Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1224/2025 26.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-nın sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədzadə Şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nın 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il, 04 ay, 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və halhazırda cəzaısnı çəkən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci dağlı küçəsi, ev 6-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Məmmədzadə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən Məmmədzadə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 26 may 2025-ci il tarixli, MN 17866669 saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati protokoldan aydın olur ki, Məmmədzadə Şəxs 06 aprel 2025-ci il tarixdən 07 aprel 2025-ci il tarixə keçən gecə X3 məxsus Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən yarımtikilidən sonuncuya məxsus ümumi dəyəri 150 manat təşkil edən usta alətləri oğurlamışdır. Məhkəmə iclası zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Məmmədzadə Şəxs 06 aprel 2025-ci il tarixdən 07 aprel 2025-ci il tarixə keçən gecə X3 məxsus Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən yarımtikilidən sonuncuya məxsus ümumi dəyəri 150 manat təşkil edən bir ədəd laqonda, bir ədəd balaca pereferator və 10 metr uzunluğunda elektrik naqilini oğurlamışdır. Faktla bağlı araşdırma aparılmış və hadisəni törətmiş Məmmədzadə Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. İnzibati xəta törətmiş şəxsin hal-hazıradək vurulmuş ziyandan heç bir ödəniş etməməsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını bildirərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, tələbkar hal-hazırda işi ilə əlaqədar İmişli rayonunda olduğunu, məhkəmə iclasına gələ bilməcəyini və ona dəıymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Məmmədzadə Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 06 aprel 2025-ci il tarixdən 07 aprel 2025-ci il tarixə keçən gecə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən yarımtikilidən dəmir məmulatları aşkar etmiş, lakin onların tullantı olduğunu zənn edərək götürmüşdür. Belə ki, özü metal tullantıların toplanması ilə məşğul olur. Halhazırda maddi imkanı olmasa da telefon vasitəsilə tələbkarla danışmış və tələbkar ona dəymiş ziyandan əlli manatı bağışladığını, yerdə qalan yüz manatını tələb etdiyini bildirmişdir. O da tələbkara 100 manat ödəniş etmək üçün məhkəmədən ona bir neçə gün vaxt verilməklə şərait yaradılmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının gedişində tələbkar X6 ilə mobil telefonla əlaqə saxlanılmış, tələbkar bir daha ona dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 17 aprel 2025-ci il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞnın təhqiqatçısı, polis leytenantı X4 tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən; X2 müraciəti əsasından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, əməli törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikasın CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, qəbul edilmiş qərar, naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzabiti xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün adiyyəti əməkdaşa təqdim edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, qərarın surətinin məlumat üçün X3 göndərilməsi, toplanmış materialın saxlanılması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nin arxivinə təhvil verilməsi alınmışdır. İş materiallarına əlavə edilmiş 25 may 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Məmmədzadə Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 25 may 2025-ci il tarixdə, saat 23:00-da tutulmuş, 26 may 09:30-da tutulmadan azad edilmişdir. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Məmmədzadə Şəxs özgənin əmlakını ələ keçirməsi hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Məmmədzadə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Məmmədzadə Şəxs oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məmmədzadə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 28 (iyirmi səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Məmmədzadə Şəxs inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla, İXM-nin 30.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 27 (iyirmi yeddi) gün müddətə inzibati qaydada həbs saxlanılsın. Həbs müddətinin əvvəli 26 may 2025-cü il saat 12:30-dan hesablansın. Zərərçəkmiş şəxs X3 izah edilsin ki, ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1224/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1224/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver