Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1218/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs MMC-nin barəsində İXM-nin 505-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 00100-1936/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı rayonu, İsmayıllı şəhəri, R.Beybutov, ev 37 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Polşa Respublikasından WK51308/WK822AC nömrəli avtomaşınla daxil olmuş 2 yerdən ibarət, brutto çəkisi 312 kq olan kosmetik vasitələr **********4737 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən № (S)FSE-6/EX/01/20 saylı xx.xx.2020-ci il tarixli invoysda qeyd edilən dəyərin araşdırılması üçün DGK-nin X1 vasitəsilə İtaliya Respublikasının Gömrük orqanına 1400- 011/0xx-xx/002085 saylı xx.xx.2020-ci il tarixli məktubla müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq DGK tərəfindən 1000-200/2xx-xx/014566 saylı xx.xx.2020-ci il tarixli məktubla BBGİ-nə göndərilən Polşa Respublikasının Gəlirlər X2 X3 Yardım Bölməsindən alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən № (S)FSE-6/EX/01/20 saylı xx.xx.2020-ci il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 2 714,49 EUR deyil, 9 012,17 EUR olduğu bildirilir. Odur ki, bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və X4 şöbəsinə məlumat verilməsi üçün Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/022514 saylı xx.xx.2020-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/023928 saylı xx.xx.2020-ci il tarixli raportda **********4737 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilən 2 yerdən ibarət, netto çəkisi 257.832 kq olan “pease” nişanlı “kosmetik və makiyaj vasitələri” yükünün invoys dəyərinin 2714.49 avro deyil, 9012.17 avro bəyan edildiyi təqdirdə əlavə olaraq gömrük yığımları üzrə 120.00 manat, idxal rüsumu üzrə 1658.76 manat, əlavə dəyər vergisi üzrə 2480.56 manat və dəbbə pulu üzrə 733 manat, cəmi isə 4992.32 manat (dörd min doqquz yüz doxsan iki manat, otuz iki qəpik) gömrük borcu yarandığı qeyd edilmişdir. Şəxs MMC-nin ünvanına 1400-013/0xx-xx/006989 nömrəli, xx.xx.2020-ci il tarixli məktub göndərilərək izahat verməsi üçün Bakı Baş Gömrük İdarəsinə dəvət edilmiş, həmçinin şirkətin nümayəndəsi ilə dəfələrlə əlaqə saxlanılmış, izahat verməsi üçün dəvət edilmiş və barəsində protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi barədə məlumatlandırılmışdır. Şəxs MMC tərəfindən **********4737 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 4992.32 manat əlavə gömrük ödənişi ödənməmişdir. Qeyd olunan inzibati material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400-013/0xx-xx/007177 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 4992.32 (dörd min doqquz yüz doxsan iki manat otuz iki qəpik) manat gömrük ödənişləri məbləğinin 100% (yüz faiz) həddində, yəni 4992.32 (dörd min doqquz yüz doxsan iki manat otuz iki qəpik) manatməbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1218/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1218/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver