Məhkəmə qərarları › İş №3(002)-1216/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1216/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1216/2025 27.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin MMX-nin rəisi tərəfindən qəbul edilmiş 15 dekabr 2024-cü il tarixli, EQ 25056868 saylı qərarından verdiyi şikayətin icraata qəbul edilməsi məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kürdəmir rayonu, Karrar ərazi dairəsi, Karrar qəsəbəsi ünvanında yaşayan X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək DİN-in BDYPİ-nin MMX-nin rəisi tərəfindən qəbul edilmiş 15 dekabr 2024-cü il tarixli, EQ 25056868 saylı qərarının ləğv edilməsini və barəsində İXM-nin 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, qeyd olunan şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 eyni məzmunlu ərizə ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət etmiş və həmin ərizəyə mahiyyəti üzrə baxılaraq Qaradağ rayon Məhkəməsinin (hakim Teymur Qurbanov) 10 fevral 2025-ci il tarixli, 3(002)-64/2025 saylı qərarı ilə X1 şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 tərəfindən verilmiş şikayət təkrar daxil olduğundan geri qaytarılsın. X2 izah edilsin ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 3(002)-64/2025 saylı qərarından qanunla müəyyən edilmiş qaydada və müddətdə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququ var. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar