Məhkəmə qərarları › İş №3(002)-1219/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1219/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1219/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, «xxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 505-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən «xxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 505-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 00100-1487/20 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs (VÖEN **********) xx xxxx 2020-ci il tarixdə saat 03:29-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, Rusiya Federasiyasında fəaliyyət göstərən “Viktoriya” şirkətindən 1 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 99HX876 nömrə nişanlı yük avtomobilində göndərilmiş malları xx xxxx 2020ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3212 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında yerləşdirmək məqsədi ilə bəyan edərkən 24-cü mal mövqeyində 39 ədəd “İqos” markalı elektron siqaret, 47-ci il mal mövqeyində “Bentley” markalı uşaqlar üçün metal karkaslı kolyaskavelosipedin dəyərini faktiki dəyərdən aşağı göstərməklə bu iki mala görə 1687,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmış, faktiki olaraq yük avtomobilində olsa da, Gömrük bəyannaməsi və mal müşaiyət sənədlərində qeyd olunmayan 1 ədəd 300 manat dəyərində “X11” markalı qəlyan, bir ədədi 590 manat olmaqla ümumi dəyəri 1180 manat təşkil edən 2 ədəd “Maklaud Skytech” markalı qəlyan, bir ədədi 185 manat olmaqla ümumi dəyəri 2775 manat təşkil edən 15 ədəd “Maklaud Dren F/Buddha” markalı qəlyan, bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 150 manat təşkil edən 6 ədəd “Maklaud” markalı şlanq və birləşmələrdən ibarət qəlyan hissəsi, bir ədədinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 720 manat təşkil edən 12 ədəd şüşə materialdan ağ-qırmızı rəngli qəlyan üçün kolba, 1 ədəd 18 manat dəyərində “Maklaud” markalı ayı fiqurlu həlqəsi olan aliminium materialdan qəlyan müştüyü, 1 ədəd 18 manat dəyərində “Maklaud” markalı qafatası fiqurlu müştük başlığı, bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 4 ədəd “Maklaud” markalı vilkalar, bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 75 manat təşkil edən 3 ədəd “Maklaud” markalı maşa, bir ədədinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 640 manat təşkil edən 40 ədəd “JUUL” markalı elektron siqaret, “Artlayf” şirkətinin istehsalı olan: bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 125 manat təşkil edən 5 ədəd “Novoraqin” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 10 ədəd “Persifan” markalı, bir ədədinin dəyəri 30 manat olmaqla ümumi dəyəri 300 manat təşkil edən 10 ədəd “Avirol” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 5 ədəd “Superşild” markalı,bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 175 manat təşkil edən 7 ədəd “Memoriarays” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 10 ədəd “Fitosorbovit” markalı, bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 175 manat təşkil edən 7 ədəd “Kalsimaks” markalı, bir ədədinin 34 manat olmaqla ümumi dəyəri 340 manat təşkil edən 10 ədəd “Ateresterol” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 10 ədəd “Multimeqan” markalı, bir ədədinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 150 manat təşkil edən 10 ədəd “Formula jenşina” markalı, bir ədədinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 135 manat təşkil edən 9 ədəd “Formula mujşina” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 10 ədəd “Çetrarin” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 400 manat təşkil edən 20 ədəd “Triobalan” markalı, bir ədədinin dəyəri 23 manat olmaqla ümumi dəyəri 184 manat təşkil edən 8 ədəd “İvlaksin” markalı, bir ədədinin dəyəri 44 manat olmaqla ümumi dəyəri 220 manat təşkil edən 5 ədəd “Dimprost” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 5 ədəd “Kalsifayter” markalı, bir ədədinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 180 manat təşkil edən 2 qutu “Mega Pro” markalı qida əlavələrindən ibarət ümumilikdə az miqdarda, 9360 manat dəyərindəki malları bəyan etməmiş, xx xxxx 2020-ci il tarixdə saat 12:00-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda malları daşıyan yük avtomobili yoxlanıldıqda qeyd olunan mallar aşkar edilərək götürülmüşdür. Belə ki, 34/013/019600 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən xx xxxx 2020ci il tarixdə saat 12:00-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda “xxxxxxxxx LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Rusiya Federasiyasında fəaliyyət göstərən “Viktoriya” şirkətindən göndərilmiş, xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3212 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş malları daşıyan 99HX876 nömrə nişanlı yük avtomobilinin yoxlanılması nəticəsində gömrük bəyannaməsi və mal müşayiət sənədlərində qeyd olunmayan 1 ədəd “X11” markalı qəlyan, 2 ədəd “Maklaud Skytech” markalı qəlyan, 15 ədəd “Maklaud Dren F/Buddha” markalı qəlyan, 6 ədəd “Maklaud” markalı şlanq və birləşmələrdən ibarət qəlyan hissəsi, 12 ədəd şüşə materialdan ağ-qırmızı rəngli qəlyan üçün kolba, 1 ədəd “Maklaud” markalı ayı fiqurlu həlqəsi olan aliminium materialdan qəlyan müştüyü, 1 ədəd “Maklaud” markalı qafatası fiqurlu müştük başlığı, 4 ədəd “Maklaud” markalı vilkalar, 3 ədəd “Maklaud” markalı maşa, 40 ədəd “JUUL” markalı elektron siqaret, “Artlayf” şirkətinin istehsalı olan: 5 ədəd “Novoraqin” markalı, 10 ədəd “Persifan” markalı, 10 ədəd “Avirol” markalı, 5 ədəd “Superşild” markalı, 7 ədəd “Memoriarays” markalı, 10 ədəd “Fitosorbovit” markalı, 7 ədəd “Kalsimaks” markalı, 10 ədəd “Ateresterol” markalı, 10 ədəd “Multimeqan” markalı, 10 ədəd “Formula jenşina” markalı, 9 ədəd “Formula mujşina” markalı, 10 ədəd “Çetrarin” markalı, 20 ədəd “Triobalan” markalı, 8 ədəd “İvlaksin” markalı, 5 ədəd “Dimprost” markalı, 5 ədəd “Kalsifayter” markalı, 2 qutu “Mega Pro” markalı qida əlavələri aşkar edilərək götürülmüşdür. Həmçinin aparılan yoxlama zamanı, bəyannamənin 42-ci mal mövqeyində “pivə süzmək üçün avadanlığın hissələri” kimi qeyd olumnmuş malların arasında 50 ədəd “Redius” markalı UR 5-3MR modelli monometrin həmin mal mövqeyinə aid olub-olmamasına, 24-cü mal mövqeyində bəyan edilmiş 39 ədəd “İqos” markalı elektron siqaret və 47-ci mal mövqeyində 9 ədəd “Bentley” markalı uşaqlar üçün metal karkaslı kolyaska-velosipedin isə qiymətinə dair şübhələr olduğundan götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 2-ci anbarında “xxxxxxxxx LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Rusiya Federasiyasında fəaliyyət göstərən “Viktoriya” şirkətindən göndərilmiş, xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3212 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş malları daşıyan 99HX876 nömrə nişanlı yük avtomobilinin yoxlanılması nəticəsində gömrük bəyannaməsi və mal müşayiət sənədlərində qeyd olunmayan 1 ədəd “X11” markalı qəlyan, 2 ədəd “Maklaud Skytech” markalı qəlyan, 15 ədəd “Maklaud Dren F/Buddha” markalı qəlyan, 6 ədəd “Maklaud” markalı şlanq və birləşmələrdən ibarət qəlyan hissəsi, 12 ədəd şüşə materialdan ağqırmızı rəngli qəlyan üçün kolba, 1 ədəd “Maklaud” markalı ayı fiqurlu həlqəsi olan aliminium materialdan qəlyan müştüyü, 1 ədəd “Maklaud” markalı qafatası fiqurlu müştük başlığı, 4 ədəd “Maklaud” markalı vilkalar, 3 ədəd “Maklaud” markalı maşa, 40 ədəd “JUUL” markalı elektron siqaret, “Artlayf” şirkətinin istehsalı olan: 5 ədəd “Novoraqin” markalı, 10 ədəd “Persifan” markalı, 10 ədəd “Avirol” markalı, 5 ədəd “Superşild” markalı, 7 ədəd “Memoriarays” markalı, 10 ədəd “Fitosorbovit” markalı, 7 ədəd “Kalsimaks” markalı, 10 ədəd “Ateresterol” markalı, 10 ədəd “Multimeqan” markalı, 10 ədəd “Formula jenşina” markalı, 9 ədəd “Formula mujşina” markalı, 10 ədəd “Çetrarin” markalı, 20 ədəd “Triobalan” markalı, 8 ədəd “İvlaksin” markalı, 5 ədəd “Dimprost” markalı, 5 ədəd “Kalsifayter” markalı, 2 qutu “Mega Pro” markalı qida əlavələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, **********3212 sorğu nömrəli Gömrük bəyannaməsinin 19-cu mal mövqeyində “Unkarin” markalı qida əlavəsinin sayı 321 ədəd yazılsa da, faktiki 37 ədəd qida əlavəsi aşkar edilmiş, həmin qida əlavəsinin istehsalçısı bəyannamədə “Viktoriya” qeyd olunsa da, faktiki olaraq “Artlayf” şirkətinin istehsalı olduğu müəyyən edilmişdir. Bundan başqa, **********3212 sorğu nömrəli Gömrük bəyannaməsinin 25-ci mal mövqeyində “Juul” markalı plasmasdan hazırlanmış elektron siqaret tütünü 1744 ədəd yazılsa da, faktiki olaraq 1712 ədəd, yəni 32 ədəd az sayda kartric olduğu müəyyən edildi. Bundan başqa, aparılan yoxlama zamanı, bəyannamənin 42-ci mal mövqeyində “pivə süzmək üçün avadanlığın hissələri” kimi qeyd olumnmuş malların arasında 50 ədəd “Redius” markalı UR 5-3MR modelli monometrin həmin mal mövqeyinə aid olubolmamasına, 24-cü mal mövqeyində bəyan edilmiş 39 ədəd “İqos” markalı elektron siqaret və 47-ci mal mövqeyində 9 ədəd “Bentley” markalı uşaqlar üçün metal karkaslı kolyaskavelosipedin isə qiymətinə dair şübhələr olduğundan götürülmüşdür. Yoxlama başa çatdıqdan sonra 1 ədəd “X11” markalı qəlyan, 2 ədəd “Maklaud Skytech” markalı qəlyan, 15 ədəd “Maklaud Dren F/Buddha” markalı qəlyan, 6 ədəd “Maklaud” markalı şlanq və birləşmələrdən ibarət qəlyan hissəsi, 12 ədəd şüşə materialdan ağ-qırmızı rəngli qəlyan üçün kolba, 1 ədəd “Maklaud” markalı ayı fiqurlu həlqəsi olan aliminium materialdan qəlyan müştüyü, 1 ədəd “Maklaud” markalı qafatası fiqurlu müştük başlığı, 4 ədəd “Maklaud” markalı vilkalar, 3 ədəd “Maklaud” markalı maşa, 40 ədəd “JUUL” markalı elektron siqaret, 37 ədəd “Unkarin” markalı qida əlavəsi, “Artlayf” şirkətinin istehsalı olan: 5 ədəd “Novoraqin” markalı, 10 ədəd “Persifan” markalı, 10 ədəd “Avirol” markalı, 5 ədəd “Superşild” markalı, 7 ədəd “Memoriarays” markalı, 10 ədəd “Fitosorbovit” markalı, 7 ədəd “Kalsimaks” markalı, 10 ədəd “Ateresterol” markalı, 10 ədəd “Multimeqan” markalı, 10 ədəd “Formula jenşina” markalı, 9 ədəd “Formula mujşina” markalı, 10 ədəd “Çetrarin” markalı, 20 ədəd “Triobalan” markalı, 8 ədəd “İvlaksin” markalı, 5 ədəd “Dimprost” markalı, 5 ədəd “Kalsifayter” markalı, 2 qutu “Mega Pro” markalı qida əlavələr, 50 ədəd “Redius” markalı UR 5-3MR modelli monometr, 39 ədəd “İqos” markalı elektron siqaret və ə 9 ədəd “Bentley” markalı uşaqlar üçün metal karkaslı kolyaska-velosiped götürülərək Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 7-ci anbarının 100 nömrəli otağına təhvil verilmişdir. Araşdırma zamanı izahatı alınmış X4 izahatından görünür ki, “MAN” markalı 90HX876 nömrə nişanlı avtomobil etibarnamə üzrə mənim sahibliyimdədir. Bu ilin iyul ayının əvvəlində sifariş əsasında həmin avtomobil ilə X1 vilayətinə getmişəm. Orada yük avtomobilinimə karton qutularda qablaşdırılmış vəziyyətdə yüklər yüklənmiş və Bakı şəhərinə yola düşmüşəm. x xxxx 2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postundan keçib yükü Bakı Baş Gömrük İdarəsinə çatdırılmışdır. Yüklər “İpək Yolu” gömrük postuna çatdıqdan sonra 2-ci anbarda gömrük əməkdaşlarının iştirakı ilə boşaldılmışdır. Postda yük avtomobilinə qoyulan plombu çıxardılar, yüklər boşalanda mən iştirat etsəm də, ayrı-ayrı sayılanda və sənədlər ilə yoxlanılanda mən iştirak etməmişəm. xx xxxx 2020-ci il tarixdə mən “MAN” markalı 90HX876 nömrə nişanlı avtomobil ilə postun ərazisindən çıxmışam. Yük avtomobilinə karton qutularda yüklər yüklənib, xatırladığım qədəri ilə avtomobilə plasmas qablarda ballar, kola, içkilər, kofe, saqqız, çay, pampers, qarışıq mallar yüklənib. Mən mallar yüklənəndə sənəd üzrə təhvil almamışam. Sadəcə mallar yüklənib və mən də avtomobilim ilə Bakı şəhərinə qədər sürüb gətirmişəm.Mənə sənədlər verilmişdi, sərhəddən keçəndə Samur gömrük postunda gömrükçüyəm vermişəm, bunlar da sistemə yükləndikdən sonra özümə qaytarıldı, Bakı Baş Gömrük İdarəsinə gəldikdə malın sahibi Süleyman adlı şəxsə vermişdir. Araşdırma zamanı izahatı alınmış X2 izahatında göstərmişdir ki, 2020-ci ilin iyun ayının axırında oğlum Elvin Rusiyadan Azərbaycana ayrı-ayrı şəxslərə məxsus malların daşınması üçün yük avtomobili təşkil etməyi, mallar Azərbaycana gətirildikdən sonra isə sahiblərinə çatdırılması üçün Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində “Öz Araz” karqosuna məxsus anbara aparılmağı tapşırmışdır. Mən əvvəllər də bir neçə dəfə karqo yüklərinin Azərbaycana daşınmasında iştirak etmişəm. Bunun müqabilində hər yük avtomobilinə 200 manat pul mənə çatmalı idi. Karqonun anbarından yüklər bir-bir təhvil alınmalı, sahibləri karqonun anbarına gəlmədiyi hallarda isə mən sahiblərinə çatdırmalı idim. Malların sahiblərinin siyahısı və əlaqə vasitələri məndə olur. Sonuncu dəfə tanışlarım vasitəsilə Tural adlı yük avtomobili sürücüsünü tapmışdım. Sürücü Tural ilə 1800 ABŞ dolları müqabilində yükləri Rusiyanın Piteqorskiy vilayətindən Azərbaycan Respublikasına daşımaq razılaşdırılmışdır. İyul ayının birinci həftəsində Turala məxsus 99HX876 nömrə nişanlı yük avtomobilinə karton qutularda müxtəlif mallar yüklənmişdir. Yüklü vəziyyətdə olan 99HX876 nömrə nişanlı yük avtomobili x xxxx 2020-ci il tarixdə Samur gömrük postunda sərhədi keçərək Azərbaycan Respublikasına daxil olmuşdur. Malların yük avtomobilinə siyahını yüklənməsini oğlum Elvin həyata keçirib. Yük avtomobilinə qoyulan malların ayrı-ayrı nədən ibarət olması və sayını dəqiq bilirdim. Malların siyahısını eynilə mənə göndərdiyi kimi oğlum Elvin karqo fəaliyyətində iştirak edən broker Əfqana göndərib, oğlum Elvin Azərbaycandakı karqo fəaliyyəti ilə məşğul olan “Öz Araz” karqosunun əməkdaşı Əfqan və adını bilmədiyim digər şəxslər ilə Rusiya Federasiyasından sənədlərin alınması işini təşkil ediblər. Mallar Bakı Baş Gömrük İdarəsinə çatdırıldıqdan sonra xx.xx.2020-ci il tarixdə **********3212 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş, xx xxxx 2020-ci il tarixdə yük avtomobilindən “İpək yolu” gömrük postuna boşaldılmış mallar mənim iştirakım ilə yoxlanılmışdır. Mallar yoxlanılan zaman 321 ədəd “Unkarin” markalı qida əlavəsi yazılsa da, faktiki 37 ədəd “Unkarin” markalı qida əlavəsi aşkar edilmişdir. Bundan başqa bəyannamədə yazılmayan “Artlayf” şirkətinin istehsalı olan: 5 ədəd “Novoraqin” markalı, 10 ədəd “Persifan” markalı, 10 ədəd “Avirol” markalı, 5 ədəd “Superşild” markalı, 7 ədəd “Memoriarays” markalı, 10 ədəd “Fitosorbovit” markalı, 7 ədəd “Kalsimaks” markalı, 10 ədəd “Ateresterol” markalı, 10 ədəd “Multimeqan” markalı, 10 ədəd “Formula jenşina” markalı, 9 ədəd “Formula mujşina” markalı, 10 ədəd “Çetrarin” markalı, 20 ədəd “Triobalan” markalı, 8 ədəd “İvlaksin” markalı, 5 ədəd “Dimprost” markalı, 5 ədəd “Kalsifayter” markalı, 2 qutu “Mega Pro” markalı qida əlavələri aşkar edildi. Həmçinin bəyannamənin 25-ci mal mövqeyində “Juul” markalı plasmasdan hazırlanmış elektron siqaret tütünü kartriclər 1744 ədəd yazılsa da, faktiki olaraq 1712 ədəd kartric olduğu müəyyən edildi. Həmçinin bəyannamədə qeyd olunmayan 40 ədəd “Juul” markalı elektron siqaret, 1 ədəd “X11” markalı qəlyan, 2 ədəd “Maklaud Skytech” markalı qəlyan, 15 ədəd “Maklaud Dren F/Buddha” markalı qəlyan, 6 ədəd “Maklaud” markalı şlanq və birləşmələrdən ibarət qəlyan hissəsi, 12 ədəd şüşə materialdan ağ-qırmızı rəngli qəlyan üçün kolba, 1 ədəd “Maklaud” markalı ayı fiqurlu həlqəsi olan aliminium materialdan qəlyan müştüyü, 1 ədəd “Maklaud” markalı qafatası fiqurlu müştük başlığı, 4 ədəd “Maklaud” markalı vilkalar, 3 ədəd “Maklaud” markalı maşa aşkar edildi. Aşkar edilən mallar dəvət edilmiş hal şahidlərinin iştirakı ilə götürüldü. Götürmə aparılan zaman bəyannamədə qeyd olunmayan həmin yüklərdən başqa bəyannamənin 42-ci mal mövqeyində “pivə süzmək üçün avadanlığın hissələri” kimi qeyd olumnmuş malların arasında 50 ədəd “Redius” markalı UR 5-3MR modelli monometrin həmin mal mövqeyinə aid olub-olmamasına, 24-cü mal mövqeyində bəyan edilmiş 39 ədəd “İqos” markalı elektron siqaret və 47-ci mal mövqeyində 9 ədəd “Bentley” markalı uşaqlar üçün metal karkaslı kolyaska-velosipedin isə qiymətinə dair şübhələr olduğundan götürülmüşdür. Daha sonra gömrük əməkdaşları tərəfindən götürülmüş mallar “İpək yolu” gömrük postunun 7-ci anbarında 100 nömrəli otağa qoyuldu və protokol tərtib edildi. Mən həmin malların arasında qeyd olunan, aşkar edilmiş malların olduğunu bilirdim. Bu malların bütün siyahısını oğlum Elvin karqonun əməkdaşı Əfqana göndərmişdi. Əfqan isə bəyannamədə bütün bunları olduğu kimi yazmayıb. Araşdırma zamanı izahatı alınmış hüquqi şəxsin yoxlamada iştirak edən gömrük təmsilçiliyində səlahiyyətli nümayəndəsi X5 izahatında göstərmişdir ki, “xxxxxxxxx” MMCnin etibarnamə üzrə səlahiyyətli nümayəndəsiyəm. Mənim nümayəndəsi olduğum şirkətin ünvanına Rusiya Federasiyasında fəaliyyət göstərən Rusiya Federasiyasında fəaliyyət göstərən “Viktoriya” şirkətindən müxtəlif mallar göndərilmişdir. Həmin mallar 1 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 99HX876 nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasına yola düşmüş, x xxxx 2020-ci il tarixdə Samur gömrük postunda sərhədi keçməklə Bakı Baş Gömrük X10 gömrük postuna çatdırılmışdır. Mallar xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində**********212 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmişdir. X3 Elvin adlı şəxsə məxsusdur. Malların daşınması həmin şəxs tərəfindən sifariş verilmişdir. Bu malları təhvil almalı olan şəxs Elvinin atası Süleyman idi. Mallara dair müşayiət sənədləri əsasında malların qruplaşdırılması və bəyannamədə qeyd olunmasını Şəxs şirkəti adından mən həyata keçirmişəm. Mallar xx xxxx 2020-ci il tarixdə saat 12:00-da “İpək Yolu” gömrük postunda mallar yoxlanılmışdır. Mallar yoxlanılan zaman 321 ədəd “Unkarin” markalı qida əlavəsi yazılsa da, faktiki 37 ədəd qida əlavəsi aşkar edilmişdir. Bundan başqa bəyannamədə yazılmayan “Artlayf” şirkətinin istehsalı olan: 5 ədəd “Novoraqin” markalı, 10 ədəd “Persifan” markalı, 10 ədəd “Avirol” markalı, 5 ədəd “Superşild” markalı, 7 ədəd “Memoriarays” markalı, 10 ədəd “Fitosorbovit” markalı, 7 ədəd “Kalsimaks” markalı, 10 ədəd “Ateresterol” markalı, 10 ədəd “Multimeqan” markalı, 10 ədəd “Formula jenşina” markalı, 9 ədəd “Formula mujşina” markalı, 10 ədəd “Çetrarin” markalı, 20 ədəd “Triobalan” markalı, 8 ədəd “İvlaksin” markalı, 5 ədəd “Dimprost” markalı, 5 ədəd “Kalsifayter” markalı, 2 qutu “Mega Pro” markalı qida əlavələri aşkar edildi. Həmçinin bəyannamənin 25-ci mal mövqeyində “Juul” markalı plasmasdan hazırlanmış elektron siqaret tütünü 1744 ədəd yazılsa da, faktiki olaraq 1712 ədəd kartric olduğu müəyyən edildi. Həmçinin bəyannamədə qeyd olunmayan 40 ədəd “Juul” markalı elektron siqaret, 1 ədəd “X11” markalı qəlyan, 2 ədəd “Maklaud Skytech” markalı qəlyan, 15 ədəd “Maklaud Dren F/Buddha” markalı qəlyan, 6 ədəd “Maklaud” markalı şlanq və birləşmələrdən ibarət qəlyan hissəsi, 12 ədəd şüşə materialdan ağ-qırmızı rəngli qəlyan üçün kolba, 1 ədəd “Maklaud” markalı ayı fiqurlu həlqəsi olan aliminium materialdan qəlyan müştüyü, 1 ədəd “Maklaud” markalı qafatası fiqurlu müştük başlığı, 4 ədəd “Maklaud” markalı vilkalar, 3 ədəd “Maklaud” markalı maşa aşkar edildi. Aşkar edilən mallar dəvət edilmiş hal şahidlərinin iştirakı ilə götürüldü. Götürmə aparılan zaman bəyannamədə qeyd olunmayan həmin yüklərdən başqa bəyannamənin 42-ci mal mövqeyində “pivə süzmək üçün avadanlığın hissələri” kimi qeyd olumnmuş malların arasında 50 ədəd “Redius” markalı UR 5-3MR modelli monometrin həmin mal mövqeyinə aid olub-olmamasına, 24-cü mal mövqeyində bəyan edilmiş 39 ədəd “İqos” markalı elektron siqaret və 47-ci mal mövqeyində 9 ədəd “Bentley” markalı uşaqlar üçün metal karkaslı kolyaska-velosipedin isə qiymətinə dair şübhələr olduğundan götürülmüşdür. Daha sonra gömrük əməkdaşları tərəfindən götürülmüş mallar “İpək yolu” gömrük postunun 7-ci anbarında 100 nömrəli otağa qoyuldu və protokol tərtib edildi. Protokol başa çatdıqdan sonra tərəfimdən imzalandı. Malları gömrük bəyannaməsində invoys sənədi əsasında qeyd etmişəm. Qəlyan və hissələri ümumi adda yazıldığına görə bəyannamədə qəlyan çaşkası kimi, qida əlavələrinin isə markası düzgün yazılmadığından başqa ad altında, elektron siqaretlər isə kartric kimi yazılmışdır. Mən invoysda ümumi adda yazılan mallar ilə bağlı dəqiqləşdirmələr aparmadığıma görə Gömrük bəyannaməsində qeyd etdiyiniz malları yalnış göstərmişəm. Araşdırma zamanı aşkar edilmiş malların xarici ölkə ərazisində alınmasını təsdiq edən sənədlər olmadığından və belə məlumatlar malın dəyərini müəyyən etməyə imkan vermədiyindən xx.xx.2020-ci il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməklə tədqiqatların aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2573 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən 29 adda malın ümumilikdə ayrıayrılıqda orta bazar qiyməti 20640,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri cədvəldə göstərilmişdir. Araşdırma zamanı Şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3212 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş qiymətinə görə şübhə yaranan 39 ədəd “İqos” markalı elektron siqaret və 9 ədəd “Bentley” markalı uşaqlar üçün metal karkaslı kolyaska-velosipedin məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinə əsasən faktiki bazar qiymətinə uyğun formalaşan gömrük dəyərində bəyan edildiyi təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etmədiyini, təsir etdiyi halda ödənilməli olan gömrük ödənişlərinin məbləği; bundan başqa, gömrük orqanına bəyan edilməmiş 1 ədəd “X11” markalı qəlyan, 2 ədəd “Maklaud Skytech” markalı qəlyan, 15 ədəd “Maklaud Dren F/Buddha” markalı qəlyan, 6 ədəd “Maklaud” markalı şlanq və birləşmələrdən ibarət qəlyan hissəsi, 12 ədəd şüşə materialdan ağ-qırmızı rəngli qəlyan üçün kolba, 1 ədəd “Maklaud” markalı ayı fiqurlu həlqəsi olan aliminium materialdan qəlyan müştüyü, 1 ədəd “Maklaud” markalı qafatası fiqurlu müştük başlığı, 4 ədəd “Maklaud” markalı vilkalar, 3 ədəd “Maklaud” markalı maşa, 40 ədəd “JUUL” markalı elektron siqaret, “Artlayf” şirkətinin istehsalı olan: 5 ədəd “Novoraqin” markalı, 10 ədəd “Persifan” markalı, 10 ədəd “Avirol” markalı, 5 ədəd “Superşild” markalı, 7 ədəd “Memoriarays” markalı, 10 ədəd “Fitosorbovit” markalı, 7 ədəd “Kalsimaks” markalı, 10 ədəd “Ateresterol” markalı, 10 ədəd “Multimeqan” markalı, 10 ədəd “Formula jenşina” markalı, 9 ədəd “Formula mujşina” markalı, 10 ədəd “Çetrarin” markalı, 20 ədəd “Triobalan” markalı, 8 ədəd “İvlaksin” markalı, 5 ədəd “Dimprost” markalı, 5 ədəd “Kalsifayter” markalı, 2 qutu “Mega Pro” markalı qida əlavələrinə görə ödənilməli olan gömrük ödənişlərinin məbləğini müəyyən etməkdən ötrü müvafiq sorğu verilmişdir. Sorğuya Gömrük Prosedurları və Ödənişləri şöbəsindən verilən cavab raportuna əsasən Şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3212 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş qiymətinə görə şübhə yaranan 39 ədəd “İqos” markalı elektron siqaret və 9 ədəd “Bentley” markalı uşaqlar üçün metal karkaslı kolyaska-velosipedin məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinə əsasən faktiki bazar qiymətinə uyğun formalaşan gömrük dəyərində 24-cü mal mövqeyində bəyan edilmiş 39 ədəd “İqos” markalı elektron siqaretə görə 197,15 manat idxal rüsumu, 745,23 manat Əlavə dəyər vergisi, 47-ci mal mövqeyində 9 ədəd “Bentley” markalı uşaqlar üçün metal karkaslı kolyaska 313.20 manat idxal rüsumu, 432.22 manat X7 ibarət olmaqla 1687,80 manat əlavə gömrük ödənişləri ödənilməlidir. Bundan başqa, gömrük orqanına bəyan edilməmiş 1 ədəd “X11” markalı qəlyan, 2 ədəd “Maklaud Skytech” markalı qəlyan, 15 ədəd “Maklaud Dren F/Buddha” markalı qəlyan, 6 ədəd “Maklaud” markalı şlanq və birləşmələrdən ibarət qəlyan hissəsi, 12 ədəd şüşə materialdan ağ-qırmızı rəngli qəlyan üçün kolba, 1 ədəd “Maklaud” markalı ayı fiqurlu həlqəsi olan aliminium materialdan qəlyan müştüyü, 1 ədəd “Maklaud” markalı qafatası fiqurlu müştük başlığı, 4 ədəd “Maklaud” markalı vilkalar, 3 ədəd “Maklaud” markalı maşa, 40 ədəd “JUUL” markalı elektron siqaret, “Artlayf” şirkətinin istehsalı olan: 5 ədəd “Novoraqin” markalı, 10 ədəd “Persifan” markalı, 10 ədəd “Avirol” markalı, 5 ədəd “Superşild” markalı, 7 ədəd “Memoriarays” markalı, 10 ədəd “Fitosorbovit” markalı, 7 ədəd “Kalsimaks” markalı, 10 ədəd “Ateresterol” markalı, 10 ədəd “Multimeqan” markalı, 10 ədəd “Formula jenşina” markalı, 9 ədəd “Formula mujşina” markalı, 10 ədəd “Çetrarin” markalı, 20 ədəd “Triobalan” markalı, 8 ədəd “İvlaksin” markalı, 5 ədəd “Dimprost” markalı, 5 ədəd “Kalsifayter” markalı, 2 qutu “Mega Pro” markalı qida əlavələrinə görə ödənilməli olan gömrük ödənişlərinin məbləği - 862.20 manat idxal rüsumu və 1189.84 manat X7 ibarətdir. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs «xxxxxxxxxx» MMC-yə və Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs «xxxxxxxxxx» MMC-nin və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, «xxxxxxxxxx» MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, “xxxxxxxxxx” MMC İXM-nin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxxx” MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 9360 manatın 50 % (əlli faizi) həddində, yəni 4680 (dörd min altı yüz səksən) manat məbləğində cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat “xxxxxxxxxx” MMC -dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlıqı Agentliyi, KOD 210005, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar