Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1221/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsi barəsində Azərbaycan Respublikası İXMnin {bundan sonra İXM-nin) 228-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 15 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Lökbatan-Puta yolunun kənarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və Qazçıxarma Sahəsində görülən işlər zamanı qarışıq süxur kütləsinin icazə olmadan yerin təkindən istifadə edərək daşınması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərmişdir ki, qazıntıların aparıldığı ərazi Şəxs balansına verilsə də faktiki olaraq dövlət mülkiyyətindədir.Ona görə də həmin ərazidə qarışıq süxur kütləsinin daşınmasını həyata keçirmək üçün müvafiq icazə alınmalıdır.Lakin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən qeyd edilən müvafiq icazə alınmamışdır.O əlavə olaraq bildirmişdir ki, illik hesabatlar Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən tərtib edilərək onlara təqdim edildiyindən inzibati xətanın subyekti olaraq Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsi barəsində inzibati protocol tərtib edilmişdir.Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs nümayəndəsi və vəkili X4 izahatında göstərmişdir ki, icratmızda "Azneft" İB-nin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma idarəsi barəsində hüquqi şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş vardır.Azərbaycan Respublikasının İnzibati Xətalar Maddə Məcəlləsinin 228-ci maddəsinə əsasən, icaza olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.Qeyd edilən əsaslara görə həmin iş üzrə "Azneft" İB-nin Ə.C.Əmirov adma Neft və Qaz Çıxarma idarəsi barəsində hüquqi şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin tələblərinin pozulmasına dair tərtib edilmiş protokola (materiallara) etraz edirirlər və hesab edirlər ki, həmin iş üzrə icraata xitam verilməlidir. Belə ki, SOCAR "Azneft" İB 24 aprel 2025-ci il tarixdə 14-2-1/2-640/2025 saylı məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Agentliyinin İdarə heyəinin sədrinə müraciət edərək, cari ilin 15,16,17 aprel tarixlərində ölkə ərazisində müşahidə edilən güclü leysan xarakterli yağışların aramsız yağması səbəbindən Azneft" İB-nin Ə.C.Əmirov adma Neft və Qaz Çıxarma İdarəsi Buta sahəsində yerləşən 1 saylı neft və qazçıxarma sahəsində yerləşən quyularm, neft yığım məntəqəsi, elektrik paylayıcı qovşaq və digər infrastrukturun su altında qalması, nəticədə təqribən 100-dən çox quyunun fəaliyyətinin dayandırıldığı, bunun da öz növbəsində NQÇİ üzrə neft-qaz əməliyyatlarının aparılmasında ciddi çətinliklər yaratdığını, NQÇİ-nin istehsalat sahələrinə yaxın ərazilərdə yaranmış göllərin daşması və torpaq sahələrinin getdikcə artdığını, təcili və təxirəsalınmaz tədbirlər görülməsə, NQÇİ-nin Buta ərazisində neft-qaz istismarı sahələrinin tamamilə su altında qalacağını və su altında qalmış neft-qaz infrastrukturunun bərpasının yaxın zamanlarda mümkün olmayacağım bildirilmiş və bunların nəzərə alınaraq baş vermiş real sel hadisəsi nəticəsində Ə.C.Əmirov adma NQÇİ-nin su altında qalmış istehsalat sahələrində neft- qaz əməliyyatlarının bərpası, su altında qalmış neft-qaz infrastrukturu sahələrinin genişlənməsinin qarşısının alınması məqsədilə, Azərbaycan Respublikasıma Nazirlər Kabinetinin 238 nömrəli Qərarının 1.2-ci bəndinin tələblərinə uyğun olaraq, NQÇİ-nin istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları çərçivəsində zəruri ehtiyacların qarşılanması üçün torpaqlama işlərinin aparılmasına icazə verilməsi xahiş olunmuşdur. Həmin məktuba cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Agentliyi xx.xx.2025-ci il tarixli 3-14-22/2-774/2025 saylı məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli qərarı ilə təsdiq edilmiş "Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları"na əsasən, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan yayılmış faydalı qazıntıların çıxarılması işlərini Qaydaların tələblərinə müvafiq şəkildə həyata keçirə bilərlər. Alternativ olaraq, qanunvericiliyin tələblərinə müvafiq qaydada fəaliyyət göstərən karxana ərazilərində formalaşan tullantılar müqavilə əsasında qeyd olunan məqsədlər üçün istifadə oluna bilər. NQÇİ ğz əraziləri hüdudlarında təxirəsalınmaz tədbirlər görmək məcburiyyətində qalmış və bunu etmişdir.Göstərilənlərə əsasən, qeyd edirlər ki, "Azneft" İB-nin Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin hərəkətlərində inzibati xəta tərkibi yoxur, ümumiyyətlə inzibati xəta hadisəsi baş verməmişdir.Həmçinin onu da xüsusilə məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Azneft" İB-nin Ə.C.Əmirov adma Neft və Qaz Çıxarma İdarəsi hüquqi şəxs deyildir. Ona goə də hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, NQÇİ hüquqi şəxs deyildir, hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Quruda Neft və X1 tərkibində yaradılmışdır.Buna görə də hesab edirlər ki, Ə.C.Əmirov adma Neft və Qaz Çıxarma İdarəsi (NQÇİ) barəsində baş məsləhətçi müfəttiş X6 tərəfindən tərtib edilmiş 15 may 2025-ci il tarixli MN № ******* saylı protokol qanunvericiliyin tələblərinə ziddir.Qed olunanlara əsasən hazırki iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçimüfəttişi X6 tərəfindən tərtib edilmiş 15 may 2025-ci il tarixli MN seriali ******* saylı inzibati xətə haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsi barəsində VÖENİ: ********** olan hüquqi şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətməsi barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, ********** nömrəli VÖEN hüquqi ünvanı ünvan 1ət Neft Şirkəti "AZNEFT" İstehsalat Birliyinə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1 -ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir, Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Bu Məcəllənin 54-cü maddəsinin İ, İİ və V hissələrinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Dövlət idarələrinin və digər idarələrin ayrıayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən iİcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və İnzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli {hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yenə bu Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibatı xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, inzibati xətalar haqqında qanunvericilik inzibati xəta hadisəsinin baş verməsini və bunun əsasında inzibati məsuliyyətin yaranma əsasını dəqiq müəyyən etmişdir. Belə ki, inzibati xəta hadisəsi şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl kimi qəbul olunur. Qanunvericilik eyni zamanda, xəta hadisəsinin subyektini də dəqiq müəyyən etmişdir ki, bu da inzibati xəta nəticəsində baş vermiş qanun pozuntusunun tənbehsiz qalmamasını şərtləndirir. Yuxarıda qeyd edilənlərin təhlilindən aydın olur ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft" İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsini düzgün olmayaraq, hüquqi şəxs kimi inzibati hüquqpozmanın subyekti olaraq qəbul etmişdir. Çünki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları eldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir, həmçinin hüquqi şəxsin müstəqil balansı olmalıdır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Bununla da, iş üzrə aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin hüquqi və ya vəzifəli şəxs statusuna malik olmadığı öz təsdiqini tapmışdır. Həmin idarənin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən VÖEN-nin nömrəsi isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "AZNEFT" İstehsalat Birliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatından keçdiyi VÖEN-nin (**********} nömrəsidir. Beləliklə, hazırkı inzibati xəta haqqında materialdan da göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X6 oğlu 15 may 2025-ci il tarixli protokolu tərtib edərkən inzibati hüquqpozmanın subyektini düzgün təyin etməmiş, sözügedən idarəni yanlış olaraq hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə protokol tərtib edib, baxılması üçün bu məhkəməyə təqdim etmişdir. Hər bir inzibati xəta əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi inzibati xətanın əlamətlərini əks etdirən əməllərin inzibati xəta olub-olmamasını, inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin əmələ görə sözügedən şəxsə ədalətli tənbeh təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da inzibati xəta əməli törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, tənbehin düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində inzibati xətalar haqqında qanunvericiliyin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati hüquqpozmanın subyekti kimi hüquqi və vəzifəli şəxs olmayan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin əməlində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gəlib, sözügedən idarəni bu maddələrdə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilmək yolverilməzdir. Göründüyü kimi hazırda idarənin əməlində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə münasibətdə inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi tərəfindən inzibati hüquqpozmanın subyekti düzgün təyin edilmədiyinə, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft’' İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin hüquqi və ya vəzifəli şəxs olması halları müəyyən edilmədiyinə görə həmin idarənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə başlanmış icraata, sözügedən maddələrdə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxanda göstərilənlərə əsasən və İXM-nin 53, 110, 114-117, 128-130~cu maddələrini rəhbər tutaraq, q ə r a r a aldı: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1221/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1221/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver