Məhkəmə qərarları › İş №3(002)-1220/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1220/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1220/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs MMC-nin barəsində İXM-nin 505-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 00100-1799/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 94324092 nömrəli vaqonun üzərində olan RLXU ******* nömrəli konteynerlə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamasi ilə bəyan edilən mallara xx.xx.2020-ci il tarixdə “Abşeron” gömrük postunda gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 94324092 nömrəli vaqonun üzərində olan RLXU ******* nömrəli konteynerlə daxil olmuş yüklərə dair gömrük orqanına təqdim edilmiş **********3315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 13-cü mal mövqeyində 7500 ədəd netto çəkisi 2452,5 kq bəyan edilən “şarnirlər” yükünün netto çəkisinin 1070 kq artıq olduğu, həmçinin, sözügedən gömrük bəyannaməsinin 21-ci mal mövqeyində 9840 ədəd “drossel” markalı bəyan edilən batareyalar yükünün faktiki olaraq üzərində “AAA/2” yazısı olan 1920 cüt kiçik ölçülü, üzərində “AA/2” yazısı olan 1920 cüt orta ölçülü, üzərində “D/2” yazısı olan 6000 cüt böyük ölçülü olmaqla ümumilikdə 9840 cüt “DURACELL” markalı batareyalar olduğu, habelə, netto çəkisinin 72 kq artıq olduğu aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/006558 nömrəli xx.xx.2020-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3218 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 7500 qutu hər qutuda 2 ədəd olmaqla Çində istehsal olunmuş, üzərində “Aksel 120*72B” markalanma göstəricisi olan qapı üçün həncamənin (petlə, şarnir) orta bazar qiymətinin 13875,00 manat, 1920 cüt üzərində “DURACELL AAA/2” yazısı olan kiçik ölçülü qidalandırıcı elementin orta bazar qiymətinin 960,00 manat, 1920 cüt üzərində “DURACELL AA/2” yazısı olan orta ölçülü qidalandırıcı elementin orta bazar qiymətinin 1152,00 manat, 6000 cüt üzərində “DURACELL D/2” yazısı olan böyük ölçülü qidalandırıcı elementin orta bazar qiymətinin 12600,00 manat olduğu müəyyən olunmuşdur. Həmçinin, aparılan araşdırma zamanı orta bazar qiyməti Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3218 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd edilən malların gömrük dəyərinin müəyyən edilməsi və həmin gömrük dəyəri ilə **********3315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində gömrük orqanına bəyan edilən gömrük dəyəri arasında fərqin olub-olmaması, olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və X1 şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/025572 saylı xx.xx.2020-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq daxil olmuş 34/012/026176 saylı xx.xx.2020-ci il tarixli raportda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert arayışına əsasən 7500 qutu hər qutuda 2 ədəd olmaqla Çində istehsal olunmuş, üzərində “Aksel 120*72B” markalanma göstəricisi olan qapı üçün həncamənin (petlə, şarnir) orta bazar qiymətinin 13875,00 manat, 1920 cüt üzərində “DURACELL AAA/2” yazısı olan kiçik ölçülü qidalandırıcı elementin orta bazar qiymətinin 960,00 manat, 1920 cüt üzərində “DURACELL AA/2” yazısı olan orta ölçülü qidalandırıcı elementin orta bazar qiymətinin 1152,00 manat, 6000 cüt üzərində “DURACELL D/2” yazısı olan böyük ölçülü qidalandırıcı elementin orta bazar qiymətinin 12600,00 manat olduğu halda qapı üçün həncamə (petlə, şarnir) yükünə görə əlavə ödənişlərin yaranmayacağı, “DURACELL” markalı batareyalar yükünə görə isə idxal rüsumu üzrə 165,20 manat, ƏDV üzrə 624,30 manat olmaqla ümumilikdə 789,50 manat əlavə gömrük ödənişlərinin ödənilməli olduğu qeyd olunmuşdur. Beləliklə də, araşdırma nəticəsində Şəxs MMC-nin Çin Xalq Respublikasından 94324092 nömrəli vaqonun üzərində olan RLXU ******* nömrəli konteynerlə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3315 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamasi ilə bəyan edilən “DURACELL” markalı qidalandırıcı element yükünə görə gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 789,50 manat məbləğində yayındığı müəyyən edilmişdir. Bildiririk ki, **********7522 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 11888,91 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00800-0168/20 saylı iş üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00800-0168/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xx.xx.2020ci il tarixli 00800/0112 nömrəli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Qeyd olunan inzibati material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400-013/0xx-xx/007347 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 789.50 (yeddi yüz səksən doqquz manat əlli qəpik) manat gömrük ödənişləri məbləğinin 70% (yetmiş faiz) həddində, yəni 552.65 beş yüz əlli iki manat altmış beş qəpik) manatməbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar