Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1219/2023 07.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxx 1960-cı ildə Lerik rayonu, Buludlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barədə Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 06 iyun 2023-cü il tarixli, İXP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, 21 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində Qaradağ rayonu, Şanqar qəsəbəsi, “Gülbaxt” daş karxanası yaxınlığında vətəndaş Şəxs idarə etdiyi “Kamaz 5511” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə vətəndaş Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford Transit” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilinin toqquşması nəticəsində vətəndaş Şəxs, Zərərçəkmiş şəxs1 və “Ford Transit” markalı avtomobildə sərnişin Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis baş leytenantı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki hadisənin baş verməsində təqsirli olan “Kamaz 5511” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı yük avtomaşının sürücüsü Şəxs hərəkətlərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissənin 3-cü bəndinin tələblərinə uyğunsuz olduğuna görə onun barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən prtokol tərtib edilmişdir. O, daha sonra öz izahatında göstərmişdir ki, sığorta şirkəti tərəfindən vurulmuş ziyanlarla bağlı müvafiq ödənişlər edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirmişdir ki, BC dərəcəli sürücülük vəsiqəsi ilə X3 adına olan “Kamaz” markalı, ** NN *** nömrəli avtomaşını etibarnamə əsasında idarə edir. 21 aprel 2023-cü il tarixdə, saat təxminən 11 radələrində “Gülbaxt” daş karxanasından blok daşı yükləyib daş karxanasından gəlirmiş. Karyer yolu çox ensiz və dar olduğundan əgər bir maşın yuxarıdan aşağı düşürsə yuxarı qalxan maşın və yaxud əksinə gələn gözləyib yol verməlidir. O yüklü maşınla yanında əyləşən fəhlə ilə üzü aşağı düşərkən qarşıdan “Ford” markalı, göy rəngli avtomobilin uzaqdan gəldiyi görmüşdür. O əl tormozunu çəkib sürətini azaltmağa çalışmış, lakin əl tormozu tutmamışdır. Ayaq tormozunun da gücü çatmamışdır. O hadisənin qarşısını almaq üçün sükanı tutub nə qədər kənara çəkməyə çalışsa da idarə etdiyi yük maşını qarşıdan gələn “Ford” markalı maşınla toqquşmuşdur. Hadisə baş verəndən sonra hadisə yerinə tanışları gələrək onları xəstəxanaya aparmışlar. O törətdiyi əməldən peşiman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 öz izahatında göstərmişdir ki, Qaradağ rayonu, Şanqar qəsəbəsində yerləşən “Gülbaxt” daş karxanasında fəhlə işləyir. 21 aprel 2023-cü il tarixdə, saat təxminən 11 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford Transit” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Gülbaxt” daş karxanasına doğru hərəkət edirmiş. O avtomobilin qarşı sağ oturacağında əyləşibmiş. Onlar üzü yuxarı hərəkət edən zaman qarşıdan yüklü vəziyyətdə gələn “Kamaz” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin artıq enişə girdiyini və onlara tərəf gəldiyini görmüşlər. Həmin sürücü də onların gəldiyini görüb avtomobili saxlayıb geri, enli yerə qayıtmaq istəmişdir. Lakin “Kamaz” markalı avtomobil tormoz verib arxaya getmək istədikdə onun avtomobili yüklü olduğundan avtomobili saxlaya bilməmiş, idarəetməni itirmiş və avtomobil üzü aşağı sürətlə hərəkət etməyə başlamışdır. Onun əyləşdiyi avtomaşının sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısı almaq üçün avtomobili arxaya hərəkət etdirib ona yol vermək istəsə də hadisənin qarşısını ala bilməmiş və avtomobillər arasında toqquşma baş vermişdir. Həmin vaxt əyləşdiyi avtomobil sol yanı üstə aşaraq dayanmışdır. Hadisə zamanı o, “Kamaz” markalı avtomobilin sürücüsü və Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Bundan sonra hadisə yerinə tanışları gələrək onları xəstəxanaya çatdırmışlar. O hal-hazırda Şəxs heç bir şikayətinin olmadığı bildirərək sonuncu barəsində hər hansı tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 öz izahatında göstərmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi var. Qaradağ rayon ərazisində yerləşən daş karxanalarına ehtiyyat hissələrin satılması və daşınması ilə məşğul olur. 21 aprel 2023-cü il tarixdə, saat təxminən 11 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, ** NL *** dövlət nömrə nişanlı avtomobili ilə Qaradağ rayonu, Şanqar qəsəbəsi “Gülbaxt” daş karxanasına tərəf hərəkət edirmiş. Həmin yol enişli yoxuşlu yoldur və həmin yolda yalnız bir avtomobil hərəkət edə bilir. Qarşıdan digər avtomobil gəldikdə hansı avtomobil yolda olan enli yer olduğu hissəyə yaxın olarsa həmin yerdə saxlayıb qarşıdan gələn avtomobilə yol verir. Belə ki, o üzü yuxarı daş karxanasına hərəkət edərkən qarşıdan yüklü vəziyyətdə gələn “Kamaz” markalı, ** NN *** nömrəli avtomobilin artıq enişə girdiyini və ona tərəf gəldiyini görmüşdür. Həmin “Kamaz”ın sürücüsü də qarşıdan avtomobil gəldiyini görüb geriyə, enli yerə qayıtmaq istəsə də avtomobili yüklü olduğundan və yol yoxuş olduğundan avtomobili saxlaya bilməmişdir. “Kamaz” markalı avtomobil sürətlə onun idarə etdiyi “Ford” markalı avtomoblin üstünə gəldiyini görəndə o özünü itirməyib avtomobili arxaya verməyə çalışmışdır. Lakin “Kamaz”ın tormozları sıradan çıxdığı üçün sürətlə onun avtomobilinin üstünə gəlmiş və hər iki avtomobil toqquşmuşdur. Onun idarə etdiyi avtomaşın sol yanı ütə aşmış və “Kamaz” markalı avtomobil onu 5-6 metr sürümüşdür. Hadisə zamanı o və yanında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 xəsarət almışlar. O, hal-hazırda Şəxs heç bir şikayətinin olmadığı bildirərək sonuncu barəsində hər hansı tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Elman Abdullayev tərəfindən qəbul edilmiş 22 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi məqsədilə toplanmış materialın Qaradağ RPİ-nin DYPŞ-na göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon Prokuroruna göndərilməsi, qərraın surətinin məlumat üçün maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin 05 may 2023-cü il tarixli, №272 saylı “canlı şəxsin ekspertizası” ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- burun sümüyünün qapalı, yerdəyişməyən sınığı, sağ əlin İİİ-İV barmaqarası nahiyyəsinin əzilmiş-cırılmış yarası, alın və sol bud-çanaq nahiyyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X6 müraciət etdiyi 21 aprel 2023-cü il tarxdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hisəsində göstərilən şəraitdə yəni, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin 05 may 2023-cü il tarixli, № 273 saylı “canlı şəxsin ekspertizası” ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın alın-qaşarası nahiyyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X6 müraciət etdiyi 21 aprel 2023-cü il tarxdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hisəsində göstərilən şəraitdə yəni, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin 08 may 2023-cü il tarixli, №301 saylı “canlı şəxsin ekspertizası” ekspert rəyindən görünür ki, vətəndaş Şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın ənsə, sağ yanaq və sağ gözətrafı nahiyyələrinin dərialtı hematimoları, boyun və döş qəfəsinin ön səthinin, hər iki bazu, hər iki bud və sol baldır nahiyyələrinin qançıları bərk küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən 21 aprel 2023-cü il tarixdə törənməli mümknüdür və dərəcələrinə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərərvurmaya aid edilir. Vətəndaş Şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hisəsində göstərilən şəraitdə yəni, idarə etdiyi yük avtomaşınında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsinə əmələ gələ bilərdilər. Məhkəmə iş materillarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini və yaşını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və ailə vəziyyətini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq olunmasını daha ədalətli, qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1219/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1219/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver