Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1232/2023 21.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 03 iyun 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə rəsmi işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X6, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-962/2021 saylı, 15 aprel 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 962/2021 saylı, 15 aprel 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 05 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11157,12 ABŞ dolları əsas borc, 10246,18 ABŞ dolları fazi borcu, 200 ABŞ dolları cərimə, 1083,45 ABŞ dolları məbləğində 05 mart 2019cu il tarixdən 11 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesbalanmış məbləğ olmaqla, cəmi 22686,75 ABŞ dolları məbləğində borc pul vəsaiti (icra gününə Azərbaycan manatına olan məzənnə ilə) və 22 (iyirmi iki) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 18 may 2021-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Bundan əlavə borcluya məxsus 055 326 69 29 nömrəsinə 03 iyun 2021-ci il tarixdə sms bildiriş göndərilməklə Qaradağ rayon İcra Şöbəsinə çağırılmışdır. Həmçinin həmin nömrəylə əlaqə saxlayaraq ona banka olan borcunun ödənilməsi bildirildikdə o heç bir borcunun olmadığını və heç bir ödəniş etməyəcəyini bildirmişdir. Borclunun yerinin müəyyən edilməsi mümkün olmadığından 05 iyul 2021-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş və Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. 21 iyun 2023-cü il tarixdə borclu X1 RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən Qaradağ rayon İcra Şöbəsinə təqdim olunmuşdur. Borclu inidiyədək borcundan heç bir ödəniş etməmiş və nəticədə bu günə 22686,75 ABŞ dolları məbləğində borc və 22 manat dövlət rüsumu yığılmışdır. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 21 iyun 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hal hazırda ailəli olmaqla heç bir yerdə işləmir, borcundan və barəsində çıxarılan məhkəmə qətnaməsindən əvvəllər xəbəri olmamışdır. Belə ki, bir neçə il bundan qabaq keçmiş “Nikoil Bank”, indiki "xxxx"dan atasına “Seat” markalı avtomobili kreditlə götürmüşlər. Avtomobilə ilkin ödəniş və iki aylıq ödəniş etdikdən sonra devalivasiya baş vermiş, nəticədə maddi imkansızlıqları səbəbədindən avtomobli qaytarmaq qərarına gəlmişlər. Həmin vaxt özünü bankın işçisi kimi təqdim edən əməkdaş ondan avtomobili geri qaytarmasını bildirmiş və bununla da kredit müqaviləsinə son qoyulacağını qeyd etmişdir. O hüquqi savadı olmadığından avtomobili həmin əməkdaşa etibarnamə əsasında təhvil vermiş və arxayın olmuşdur ki, banka hər hansı borcu yoxdur. 2021-ci il təxminən iyun ayında Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadə ona zəng vurub borcu olmasını və məhkəmə qətnaməsini icra etməli olduğunu bildirdikdə o banka heç bir borcunun olmadığını demişdir. Yalnız indi ona məlum olur ki, bank tərəfindən bu şəkildə aldadılmış və guya 22686,75 ABŞ dolları məbləğində yaranmışdır. Halbuki o yuxarıda qeyd etdiyi “Seat” markalı avtomobili geri qaytarmışdır. Hal-hazırda borcundan ödəniş etmək üçün heç bir imkanının olmadığını, məhkəmə qətnaməsinin onun iştirakı olmadan və əsassız qəbul edildiyini bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan 2021-ci ilin iyun ayından xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Eləcə də barəsində çıxarılmış məhkəmə qətnaməsini hal-hazıradək mübahisələndirməmişdir. Bundan başqa icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 21 iyun 2023-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini və hər hansı bir gəlirə və qazanca malik olmasına dair sübutun olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1232/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1232/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver