Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1222/2020 13.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi «xxxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi X1 iştiakı ilə, «xxxxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən «xxxxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 00100-1822/20 saylı protokoldan aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxxxxxxx” MMC Türkiyə Respublikasından 08K7033/08K7034 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********6833, **********6834 sorğu nömrəli xx.xx.2016-cı il tarixli qısa idxal bəyannaməsi əsasında xx.xx.2016-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 5 ədəd cəkisi 628,64 kq olan metal mebellər, cəkisi 68,36 kq soyuducu-dondurucu avadanlıqların quraşdırılması üçün mebel, 5 ədəd soyuducu və ya dondurucu avadanlıq quraşdırılmış mebel, 1 ədəd çəkisi 8,5 kq metal mebel, 1 ədəd qəhvə və ya çay hazırlanması üçün elektrik qızdırıcı cihaz, 15 ədəd çəkisi 45 kq olan fotoelementli kranlar, 1 ədəd meyvə və tərəvəzlər üçün şirəçəkən, 2 ədəd çəkisi 10,4 kq olan dirsək kontrollu kranlar və çəkisi 19 kq olan maye sabun qabı-kağız dəsmal dispenseri yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, “xxxxxxxxxxxx” MMC tərəfindən mallar digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmiş, törədilmiş inzibati xəta davam etdirilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında davam edən və uzanan xətalara görə məsuliyyət məsələsinə baxılmış, davam edən inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 9.2-ci bəndi xüsusi qeyd edilmişdir. Hal-hazırda **********6833,**********6834 sorğu nömrəli xx.xx.2016-cı il tarixli qısa idxal bəyannaməsi ilə “xxxxxxxxxxxx” MMC tərəfindən bəyan edilən mallar “İpək Yolu” Terminalında gömrük nəzarəti altında saxlanılır. Məhkəmə iclasında iştirak edən «xxxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi X2 öz izahatında tərtib olunmuş protokolla razılaşdığını bildirərək şirkətin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb cərimə cəzasının aşağı həddə tədbiq edilməsini xahiş etmişdir. Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatdan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, “xxxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: «xxxxxxxxxxxx» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1222/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1222/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver