Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1223/2021 24.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsinə dair ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: X4, Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 30 dekabr 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, İXM-nin tələblərindən aydın olur ki, inzibati xəta haqqında protokoldan deyil, protokol əsasında qəbul olunmuş qərardan şikayət vermək mümkünlüyü nəzərdə tutulmuşdur. Bundan başqa iş materiallarına inzibati tənbeh vermə haqqında qərarın surəti əlavə olunsa da inzibati xəta haqqında protokolun əsli və ya surəti əlavə edilməmişdir. Bundan başqa şikayət verən şəxsin faktiki yaşayış yerini və şəxsiyyətini təsdiq edən heç bir sənəd iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş ərizə geri qaytarılsın. X3 izah edilsin ki, yuxarıda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1223/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1223/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver