Məhkəmə qərarları › İş №3(002)-1227/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1227/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1227/2021 27.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X1, Qaradağ RPİ-nin PPXB-nın polis nəfərləri, polis baş serjantı X3 və polis serjantı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyon rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 26 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində Zahid Qasımov və Natiq Mustafayev küçələrinin kəsişməsində polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 27 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru polis mayoru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 27 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində Zahid Qasımov və Natiq Mustafayev küçələrinin kəsişməsində polisin qanuni tələblərinə tabe olmamış, sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı X6 öz izahatında bildirmişdir ki, 26 sentyabr 2021-ci il saat 16:30 radələrində polis əməkdaşı Abdullayev Həzrətlə birlikdə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, Natiq Mustafayev və Zahid Qasımov küçələrinin kəsişməsində bir nəfər tanımadığı şəxs uca səslə qışqıraraq sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə və cəmiyyətə qarşı açıqca hörmətsizlik etməklə hərəkət etmişdir. Onlar həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxsdən qanunsuz hərəkətlərinə son qoymağı tələb etmiş və bu zaman həmin şəxsin içkili olduğunu anlamışlar. Şəxs nalayiq hərəkətlərinə son qoymadığı üçün onu avtopatrula əyləşdirərək 38-ci PB-ya yerləşdirmişlər. Bölmədə həmin şəxsin Şəxs olduğunu ayınlaşdırmışlar. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin PPXB-nın polis nəfəri, polis serjantı X5 öz izahatında eyni məzmunlu izahat verərək X3 izahatını təsdiqləmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, Salyon rayonu, ünvan 1 ünvanında valideynləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən "xxxx" MMC-də sürücü işləyir. 26 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Qarabağ” restoranında iş yoldaşları ilə spirtli içki qəbul etdikdən sonra dostları ilə dəniz kənarında çay içmək qərarına gəlmişlər. Sahil qəsəbəsində, Natiq Mustafayev və Zahid Qasımov küçələrinin kəsişməsində polis əməkdaşları ona yaxınlaşaraq nalayiq ifadələr işlətdiyini bildirərək polis avtopatruluna əyləşməsini tələb etmiş, o isə heç bir təhqiredici ifadə işlətmədiyini bildirərək etiraz etmişdir. Daha sonra polis əməkdaşları onu avtopatrula əyləşdirərək 38-ci PB-ya aparmışlar. O daha sonra izahatında sərxoş olduğu üçün etdiyi hərəkətləri xatırlamadığını və hal-hazırda əməlindən peşman olduğunu və bir daha bu cür hərəkətlərə yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətmiş olduğu inzibati pozuntu öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair” 26 sentyabr 2021-ci il tarixli, 2/13389 saylı protokoldan aydın olur ki, Şəxs həmin gün saat 17:00 radələrində müayinədən keçirilərkən onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar