Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1230/2022 11.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, X1 etibarnamə üzrə nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində 11 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4603/22 saylı 01 iyun 2022-ci il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4603/22 saylı, 01 iyun 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs qızı zinət əşyalarının dəyəri qismində 2500 manat pulun tutularaq iddiaçı X5 ödənilməsi, ünvan 2 ünvanında yerləşən əşyaların; soyuducu - 500 manat dəyərində; paltaryuyan maşın - 1000 manat dəyərində, ətçəkən maşın-50 manat dəyərində, elektrikli soba-50 manat dəyərində, tozsoran-50 manat dəyərində, elektrikli somavar-50 manat dəyərində, ütü-30 manat dəyərində, ütü masası-20 manat dəyərində, çilçıraq-50 manat dəyərində, cuğun-01 ədəd-10 manat dəyərində, qazan-02 ədəd-40 manat dəyərində, açılmamış qaşıq dəsti-01 ədəd-50 manat dəyərində, Padnos- 06 ədədli-40 manat dəyərində, Süfrə 8 metrəlik-24 manat dəyərində, Dəsmal-25 ədəd-100 manat dəyərində, Servis dəsti-06 nəfərlik-250 manat dəyərində, 06 ədəd kasa-30 manat dəyərində, 24 ədəd boşqab dəsti-45 manat dəyərində, 8 ədəd stəkan, 14 ədəd nəlbəki, 4 ədəd çaynik, 06 ədəd su stəkanı-5 manat dəyərində, 01 ədəd xrustal stəkan, 02 ədəd xrustal qənd qabı-20 manat dəyərində, 02 ədəd xrustal meyvə qabı-100 manat dəyərində, 02 ədəd xrustal kül qabı-10 manat dəyərində, 06 ədəd rumka-30 manat dəyərində, 06 ədəd stəkan və qrafini-30 manat dəyərində, 08 ədəd qəndqabı, 02 ədəd sarı qəndqabı, 06 ədəd duzqabı və 06 ədəd limon qabı-10 manat dəyərində, güldan-30 manat dəyərində, komot bəzəyi-100 manat dəyərində, 02 ədəd meyvə qabı-30 manat dəyərində, tort qabı-20 manat dəyərində, tort bəzəyi-20 manat dəyərində, 02 ədəd ləbləbi qabı-20 manat dəyərində, 02 ədəd xalça-300 manat dəyərində, 02 ədəd kapsella pərdə-100 manat dəyərində, şüşəbənd üzlüyü-50 manat dəyərində, taxt üzlüyü-80 manat dəyərində, tək adyal-20 manat dəyərində, 03 ədəd döşək-120 manat dəyərində, 4 ədəd yorğan-160 manat dəyərində, 10 ədəd nimdar-100 manat dəyərində, 04 ədəd yastıq-80 manat dəyərində, 01 dəst divan üzlüyü-50 manat dəyərində, döşək üzyülü-02 dəst-30 manat dəyərində, servant komodu ilə birlikdə, 06 ədəd stul, 01 ədəd stol, 01 ədəd tək kravat, divan kreslo dəsti, 02 ədəd jurnalni stol, termo, şfaner,taxt kravat-taxt döşəyi-100 manat dəyərində, 02 ədəd taxt tunbası, mebel sandığı-50 manat dəyərində olan cehiz əşyalarının cavabdeh Şəxs alınaraq X5 qaytarılması qət edilmişdir. Yuxarıda göstərilən əmlaklarından hər hansı biri mövcud olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçı X5 verilməsi, iş üzrə ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. İcra vərəqi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Qeyd olunan əşyalar hal-hazırda mövcud olmaqla borclunun evində saxlanılır, həmin əşyalar müvafiq siyahıya alınaraq müvəqqəti saxlanılması üçün borcluya təhvil verilmiş və tələbkara təklif edilmişdir ki, həmin əşyaları gəlib götürsün. Lakin hal-hazıradək həmin əşyalar tələbkar tərəfindən götürülməmişdir. Lakin borclu bu günədək apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş qızıl zinət əşyalarının dəyəri kimi müəyyənləşdirilən 2500 manat məbləğdən heç bir ödəniş etməmiş və icra məmurunun qanuni tələblərini yetirməmiş, bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 11 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X1 etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, Şəxs kifayət qədər maddi imkana olmaqla fərdi təsərrüfata malikdir və kifayət qədər mal-qarası vardır. Lakin qətnamənin icrasından xeyli müddət keçsə də borclu heç bir ödəniş etməmiş və bu ödənişi etməyə hər hansı bir formada cəhd belə göstərməmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə qətnaməsində göstərilən əşyaları ancaq borclu tərəfindən qızıl zinət əşyalarının dəyəri kimi müəyyənləşdirilən 2500 manat ödənildikdən sonra götürəcəkdirlər. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqindən xəbəri vardır. Hal-hazırda mal-qara saxlamaqla fərdi əməklə məşğul olur, daimi gəliri yoxdur və işdən əldə etdiyi qazanc kifayət qədər olmadığından onun ehtiyaclarını ödəmir. Buna görə də qeyd olunan borcu ödəməkdə çətinlik çəkir. O, imkan yaradılacağı təqdirdə növbəti aydan hər ay 50 manat məbləğində ödənişlər edərək borcu bağlayacağını bildirmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə qətnaməsində göstərilən əşyalar onun evində olmaqla saxlanılır və tələbkar istənilən vaxt gəlib həmin əşyaları götürə bilər. Odur ki, bütün bunların nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, tələbkarın nümayəndəsinin və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs fərdi təsərrüfata malik olmaqla müəyyən gəlirə də malikdir. Borclunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 11 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hazırki işə görə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi qaydada işləməməklə müvafiq gəlirə malik olmasını təsdiq edəcək hər hansı bir sübutların olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1230/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1230/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver