Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1230/2021 28.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin polis sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati icraat aparılan Şəxs Allahverən oğlunun iştirakları ilə, Şəxs Allahverən oğlu barədə Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Allahverən oğlu barəsində Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin polis sahə inspektoru, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 28 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati protokoldan və iş materiallarından aydın olur ki, Şəxs Allahverən oğlu 17 iyul 2021-ci il tarixdə Qaradağ rayonu, Səngəçal qəsəbəsi, hərbi şəhərcik, ev 3, mənzil 13 ünvanında yaşayan vətəndaş X3 mənzilindən bir ədəd “Getel” markalı telefon və sadə bijuteriya üzüyünü oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 35 manat məbləğində ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis başleytenantı X5 tərəfindən qəbul edilmiş 13 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, X3 müraciəti əsasında toplanmış material üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyan 35 manat təşkil etdiyindən naməlum şəxsin əməlində c cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, naməlum şəxs(lər)in şəxsiyyəti müəyyən edilməklə barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin polis sahə inspektoru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 04 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X1 RPİ-nin 11-ci PB-na ərizə ilə müraciət edərək, 17 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxslərin yaşadığı mənzildən 01 ədəd 20 manat dəyərində “GETEL” markalı ***-***-**-** nömrəsi ilə işlək vəziyyətdə olan mobil telefonu və 01 ədəd 15 manat dəyərində bijuteriya üzüyünün oğurlanmasını və ümumilikdə ona 35 manat ziyan dəydiyini bildirmişdir. Araşdırma nəticəsində oğurluq edən şəxsin Şəxs Allahverən oğlu olduğu müəyyən edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan əşyalar oğurluq edən şəxsdən götürülmüş və sahibinə qaytarılması üçün X7 ilə əlaqə saxlanılsa da o, bölməyə gəlməkdən imtina etmiş və buna görə də onun bu iş üzrə şikayətçi olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs Allahverən oğlu öz izahatında göstərmişdir ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 1 ailəsi ilə birlikdə yaşayır. 17 iyul 2021-ci il tarixdə X3 həyətində olan zaman pəncərənin açıq olduğunu və otaqda işıq yandığını görmüş və evə daxil olaraq ordan ordan bir ədəd sadə mobil telefon və bir ədəd bijuteriya üzüyü götürmüş və telefonu X8 adlı şəxsə 10 manata satmışdır. Hadisənin üstü açıldıqdan sonra həmin mobil telefon və bir ədəd bijuteriya üzük sahibinə qaytarılması üçün polisə təhvil verilmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və işə baxılması mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 11-ci PBnə qaytarılmalıdır. Belə ki, inzibati icraat zamanı iş üzrə zərərçəkmiş şəxs polis bölməsinə dəvət edilməmiş, oğurlanmış əşyalar ona təqdim edilməmiş, zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə qarşı şikayətinin olub-olmaması barədə ərizəsi alınmamışdır ki, bununla da İXM-nin 39.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsində göstərir ki, Bu Məcəllənin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 119.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bütün bu yuxarıda gösətrilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 119-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Allahverən oğlu barəsində Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin polis sahə inspektoru, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən tərtib edilmiş inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1230/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1230/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver