Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1233/2023 10.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, massiv 2, Abbasqulu Abbaszadə küçəsində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Qaradağ rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 may 2023-cü il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-nin qarşısında idarə etdiyi “Toyota Prius” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X2 məxsus “Opel Astra” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla əlaqədar Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nin polis baş leytenantı X1 tərəfindən 14 iyun 2023-cü il tarixdə Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü, 62.4-cü və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materiallara işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını, inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sübutları Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsində nəzərdə tutulan qaydada qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, ona görədə o, bu maddələrin sanksiya çərçivəsində inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır və onun məsuliyyətini ağırlaşdıran halların olmamasını müəyyən edilir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1233/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1233/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver