Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1220/2023 21.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, X1 Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin 1-ci X4 İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 22 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri üzrə Təhsil İdarəsinin Qaradağ rayonunun, Qobustan qəsəbəsində yerləşən 195 nömrəli tam orta məktəbin direktoru X2 şikayətlə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət edərək Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin 1-ci X4 İdarəsinin rəisi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 23 fevral 2023-cü il tarixdə onun iştirakı olmadan yoxlama aparılmış və barəsində yanğın söndürmə balonlarının hazır vəziyyətdə olmamasına görə MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məktəbin işçiləri tərəfindən yuxarı idarəetmə orqanının məlumatladırdıqları əməkdaşın nəzərinə çatdırılsa da buna məhəl qoyulmamışdır. Müəssisənin yanğın söndürmə balonlarının doldurulması təhsili idarəetmə orqanları tərəfindən icra edilir. Üstəlik bu barədə (yanğın söndürmə balonlarının hazır vəziyyətdə olmaması) məlumat hər növbəti il üçün bir il öncədən 09 mart 2022-ci il tarixdə rəsmi outluk üzərindən onlayn formada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aidiyyatı sektoruna verimişdir. Yanğın söndürmə balonlarının doldurulması səlahiyyətinin onların üzərində olmadığını, bu barədə öncədən yuxarı idarəetmə orqanını məlumatlandırdıqlarını nəzərə alaraq barəsində tərtib olunan protokolun ləğv olunmasını xahiş etmişdir. Şikayətə əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin 1-ci X4 İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 22 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, 08 fevral 2023-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi ünvanında yerləşən 195 saylı orta məktəbdə diqqətli YTM zamanı YTQ № 01-2001, 104 nömrəli bəndinin pozulması aşkar edilmişdir. Buna görə də məktəbin direktoru X2 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə dəfələrlə təkrarən məlumat verilməsinə baxmayaraq sözügedən təşkilatdan nümayəndə, o cümlədən şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəmə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçiirb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 22 fevral 2023-ci il atrixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, 08 fevral 2023-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi ünvanında yerləşən 195 saylı orta məktəbdə diqqətli YTM zamanı YTQ № 01-2001, 104 nömrəli bəndinin pozulması aşkar edildiyindən məktəbin direktoru X2 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin tələblərini pozduğuna görə də 150 manat məbləğində cərimə edilmişdir. “Azərbaycan Respublikasinda Yanğin Təhlükəsizliyi Qaydalari”nın 9.4-cü bəndində göstərilir ki, yanğınsöndürmə qurğularının balonlarında və çənlərində, odsöndürücü maddənin kütləsi və ya təzyiqi onların təlimatlarında təyin olunan hesabdan 10 % və daha çox azalarsa, onlar əlavə və ya yenidən doldurulmalıdırlar. Həmin Qayadaların 10.4-cü bəndinə əsasən isə otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X2 məhkəmə iclaslarına gəlməyərək öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair də hər hansı bir mötəbər hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin 1-ci X4 İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 22 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1220/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1220/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver