Məhkəmə qərarları › İş №3(002)-122/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-122/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-122/2022 24.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X3, Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, barəsində qəbul edilmiş 16 sentyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, üç nüsxədən ibarət ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinə qeyd olunan inzibati pozuntulara dair hər hansı bir protokol və ən əsası həmin protkol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərarın surəti əlavə edilməmişdir. Bundan başqa şikayət ərizəsindən aydın olur ki, qeyd olunan inzibati xəta Ekologiya YPX postunda, yəni Qaradağ rayonunun inzibati ərazisinə aid olmayan ərazidə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Odur ki, məhkəmə hesab edir ki, iş materiallarına hər hansı bir inzibati qərar və hər hansı bir vəsatət əlavə edilmədiyindən qeyd olunan şikayət ərizəsinə hadisənin törədildiyi ərazinin yerləşdiyi rayonun məhkəməsində baxılmalıdır. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş ərizə geri qaytarılsın. X2 izah edilsin ki, mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında protokol və qərarı da şikayətinə əlavə etməklə hadisənin törədildiyi ərazinin yerləşdiyi rayonun məhkəməsinə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar