Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1221/2023 14.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Güzdək qəsəbəsi, Sovxoz evində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 3-cü massivdə nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 13 iyun 2023-cü il tarixdə saat 20:00 radələrində Sanqaçal qəsəbəsi ərazisində X3 qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:45 radələrində Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsində ictimai qaydaları pozaraq polisin ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir Qeyd edilənlərlə bağlı Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsinin sahə inspektoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN seriyalı ******* saylı, 14 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsinin sahə inspektoru X2 bildirmişdir ki, 13 iyun 2023-cü il tarixdə saat 20:00 radələrində Sanqaçal qəsəbəsində yaşayan X4 “102” xidmətinə zəng edərək tanışı Şəxs onu nalayiq ifadələrlə söyməsini bildirmişdir. Qeyd edilənlərə əsasən Şəxs həmin vaxt sərxoş olduğundan polis bölməsinə aparılmış və orada polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, X4 ilə uzun müddətdir dostdur. 13 iyun 2023-cü il tarixdə saat 20:00 radələrində Sanqaçal qəsəbəsi ərazisində dostu X4 ilə zarafatlaşmışlar. Sonra zarafatları mübahisəyə çevrilmişdir. Dostu ondan “102” xidmətinə zəng edərək şikayət etmişdir. Həmin gün içkili olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı işdə olan sənədlərlə tam təsdiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 21:00 radələrində inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə nəticəsində Şəxs sərxoşluq müəyyən edilmişdir Məhkəmədə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müvafiq olaraq Şəxs sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini, eləcə də məsuliyyəti ağırlaşdıran halın olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 13 iyun 2023-cü il tarixdən, saat 21.00-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1221/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1221/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver