Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1220/2021 22.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1983-cü ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü küçə, ev 34 ünvanında yaşayan Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 38-ci PB-dən Şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin istehlakına görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü küçə, ev 34 ünvanında yaşayan X5 ərizə ilə 38-ci PB-nə müraciət edərək oğlu Şəxs 10 ildən çoxdur ki, narkotik vasitədən istifadə etdiyini, evdəkilərə hədə-qorxu gələrək pul tələb etdiyi bildirdiyinə görə Şəxs narkotik vasitənin istifadəçisi olub-olmamasının yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji mərkəzinə aparılmış və orada yoxlanılmışdır. Həmin mərkəzdən alınmış 26 avqust 2021-ci il tarixli 2688 saylı aktdan məlum olmuşdur ki, müayinə zamanı Şəxs narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis kapitanı Vəkilov Ramin Yusif oğlu tərəfindən 17 sentyabr 2021-ci il tarixdə yuxarıda qeyd olunan məsələ ilə bağlı qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 38-ci PB-nin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilmir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, o, əvvəllər bir neçə dəfə narkotik vasitə olan “kokos” qəbul etmişdir. Əməlindən peşiman olmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin 26 avqust 2021-ci il tarixli 2688 nömrəli aktından aydın olur ki, Şəxs götürülmüş sidik nümunəsində OPİ (+) və BZO (+) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 31 avqust 2021-ci il tarixli, 3167 saylı rəyindən aydın olur ki, müayinə zamanı Şəxs opiodlərin və psixatrop maddə olan metanfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan MN ******* saylı 22 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 206-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Vəkilov Ramin Yusif oğlu tərəfindən 17 sentyabr 2021-ci il tarixdə yuxarıda qeyd olunan məsələ ilə bağlı qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan aydın olur ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 38-ci PB-nin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55,115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin.
2. Həbs müddətinin əvvəli 22 avqust 2021-ci il saat 17:00-dan hesablansın.
3. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilsin.
4. Şəxs naromaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.
5. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov