Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-123/2021 05.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X1, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Bakı-Ələt magistral yolunun 65-ci kilometrliyində quraşdırılmış postdan keçərək idarə etdiyi avtomobildə xüsusi icazəsi olmayan sərnişin keçirtməyə cəhd göstərmişdir. Belə ki, həmin vaxtı Şəxs idarə etdiyi avtomobildə özündən başqa dörd nəfər sərnişin olmuş və Mehman həmin sərnişinlərdən üçünün şəxsiyyət vəsiqəsini olduğu kimi, digər sərnişinin, yəni X3 şəxsiyyət vəsiqəsinin əvəzinə isə öz qardaşının şəxsiyyət vəsiqəsini göstərməklə xüsusi icazəsi olmayan həmin sərnişini otuz manat müqabilində karantin postundan keçirtməyə cəhd göstərmişdir. Bununlada o, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Buna görə də xx xxxxxx 2021-ci ildə Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi ** LU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhərindən Bakı şəhərinə gələrkən yolda tanımadığı şəxsləri pul müqabilində avtomobilinə əyləşdirib postdan keçirtmək istəmişdir. Bakı-Ələt magistral yolunun 65-ci kilometrliyində quraşdırılmış postdan keçdiyi zaman onun avtomobilinə baxış keçirilmiş və avtomobildə özündən başqa əlavə dörd nəfər sərnişinin olduğu müəyyən edilmişdir. Həmin sərnişinlərdən üçünün onlara aid olan şəxsiyyət vəsiqlərini təqdim etmiş və həmin şəxslərin icazəsi olduğundan Bakı şəhərinə getmələrinə icazə verilmiş, lakin sərinişinlərdən birinin, yəni sonradan adını bildiyi X4 məxsus şəxsiyyət vəsiqəsinin əvəzinə öz qardaşına məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş və polis əməkdaşı isə həmin şəxsiyyət vəsiqəsinin qeyd etdiyi sərnişinə aid olmadığı aşkar edilmişdir. Hal-hazırda törətdiyi əməldən peşiman olduğunu və birdaha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 211.1ci maddəsinə əsasən prtokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 20201-ci il tarixli inzibati qaydada tutuma haqqında protokoldan aydın olur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 22:00 radələrində tutulmuşdur. İş materiallarına əlavə edilmiş X3 izahatından görünür ki, o xx xxxxxx 2021-ci il tarixdə Şirvan şəhərində Mehman adlı şəxsin idarə etdiyi avtomaşına sərnişin kimi əyləşərək Bakıya gəlmək istədiyini bildirmişdir. Mehman isə ondan 30 manat pul alaraq onu Bakı şəhərinə aparacağını və postdan keçirəcəyini vəd vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi özünün və protokolu tərtib etmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilir ki: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil oğluna ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. 2.Həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il saat 22:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov