Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1232/2021 29.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 24 avqust 1980-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İmişli rayon Məhkəməsinin 2(036)-058/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X10 protokolu müdafiə edərək bildirmişdir ki, İmişli rayon Məhkəməsinin 2(036)-058/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən 04 dekabr 2011-ci ildə anadan olmuş X2 və 11 fevral 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Şəxs qazancından 11 dekabr 2019-cu il tarixdən etibarən hər bir uşağa görə 170 AZN sabit pul məbləğində, ümumilikdə 340 AZN sabit pul mənləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Şəhər Apellyasiya Məhkəməsinin 2(106)-2145/2021 saylı 09 sentybar 2021-ci il tarixli qətnaməsinə əsasən İmiş rayon Məhkəməsinin 2(036)-058/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, tərəflərin birgə 04 dekabr 2011-ci ildə anadan olmuş X5 və 11 fevral 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla cəmi 240 manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Cavabdeh İmişli rayon Məhkəməsinin 2(036)-58/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən 6800 azn aliment borcundan 2300 manat ödəmiş və qalıq borcu 4500 manat təşkil edir. Şirvan Şəhər Apellyasiya Məhkəməsinin 2(106)-2145/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən isə bu borcun məbləği azalaraq 2500 manat təşkil edir. İmişli rayon Məhkəməsinin 2(036)- 58/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə 30 apreldə göndərmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Bundan sonra borclu 01 apreldən etibarən hər ay 400 manat ödəniş etməyə başlamışdır. O cümlədən bu gün, yəni məhkəmə prossesi gedən ərəfədə borclu aliment borcundan daha 500 manat ödəniş etmişdir. Hal-hazırda borclu tələbkara İmişli rayon Məhkəməsinin 2(036)-58/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən 4500 manat məbləğində aliment borcunu ödəməmişdir. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 29 sentyabr 2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, hazırki məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara məlumat verilsə də tələbkar X6 rayonda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bilirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır, 2006-cı ildən “Azərsun” Holdinqdə çilingər vəzifəsində işləyir və aylıq əməkhaqqısı 500 manata yaxındır. İmişli rayon Məhkəməsinin 2(036)-058/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən, 04 dekabr 2011-ci ldə anadan olmuş X2 və 11 fevral 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Şəxs qazancından 11 dekabr 2019-cu il tarixdən etibarən hər bir uşağa görə 170 AZN sabit pul məbləğində, ümumilikdə 340 AZN sabit pul mənləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Şəhər Apellyasiya Məhkəməsinin 2(106)-2145/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İmişli rayon Məhkəməsinin 2(036)-058/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, 04 dekabr 2011-ci ildə anadan olmuş X5 və 11 fevral 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla cəmi 240 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. O aliment borcunu ödəməkdən heç vaxt yayınmamışdır. Belə ki, İmişli rayon Məhkəməsinni qətnaməsi 11 fevral 2021-ci il tarixdə çıxarılsa da alimentin tutulması 11 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Buna görə də ondan asılı olmayan səbəblərə görə xeyli miqdarda aliment borcu yaranmışdır. Həmin qətnamə isə icra olunması üçün əvvəlcə İmişli rayon İcra şöbəsinə göndərilsə də həmin şöbədən ona heç bir məlumat verilməmişdir. Qətnamənin icrası ilə bağlı Qaradağ rayon İcra şöbəsindən 30 aprel 2021-ci il tarixdə ona məlumat verilmişdir. Budan sonra o, aprel ayı da daxil olmaqla hər ay əmək haqqısının 400 manatını aliment borcuna vermişdir. O, öz izahatında daha sonra göstərmişir ki, İmişli rayon məhkəməsinin qətnaməsindən alimentə aid hissədə apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 09 sentybar 2021-ci il tarixli qətnaməsi ilə alimentin məbləği azaldılaraq hər uşaq üçün 120 manat müəyyən edilmişdir. İndiyidək aliment borcunu hər ay vaxtlı-vaxtında ödəmişdir. Bundan başqa hazırda yəni bugün məhkəmə iclası zamanı da tələbkara 500 manat aliment ödənişi etmişdir. Bundan sonra da aliment borcundan hər ay 400-500 manat olmaqla ödəniş edəcəkdir ki, yığılmış borc da silinsin. Rəsmi iş yerindən aldığı əmək haqqından əlavə digər hər-hansı bir gəlirə və ya qazanca malik deyildir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra yığılmış aliment borcu da kifayət qədər azalacaq və yığılıb qalmış aliment borcunu qısa müddətdə ödəyəcəkdir. Odur ki, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, alimenti ödəməkdən qəsdən yayınmamasını və icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməsinin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış aliment borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də hazırki məhkəmə proessesi gedişatında o tələbkarın xeyrinə daha 500 manat aliment borcundan ödəniş etməsinə dair "xxxx" ASC-dən qəbzi təqdim etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1232/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1232/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver