Məhkəmə qərarları › İş №3(002)-1228/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1228/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1228/2022 10.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X4, Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 09 oktyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə tabe olmamış, buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 oktyabr 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 09 oktyabr 2022-ci il tarixdə, saat təxminən 23:30 radələrində Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X7 tərəfindən onda olan alkoloq sərxoşluğunun dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertizaya aparılarkən polisin xidməti avtomobilində səs küy salmış və polis əməkdaşını vurmağa çalışmış, bu baş vermədikdə isə avtomobildən düşərək özünü xidməti avtomobilə çırpmışdır. Bu zaman köməyə gələn ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfərləri, polis serjantları X9, Səfərov aydın Bəhrəm oğlu və X2 Arif Gülağa oğlu onu sakit olmağa və nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmayaraq ucadan qışqırmış və nalayiq ifadələr işlətmişdir. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X7 öz izahatında bildirmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində “Mercedes” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, Beyləqan rayon sakini X1 təyin etmək məqsədilə tibbi müayinəyə aparan zaman “Binə” TM-nin qarşısında vətəndaş ondan maşını saxlamağı tələb etmişdir. O, sürücüyə avtomobili dayanacağa çatdıqda saxlayacağını bildirsə də sürücü bu sözlərə məhəl qoymaraq idarə etdiyi ** YP *** dövlət qeydiyyat nişanlı patrul maşınının arxa sağ yan şüşəsini təpikləyərək onu qırmağa cəhd etmişdir. Lakin avotomobilə heç bir ziyan dəyməmişdir. Bir neçə dəfə təpiklə vuraraq səs-küy salmağa başlamış və arxa oturacaqdan qabağa keçərək ona əl-qol və ayaqla vurmaq istəmişdir. O, sükan arxasında olduğundan idarə etməni itirərək patrul maşınını yolun kənarında saxlamış, maşından düşüb vətəndaşı zərərsizləşdirmişdir. Lakin vətəndaş həddən artıq içkinin təsiri altında olduğundan özünü patrul maşınına çırpmağa başlamışdır. Buna görə də o, hadisə yerinə ƏÇPA-nın əməkdaşlarını dəvət etmiş və vətəndaş 10-cu PB-na gətirilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, ünvan 2də ailəsi ilə kirayədə yaşayır. 09 oktyabr 2022-ci il tarixdə Məhərrəm adlı dostunun evində spirtli içki qəbul etdikdən sonra özünə məxsus Mercedes minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edirkən YPX əməkdaşları onu Qaradağ rayon ərazisində saxlamış və tibbi müayinədən keçirilməsi məqəsdilə xidməti avtomobilə mindirmişlər. YPX avtomaşını ilə hərəkətdə olarkən o, Lökbatan qəsəbəsi, “Binə” TM-nin qarşıısnda polis əməkdaşından avtomobili saxlamağı tələb etmişdir. Həmin vaxt sərxoş olduğundan əsəblərini cilovlaya bilməmiş, polis əməkdaşna tabesizlik göstərərək polisin xidməti avtomobilinin şüşəsinə təpik vurmuşdur. Lakin maşına heç bir ziyan yetirməmişdir. Daha sonra hadisə yerinə ƏÇPA-nın əməkdaşları yaxınlaşaraq onu 10-cu PB-na aparmışlar. O, səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin iş rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 10 oktyabr 2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair 2/24398 nömrəli protokoldan aydın olur ki, Şəxs 10 oktyabr 2022-ci il tarixdə saat 01:10 radələrində tibbi müayinədən keçərkən onda orta dərəcədə alkoqol sərxoşluğu müşahidə olmuşdur. İnzibati materiala əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 10 oktyabr 2022-ci il tarixdə saat 23:50-də tutulmuş, 11 oktyabr 2022-ci il tarixdə, saat 07:00-da tutmadan azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar