Məhkəmə qərarları › İş №3(002)-1232/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1232/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1232/2022 11.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nın polis sahə inspektoru, polis mayoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakıları ilə, xx xxx 1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PB-nın sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 11 oktyabr 2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 11 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən Şəxs 28 avqust 2022ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində dayanacaqda yatan X4 məxsus içərisində şəxsi sənədlər və 380 manat olan pul kisəsini, dəyəri 20 manat olan “Nokia” markalı mobil telefonu oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PB-nın sahə inspektoru, polis mayoru X3 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X6 29 avqust 2022-ci il tarixdə sərxoş vəziyyətdə polis bölməsinə yaxınlaşaraq özünə məxsus mobil telefonun və pul kisəsinin oğurlanması barədə məlumat vermiş, bu məlumatdan sonra 10-cu PB-nın əməkdaşları tərəfindən təhqiqatın aparılması məqsədilə ərazidə olan müşahidə kameralarına baxılmışdır. Həmin görüntülərdən aydın olur ki, Şəxs 28 may küçəsində yerləşən dayanacaqda X2 yatmasından istifadə edərək həmin dayanacağa yaxınlaşmış, sonra isə həmin yerə gəldiyi “VAZ 2106” markalı nəqliyyat vasitəsinə əyləşərək hadisə yerindən uzaqlaşır. X5 polis bölməsində olarkən şifahi olaraq hadisəni törətdiyini etiraf etsə də, izahat verməkdən imtina etmişdir. Bütün qeyd etdiklərinin nəzərə alınaraq sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X6 öz izahatında göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə tanışı ilə spirtli içki qəbul etdikdən sonra gecə yarısı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən dayanacağa gəlmiş, kirayə yaşadığı Yasamal rayonuna getmək üçün yol maşını gözləmiş, bu zaman dayanacaqda yatıb qalmış, gecə saat 05:00 radələrində ayılan zaman özünə məxsus, içərisində 380 manat pul, sürücülük və şəxsiyyət vəsiqələri və bank kartları olan pul kisəsinin və Nokia markalı mobil telefonun cibində olmadığını müəyyən etmişdir. Buna görə də 29 avqust 2022-ci il tarixdə 10-cu Polis Bölməsinə yaxınlaşaraq qeyd olunan talama hadisəsi haqqında məlumat vermişdir. Hal-hazırda ona vurulmuş ziyandan heç bir ödəniş edilməmiş və buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən iki ay bundan qabaq istifadəsində olan “VAZ 2106” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gecə saatlarında Lökbatan qəsəbəsi, 28 may küçəsi, üzü Xəyalın dairəsi adlanan istiqamətdə hərkətdə olarkən 28 may küçəsində yerləşən dayanacaqda bir nəfər tanıdığı, lakin adını bilmdəyi bir şəxsin yatdığını görmüş, həmin şəxsə yaxınlaşıb onun cibindən pul kisəsini və Nokia markalı mobil telfonu götürmüşdür. O təkrar idarə etdiyi avtomobilə əyləşərək oğurladığı pul kisəsindən cəmi 65 manat götürərək qalan pulu və sənədləri pul kisəsi ilə birlikdə onunla maşında olan digər iki nəfərə vermişdir. Həmin şəxsləri çoxdan tanımaqla, onlarla birlikdə narkotik vasitədən istifadə edir və həmin şəxslərin ev ünvanlarını da tanıyır. Lakin həmin şəxslər “oğru aləmi”nin adamları olduğu üçün onlar çəkinir. O, hazırda törətdiyi əməldən peşiman olduğunu, ona vaxt veriləcəyi təqdirdə oğurladığı pulu və sənədləri həmin şəxslərdən alaraq sahibinə qayatara biləcəyini bildirərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, daxil olmuş materialı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edirki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında oğurluq hadisəsini törədərkən onunla birlikdə avtomobildə daha iki nəfər tanıdığı şəxsin olduğunu, oğurladığı pulun əsas hissənin və götürülmüş sənədlərin həmin şəxslərdə olduğunu qeyd etsə də 10-cu PB-da iş araşdırılarkən bu xüsusutlarla bağlı heç bir araşdırma aparılmamış, nəticədə zərərçəkmiş X4 dəymiş ziyanın ödənilməsi və rəsmi sənədlərinin özünə qaytarılması istiqamətində heç bir addım atılmamışdır. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Eyyubov Vüqar tərəfindən tərtib edilmiş 11 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ raton prkuroruna göndərilməsi, qərarın surətinin X4 göndərilməsi, qəbul edilmiş qərarın surətinin X4 məxsus pul kisəsini və mobil telefonu oğurlayan Şəxs İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 10-cu PB-na təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli, AZ ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs 11 oktyabr 2022-ci il tarixdə, 00:30-da inzibati qaydada tutulmuş, 11 oktyabr 2022-ci il tarixdən, saat 15:00-da isə tutmadan azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan yenidən araşdırılması məqsədilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar