağa çalışmışdır. Onlar dərhal oraya ÇPA-nın əməkdaşlarını dəvət etmiş oraya gələn kömək vasitəsilə həmin şəxsi 10-cu PB-ya təhvil vermişlər. Qeyd olunanlara əsasən sürücünün barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis serjantı X7 öz izahatında Qaradağ RPİ-nin DYPŞ-nın baş inspektoru, polis kapitanı X2 dediklərini təsdiq edərək eyni məzmunlu izahat vermiş və qeyd olunanlara əsasən sürücünün barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, Binəqədi rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində ailəsi ilə birlikdə yaşayır, subaydır. 13 iyun 2023-cü il tarixdə, idarə etdiyi “Opel Astra” minik markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomaşını “Meyvəli” yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında park etdiyi zaman yol polisi əməkdaşları ona yaxınlaşaraq avtoxuliqanlıq etdiyini bildirmişlər. Belə ki o, maşını park edərkən yol polisi əməkdaşı ona işarə etmişdir ki, burda saxlama. O da maşını arxaya vermək istəyəndə ona yaxınalaşaraq avtoxuliqanlıq etdiyini demişlər. Daha sonra onun maşınının açarını dartıb çıxarmış və güc tətbiq edərək onu maşından düşürməyə çalışmışlar. Asfalt isti və təkərlər təzə olduğundan maşından təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxmışdır. O öz izahatında daha sonra heç bir qayda pozuntusu törətmədiyini, polis əməkdaşalrının ona qarşı zorakılıq etdiyini, özlərini təqdim etmədiklərini və maşınına maddi ziyan vurduqlarını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin işitrakı ilə yuxarıda qeyd olunan hadisənin görüntülərini özündə əks etdirən video diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs “Opel Astra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu “Sədərək” TM-nin yaxınlığında, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında idarə edərkən qəflətən avtomobili saxlamış və geriyə hərəkət edərək orada quraşdırılmış kapron örtüklü yol nişanının üzərinə çıxmışdır. Bu zaman ora yaxınlaşan YPX əməkdaşı ilə arasında müəyyən dialoq baş tutmuş və bundan sonra sürücü yenidən avtomaşına əyləşərək ordan uzaqlaşmağa çalışmışdır. Bundan başqa məhkəmə araşdırması zaman Şəxs öz etirazının əsası kimi istinad etdiyi hallara dair hər hansı bir mötəbər sübutlar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar