Məhkəmə qərarları › İş №3(002)-1222/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1222/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1222/2021 23.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, Müdafiəçi 10 saylı vəkil bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 19:40 radələində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 719 nömrəli DYP-da polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onlara qarşı kobudluq edərək, əl-qol ataraq polis formasını cırmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 22 sentyabr 2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis mayoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 19:40 radələrində Bakı-Ələt yolunda yerləşən 719 saylı stasionar postda yük daşıma qaydasını pozduğu üçün saxlanılmışdır. Sürücüdən sənədləri təqdim etmək xahiş edilərkən o polisə qarşı nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra o BDYPİ-nin YPXA-nın 6-cı tağımının inspektoru, polis baş leytenantı Elnur İmanovun əynindəki polis formasını cırmış və polis əməkdaşına özünü öldürəcəyi ilə hədə-qorxu gəlmişdir. Daha sonra isə onun barəsində daxil olmuş 22 sentyabr 2021-ci il tarixli raporta əsasən 22 sentyabr 2021-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan raportla əlaqədar BDYP-nın inspektoru bölməyə dəvət edilsə də, o növbədən çıxdığı və istirahət vaxtı olduğu üçün bölməyə gələ bilməyəcəyini bilirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyək bildirmişdir ki, 22 sentybar 2021-ci il tarixdə axşam saat təxminən 19:00 radələrində Bakıdan Gəncəyə atasına məxsus ** BG *** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük maşınıyla daş aparırmış. O, 719 saylı postdan keçərkən ondan əvvəl hərəkət etmiş dostuna məxsus “Kamaz” markalı avtomaşının postun yanında “Tərəzi” budkasının yanında dayandığını görmüşdür. Dostuyla görüşmək üçün maşını postda saxlamış və bu zaman tərəzi xidmətinin əməkdaşı ondan maşının qoşqulu olduğu üçün ödəniş etməsini istəmiş, o isə yük maşınını dostuna görə saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşı Elnur İmanov ona yaxınlaşmış və sənədlərini təqdim etməyini istəmişdir. O polis əməkdaşına sənədlərənin qaydasında olduğunu və lazım gələcəyi təqdirdə sənədlərə planşetində baxmağı bildirmiş, bundan əsəbiləşən polis əməkdaşı onu söyərək təhqir etmişdir. O polis əməkdaşına “istədiyiniz pulu sizə vermirəm deyəmi belə edirsən?” dedikdə polis əməkdaşı ondan özünü təqdim etməyini tələb etmiş, o isə polis əməkdaşına ilk növbədə özünü təqdim etmədiyini xatırlatmışdır. Bundan sonra polis əməkdaşı onun qolundan dartaraq içəri apararkən o polisə etirazını bildirərək qolunu buraxmasını xahiş etmişdir. Daha sonra digər polis əməkdaşları onun üstünə gəlmiş və onu təhqir edərək 11ci PB-ya aparmışlar. Hadisə vaxtı o heç bir polis əməkdaşına qarşı heç bir qanunsuz hərəkət etməmiş və polisin formasını cırmamışdır. Məhkəmə, izahatları dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsinə dair kifayət qədər sübutların toplanılmadığı, eləcə də qeyd olunan hadisə ilə bağlı tərəflərin izahatlarının alınmadığı, iş üçün əhəmiyyət kəsb edən maddi sübutun olubolmaması və onun götürülməməsi, eləcə də hadisənin videogörüntüsünün əldə edilmədiyi və sənədlərin natamam olduğu müəyyən edilmişdir. Bütün bu yuxarıda göstərilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılsın. Barəsində 22 sentyabr 2021-ci il tarixdə, saat 20:00-da tutma protokolu tərtib edilmiş Şəxs məhkəmə iclas zalından dərhal inzibati tutmadan azad edilsin. Şəxs oğluna göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar