Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-122/2021 05.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X1, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, X5 2, 6-cı küçə, ev 9 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz C180” minik markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 manat məbləğində pulun yarısı, yəni 2500 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bundan başqa borclu Şəxs aliment borcu üzrə ödənilməmiş 12000 manat borcu yaranmış və ödənilməmişdir. Borclu dəfələrlə icra və probasiya şöbəsinə dəvət olunaraq borcun ödənilməsi tələb edilsə də, o borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda isə icra vərəqəsi üzrə borclunun ümumilikdə 2500 manat borcu yaranmışdır. Qeyd olunan iş üzrə borclu barəsində əvvəllərdə inzibati porotokol tərtib edilmiş və Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(002)-715/2020 saylı qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsinin tələblətini pozduğuna görə barəsində 15 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, məhkəmə qətnamələrindən və icra vərəqəsindən xəbəri vardır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz C180” minik markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 manat məbləğində pulun yarısı, yəni 2500 manat məbləğində pulun ondan tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Hal-hazırda isə məhkəmə iclasında heç bir ödəniş etmək iqtidarında deyildir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(002)-715/2020 saylı qərarından aydın olur ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilonərək, barəsində 15 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlildə gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 16:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov