Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1222/2023 16.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 14 avqust 1994-cü ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan-Binəqədi şossesinin yaxınlığında yerləşən fərdi nömrəsiz evdə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 16 iyun 2023cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 15 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 14 iyun 2023-cü il tarixdə, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Old Baku” adlı kafedə X3 məxsus 100 manat dəyərində “Xiomi Redmi 7” markalı mobil telefon oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 14 iyun 2023-cü il tarixdə, saat təxminən 17:00 – 18:00 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Old Baku” adlı kafedə X3 məxsus “Xiomi Redmi 7” markalı mobil telefon oğurlamaqla zərərçəkmiş şəxsə 100 manat dəyərində maddi ziyan vurmuşdur. Hal-hazıradək vurulmuş ziyan üzrə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 öz izahatında bildirmişdir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Old Baku” kafesində təxminən altı yeddi ildir ki, servis xidmətində işləyir. 14 iyun 2023-cü il tarixdə, saat təxminən 6-7 radələrində özünə məxsus “Xidomi Redmi 7” markalı, 867-142-044-824-565/01 İMEİ kodlu mobil telefonu kafenin içində enerji yığması üçün cərəyana taxdıqdan sonra stolun üstünə qoymuş, daha sonra müştərilərə fikri dağıldığından telefonu nəzarətsiz qoymuş, təxminən 15-20 dəqiqə sonra telefonunun orda olmadığını müəyyən etmişdir. Həmin mobil telefonu təxminən dörd-beş ay bundan əvvəl bir tanışından 180 manata aldığını, telefonun hazırki dəyərinin təxminən 100 manat təşkil etdiyini, həmin telefonun polis əməkdaşları tərəfindən tapılaraq ona təqdim edildiyini bildirmiş, bununla belə xırda talama hadisəsini törətmiş Şəxs şikayətçi olduğunu bildirirərək sonuncunun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki,14 iyun 2023-cü il tarixdə, saat 17:00-18:00 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən adını xatırlamadığı kafeyə içki içmək məqsədilə daxil olmuş, kafedə olan stolların birinin üzərində mavi rəngli “Xidomi Redmi 7” markalı mobil telefonu görmüş, həmin anda ətrafda heç kimin olmamasından istifadə edərək telefonu götürüb əynindəki boz rəngli şalvarın sol arxa cibinə qoymuşdur. Kafedən çıxdıqdan sonra “20 Yanvar” metrostansiyasına gedərək orda yerləşən telefon təmiri mağazasına daxil olmuş və 10 manat verərək telefonun yaddaşını sildirmişdir. Daha sonra oradan çıxaraq Nəsimi rayonu, A.Mustafayev küçəsi, 1 №-li “Mi Telecom” adlı mağazaya daxil olaraq satmaq istədiyini bildirmişdir. Orada satıcı ilə qiymətlə bağlı müzakirə etdikdən sonra telefonu 95 manata satmışdır. O, əməlindən peşiman olduğunu və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 15 iyun 2023-cü il tarixli, Qaradağ RPİ-nin 10-cu PBnın təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ qərara əsasən X2 müraciəti əsasında toplanmış materil üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, qərarın surətinin X3 göndərilməsi, qəbul edilmiş qərarın surətinin X1 müraciəti əsasında 14 avqust 1994-cü il təvəllüdlü, Şabran rayonunda anadan olan Azərbaycan Respublikasının vətəndaşı, milliyəcə azərbaycanlı, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatd aolan, Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan-Binəqədi şossesinin yaxınlığında yerləşə fərdi, nömrəsiz ünvanda kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 10-cu PB-na təqdim edilməsi, toplanmış materialın Qaradağ RPİ-nin 10-cu PB-nın arxivində saxlanılması qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə eidlmiş 15 iyun 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan xırda talama hadisəsi ilə əlaqədar 15 iyun 2023-cü il tarixdə saat 17:40 –da tutulmuş, 16 iyun 2023-cü il tarixdə, saat 12:00də azad edilmişdir. Odur ki, bu hal İXM-nin 30.3-cü maddəsinə tənbeh tətbiq edilərkən nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün nəzərə alınmaqla, İXM-nin 30.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 22 (iyirmi iki) gün müddətinə inzibati həbs saxlanılsın. 3.Həbs müddətinin əvvəli 16 iyun 2023-cü il saat 13:10-dan hesablansın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə həvalə edilsin. 5.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1222/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1222/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver