Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1218/2025 23.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində bir azyaşlı uşağı olan), "xxxx" MMC-nin 2 saylı poçt filialının 79 saylı poçt şöbəsində əməliyyatçı mühasib vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1817/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli icra vərəqəsini qərəzli olaraq icra etməkdən imtina etdiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 1817/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs 27 aprel 2022-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü, saat 12:00-dan 18:00adək, Novruz, yeni il, Ramazan və Qurban bayramlarında bir gün əvvəl olmaqla 12:00-dan 18:00-adək cavabdeh Mahmudova (Namazlı) Solmaz Mehdi qızının işitrakı ilə ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada 09 dekabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu tərəfindən mütəmadi olaraq görüşlərə şərait yaradılsa da 20 aprel, 27 aprel, 04 may, 11 may və 18 may tarixlərində görüş baş tutmamışdır. 20 aprel və 18 may tarixlərdə görüşün baş tutmamasına səbəb tələbkarın özünün də görüşə gəlməməsi olmuşdur. Digər tarixlərdə isə borclu iddia edir ki, uşağının xəstə olması səbəbilə görüş baş tutmamışdır. Bütün bu qeyd etdiklərinə əsasən borclu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 23 may 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, tələbkar bilərəkdən onun övladı ilə görüşməsinə maneə törədir. Belə ki, indiyədək beş görüş baş tutmayıb. 20 aprel, 27 aprel, 04 may, 11 may və 18 may tarixlərində görüş baş tutmamışdır. 18 may tarixdə özünün görüşə gəlməməsinin səbəbi ondan əvvəlki görüşlərin baş tutmamasında səbəbkar olan borclunun məsuliyyətə cəlb edilməməsi olmuşdur. Belə ki, borclu yaşadığı mənzilin qapısını ona açmır, borclunun anası isə onu söyüb təhqir etmişdir. Odur ki, bütün qeyd edilənlərin nəzərə alınaraq borclu barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, icra vərəqəsindən məlumatı vardır, onun tərəfindən icra sənədinin icrasına hər hansı bir maneə və etirazı yoxdur. İndiyədək də o bütün görüşlərə şərait yaratmışdır. Son beş görüş üzrə, 20 aprel, 27 aprel, 04 may, 11 may və 18 may tarixlərində görüş baş tutmamışdır. 20 aprel 2025-ci il tarixdə o tələbkara zəng edərək birgə nikahdan olan övladları X3 xəstə olduğunu, uşağı gəlib evdə görə biləcəyini bildirmişdir. Belə ki, oğlu 20 aprel-23 aprel 2025-ci il tarixlərdə X6 Xəstəliklər Xəstəxanasında infeksion mənşəli qastroenterit diaqnozu ilə stasionar müalicəyə cəlb olunmuşdur. Oğlunda infeksion xəstəlik olduğundan həkim uşağı evdən kənara çıxarmağa icazə verməmişdir. Buna görə də 04 may və 11 may tarixlərində olan görüşlər də baş tutmamışdır. Bundan sonrakı görüşə isə tələbkar özü gəlməmişdir. Göründüyü kimi o uşaqla ünsiyyətə mane olmur. Görüşlərin alınmamasının səbəbi övladının xəstə olması və ya tələkarın özünün görüşə gəlməməsi səbəbiylə baş vermişdir. Qeyd etdiklərinin və əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zaman, borclunun icra sənədi üzrə icra məmurunun tələbini icra etməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasının gedişində Şəxs məhkəməyə təqdim etdiyi “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Respublika Pediatriya Mərkəzi” PHŞ X6 Xəstəliklər Xəstəxanasındna verilmiş 578 saylı epikriz sənədindən aydın olur ki, 27 aprel 2022-ci il təvəllüdlü X4 “A09.0 digər və dəqiqləşdirilməmiş infeksion mənşəli qastroenterit ağırlaşması E86 hypovolemiya” diqanozu qoyulmaqla 20 aprel 2025-ci il tarixdə xəstənaya daxil olmuş, 23 aprel 2025-ci il tarixdə xəstəxanadan çıxmışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1218/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1218/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver