Məhkəmə qərarları › İş №3(002)-122/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-122/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-122/2025 06.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7, Şikayət vermiş şəxs X1 iştirakları ilə, Şikayət vermiş şəxs X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 08 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhəri İdarəsinin 08 yanvar 2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu E.Eyyubov adına 273 saylı tam orta məktəbin ibtidai sinif müəllimi X2 07:35 radələrində hələ dərs başlamamış (məktəbin iş rejiminə uyğun olaraq iş saatı 08.00-da başlayır) dǝrs apardığı 2 b sinfinin sinif otağına daxil olarkən ayağı burxulmuş və yıxılımışdır. Tərəflərindən təcili yardım çağrılmış və müəllim xəstəxanaya çatdırılmışdır. Müayinə olunduqdan sonra məlum olmuşdur ki, ayağından xəsarət almışdır. Əməyin mühafizəsi və texniki təhlükəsizlik komissiyası tərəfindən hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş və əmək funksiyalarının pozulma halı aşkar olunmamışdır. Hadisə baş verən sinif otağının ölçüsü 48m².Otağın yer səthi parketdir, hamardır, hadisə baş verməzdən əvvəl yer nəm olmamışdır. Məlum COP29 tədbirləri əlaqədar 2 həftə ərzində dərs olmaması səbəbindən otaq yalnız xx.xx.2024-cü il tarixində silinib təmizlənmişdir. Məktəbin sinif otaqları yalnız su ilə silinib təmizlənir.Yəni hadisənin baş verməsində heç bir əmək funksiyasının pozulması halı baş verməmişdir. Baş verən hadisə ilə bağlı xx.xx.2024-cü il tarixdə məktəb rəhbərliyi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Elektron ünvan 1” elektron ünvanına yazılı məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhəri İdarəsindən 29 noyabr 2024-cü il tarixli 3-17-5/2-86963/2024 №li məktubu daxil olmuşdur. Rəis müavini Sadiq Əliyevin imzaladığı məktubda hadisə ilə bağlı X14 Xidməti Bakı şəhəri İdarəsində araşdırma aparılmasına başlanması barədə məlumat verilmiş və bəzi sənədlər istənilmişdir. Ardınca isə müfəttişliyin əməkdaşı Rüqǝyya Əliyeva tərəfindən məktəbə zəng olunmuşdur. Araşdırma üçün sənədləşmənin aparılmasının ona tapşırıldığı bildirilmişdir. Tərəflərindən istənilən bütün sənədlər əməkdaşın Elektron ünvan 2 ünvanına göndərilmişdir. Uzun müddət 1986-cı ildən təhsil sayəsində çalışdığı, 2005-ci ildən isə məktəb rəhbəri işlədiyi üçün məktəbdə belə hadisələrlə tez-tez qarşılaşmışdır və hər hadisədən sonra təcili tibbi yardım tərəfindən polis orqanlarına da məlumat verildiyi üçün yalnız polis əməkdaşları tərəfindən məktəbdə baş verən hadisələr haqqında məlumat istənilmişdir. Lakin əmək müfəttişliyinin belə hadisədə ilk dəfə müdaxiləsini gördüyü üçün böyük hörmətlə yanaşaraq bütün lazımi sənədləri hazırlayıb əməkdaşa təqdim etmişdir. Rüqǝyya xanımla dəfələrlə telefon danışıqları olmuş və tələb etdiyi bütün sənədlər ona çatdırılmışdır. Aralarında olan telefon danışıqları əsnasında Rüqəyya xanım tərəfindən protokolun yazılacağı və məktəbin yəqinki cərimələnəcəyi bildirilmişdir. Hansı səbəbdən cəzalanacaqları soruşduqda isə hadisənin həmin gün onlara bildirilmədiyini bildirmişdir. Hara bildirməli idim? sualına isə əmək müfəttişliyinin elektron ünvanı olduğunu bildirmiş və onun xahişindən sonra 19 dekabr 2024-cü il tarixdə vatsap sosial şəbəkəsi vasitəsi ilə demx Elektron ünvan 3 elektron ünvanını göndərmişdir .19 dekabr 2024-cü il tarixdə hadisə ilə bağlı məlumat həmin elektron ünvana göndərilmişdir. 27 dekabr 2024-cü il tarixdə Rüqǝyya xanımla onlayn görüş keçirilmiş və ona protokol barədə məlumat verilmişdir. Protokol da müəyyən edilən əsas səbəblərə hadisənin iş vaxtında olması (iş vaxtı başlamamış hadisə baş vermişdi) və tərəflərindən məlumatın verilməməsinə etiraz etsələr də 27 dekabr tarixində məktəbə inzibati xəta haqqında ******* № protokol təqdim edilmişdir. 06 yanvar 2025-ci il tarixdə X14 Xidməti Bakı şəhəri İdarəsinin əməkdaşı X8 tərəfindən zəng edilərək tədqiqat işi üçün məkətəbə gələcəyi bildirilmiş və xx.xx.2025-ci il tarixdə onun tələbi ilə tərəflərindən Zümrüd xanımı gətirmək üçün taksi göndərilmişdir. Məktəbə gələn Zümrüd Əliyeva və onların əməkdaşlar tərəfindən hadisə yerinə baxış keçirilmiş, aktlaşdırılmış, xəsarət alan X6 evinə gedilmiş, onların nümayəndəsinin iştirakı ilə müəllimdən izahat alınmış və tələb olunan, tərəflərindən hazırlanan bütün sənədlər (işçinin şəxsiyət vəsiqəsinin, əmək kitabçasının, tibbi müainǝ kartının, işə girmə əmrinin, yazılı və elektron müqavilələrinin, baxış aktının, Elektron ünvan 2, demx Elektron ünvan 3 elektron ünvanlara göndərilən məlumatlarının surətləri, növbə cədvəli, iş qrafiki, iş vaxtının uçotu tabeli, xəstəlik vərəqələri, əməyin mühafizəsi və təhlükəsizliyi texnikası qaydalarına dair təlimat jurnalından çıxarışlar və s.) 3 nüsxədən Zümrüd xanıma təqdim edilmişdir. X4 bildirilmişdir ki, hadisə zamanı məktəb əmlakına, sinif otağına heç bir ziyan dəyməyib. Hadisədən əvvəl müəllim heç kəslə təmasda olmayıb, zatən bunu müəllim öz izahatındada təqdim etmişdi və məktəb rəhbəri olaraq hadisənənin gizlədilməsi üçün heç bir əsas olmadığını bildirmişdlər. Bu ilə qədər onlardan belə hadisələrdə heç bir sənəd istənilməməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhəri İdarəsi tərəfindən təhsil müəssisələrinə hər hansı bir təlimat göndərilməmiş, hər hansı baş verən hadisə haqqında hansısa elektron ünvana məlumat göndərilməsi barədə heç bir göstəriş olmaması onun nəzərinə çatdırılmışdır. Müfəttiş nəqliyyatla təmin edilərək yola salınmışdır. xx.xx.2025-ci il heç bir əlaqə saxlanılmadan məktəbə inzibati tənbehvermə haqqında qərar göndərilmişdir. Qərara əsasən məktəb rəhbəri, yəni X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsində nəzərdə tutulmuş xəta törədildiyi üçün 1000 (bir min manat) manat cərimə edilmişdir. Düşünür ki, onun hüquqları kobud şəkildə pozulub və bu mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Aşağıdakı səbəblərə görə Qərar ləğv olunmalıdır. İlk öncə qeyd olunmalıdır ki, inzibati tənbeh vermə haqqında qərarın qanunsuz tərtib olunduğunu hesab edir. Tərəfindən Bakı şəhəri 273 nömrəli tam orta məktəbdə rəhbərlik etdiyi vaxtda qanunvericiliyin tələbləri nəzərə alınaraq məktəbdə çalışan işçilərin əmək hüquqları pozulmamışdır. Bununla bağlı toplanmış müvafiq sənədlər inzibati orqana təqdim edilmiş, lakin orqan tərəfindən nəzərə alınmamışdır. Bu da qərəzli mövqeyin olmasını izah edir. Qeyd olunan qərarın əsassız olduğunu bildirirək, əməlində ümumiyyətlə inzibati xəta hadisəsinin olmadığını hesab edir. Belə ki, məktəbin ibtidai sinif müəllimi X2 07:35 radələrində hələ dərs başlamamış (məktəbin iş rejiminə uyğun olaraq iş saatı 08.00-da başlayır) dərs apardığı 2 b sinfinin sinif otağına daxil olarkən ayağı burxulmuş və yıxılımışdır. Tərəflərindən təcili yardım çağrılmış və müəllim xəstəxanaya çatdırılmışdır. Müayinə olunduqdan sonra məlum olmuşdur ki, ayağından xəsarət almışdır. Əməyin mühafizəsi və texniki təhlükəsizlik komissiyası tərəfindən hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş və əmək funksiyalarının pozulma halı aşkar olunmamışdır. Şikayət ərizəsinə əlavə olunmuş sənədlərdən də görünür ki, Əməyin mühafizəsi və texniki təhlükəsizlik komissiyası tərəfindən hər hansı qanunvericiliyin tələblərinin pozulma hallarından söhbət belə gedə bilməz. Lakin səlahiyyətli orqan qeyd olunan halları görməzdən gələrək bunu etmədi. Yeni inzibati faktının mövcudluğunu sübuta yetirmədən, sadəcə onlara məlumat verməməsinə istinad edərək şəxsin cərimə edilməsini ədalətsiz hesab edir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməyə səlahiyyətlidir. Eyni zamanda Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində müəyyən olqnmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi yer üzrə verilə bilər. Göstərilin əsaslara görə barəsində inzibati xəta haqqında xx.xx.2025-cl il tarixli, MN ******* saylı qərar qanuni hesab edilə bilməz, ona görə də həmin qərar ləğv edilməlidir. xx.xx.2025-cl il tarixli, MN1808406 saylı qərarı o, 12 yanvar 2025-ci il tarixdə almışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 öz izahatında verdiyi şiakyəti müdafiə edərək və barəsində qəbul edilmiş protokola etiraz edərək bildirmişdir ki, onun otuz doqquz illik pedoqoji təcrübəsi olmaqla iyirmi beş ildir ki, rəhbər vəzifədə çalışır. Direktoru olduğu 273 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X2 07:35 radələrində hələ dərs başlamamış dərs apardığı 2 B sinfinin sinif otağına daxil olarkən ayağı burxulmuş və yıxılımışdır. Tərəflərindən təcili yardım çağrılmış və müəllim xəstəxanaya çatdırılmışdır. Müayinə olunduqdan sonra məlum olmuşdur ki, ayağından xəsarət almışdır. Əməyin mühafizəsi və texniki təhlükəsizlik komissiyası tərəfindən hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş və əmək funksiyalarının pozulma halı aşkar olunmamışdır. Burada nə hər hansı bədbəxt hadisə, nə də gizlətmə faktı yoxdur. O öz izahatında daha sonra göstərmişdir ki, həmin hadisədən əvvəl dəfələrlə oxşar hadisələr baş vermiş və onlar tərəfindən qanuna müvafiq tədbirlər görülmüş, lakin heç bir halda Əmək Müfəttişliyi tərəfindən onlara rəsmi və yaxud qeyri-rəsmi qaydada irad bildirilməmişdir. O cümlədən həmin hadisə baş verənədək Əmək Müfəttişliyi tərəfindən onlara bədbəxt hadisələrlə bağlı hara və hansı formada məlumat verilməsi ilə əlaqədar heç bir məlumat və yaxud da rəsmi bildiriş göndərilməmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində qəbul edilmiş X14 Xidmətinin Bakı şəhəri İdarəsinin 08 yanvar 2025-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 öz izahatında 08 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək göstərmişdir ki, inzibati xətanın baş verməsinə səbəb hadisənin gizlədilməsi deyil, hadisə barədə X14 Xidmətinə məlumat verilməməsi olmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində göstərilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə məsuliyyət yaranır. Baş vermiş hadisənin bəxdbəxt hadisə olub-olmadığını X14 Xidməti müəyyən edir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhəri İdarəsinin 08 yanvar 2025cü il tarixli MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hadisə barədə məlumat onlara məktəb tərəfindən deyil, xəstəxana tərəfindən verilmişdir. Məhkəmə, verilmiş şikayəti, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin, həmçinin X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 08 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, 273 nömrəli tam orta məktəbin işçisi X6 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı nəticələnmiş bədbəxt hadisənin araşdıırlması üçün işəgötürən X3 tərəfindən hadisə baş verən gün DƏMX-ə məlumat verilməmiş və bun görə də X3 İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. X14 Xidmətinin məhkəməyə təqdim etdiyi 25 noyabr 2024-cü il tarixli müraciət vərəqəsində qeyd edilmişdir ki, “Əmək qanunvericiliyi ilə bağlı vətəndaş X10 (FİN: 7B9M1RV) bildirir ki, Qaradağ 20 saylı bölmədə səyyar həkim vəzifəsi üzrə çalışır. Qeyd edir ki, xx.xx.2024-cü il tarixində saat 08:15 radələrində istehsalatda bədbəxt hadisə baş vermişdir. 273 nömrəli orta məktəb müəllimi çalışan əməkdaşı X9 (FİN: 2RE428P) ǝmǝk funksiyalarının icrası zamanı yıxılaraq sağ bud sümüyünün boynunun sınığı diaqnozu qoyulmuşdur. Vəziyyəti ağırdır. Vətəndaş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məlumat vermək üçün müraciət edir. Ünvan: Sahil qəsəbəsi. Əlaqə nömrəsi: ********** (Elnarə xanım). Əlaqə nömrəsi: ********** (çağırış verilən nömrǝ).” Məhkəmə baxışı zaman şikayət vermiş şəxs X5 barəsində qəbul edilmiş qərara etdiyi etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, o cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 08 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar