Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1235/2023 10.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikasın Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin Təhqiqat bölməsinin rəisi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallar və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci bölmədən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/002597 saylı raportun icrası ilə əlaqədar tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, X3 yerləşən “X5 and Rings Trading” şirkəti tərəfindən Sumqayıt şəhəri Avtovağzal ərazisi, ev Sülh Plaza otaq 306 qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 12E32910/12E33010 nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərində olan YMLU ******* nömrəli konteynerdə göndərilmiş və xx.xx.2023-cü il tarixdə adı qeyd olunan hüquqi şəxs tərəfindən Sumqayıt Gömrük İdarəsində **********5881 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda bəyan edilmiş “avtomobillər üçün təzə pnevmatik rezin şinlər'’ və “təkər diskləri” yükünə Bakı şəhəri, Qaradağ rayonu (Xocəsən yolu) “Xocəsən” gömrük terminalında xx.xx.2023-cü il tarixdə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı yükü müşaiyət edən sənədlərdə - 87382 nömrəli CMR, “86803” nömrəli invoys, ‘‘**********5881” sorğu nömrəli gömrük bəyannaməsində göstərilənlərlə konteynerdə olan “avtomobillər üçün təzə rezin şinlər” və “təkər diskləri” yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən qeyd olunan gömrük bəyannaməsində və heç bir mal müşayiət sənədində qeyd edilməyən mənşə ölkəsi Çin Xalq Respublikasına məxsus olan, 8 ədədi 195.65.15 ölçülü “TRACMAX" markalı və 6 ədədi 205.65.15 ölçülü “JOYROAD’’ markalı olmaqla cəmi 14 ədəd “təzə pnevmatik rezin şinlər” və 3 ədəd universal 16 düyümlü rezin şinlər üçün disklər aşkar olunmuşdur. İnzibati araşdırma zamanı toplanmış materiallara əsasən 08 iyul 2023-cü il tarixli 1500-013/0xx-xx/001179 nömrəli məktubla məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi”nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”ndən Sumqayıt Gömrük İdarəsinə daxil olmuş 14 iyun 2023-cü il tarixli 9/4430 №li ekspertiza rəyinə əsasən ekspertiza tədqiqatına mənşə ölkəsi Çin Xalq Respublikasına məxsus olan, 8 ədədi 195.65.15 ölçülü “TRACMAX” markalı və 6 ədədi 205.65.15 ölçülü “JOYROAD” markalı olmaqla cəmi 14 ədəd “təzə pnevmatik rezin şinlər” və 3 ədəd universal 16 düyümlü rezin şinlər üçün disklər təqdim edilmişdir. Aparılmış tədqiqat nəticəsində, Bakı şəhəri ticarət şəbəkələrində mövcud olan qiymətlərə əsasən təqdim edilmiş mənşə ölkəsi Çin Xalq Respublikasına məxsus olan, 8 ədədi 195.65.15 ölçülü “TRACMAX” markalı və 6 ədədi 205.65.15 ölçülü "JOYROAD” markalı olmaqla cəmi 14 ədəd “təzə pnevmatik rezin şinlər” və 3 ədəd universal 16 düyümlu rezin şinlər üçün disklər yükünün xx.xx.2023-cü il tarixinə olan orta bazar qiyməti təxminən 1070,00 (bir min yetmiş) manat müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasın Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin Təhqiqat bölməsinin rəisi X2 protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs MMC Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malları düzgün bəyan etməmiş, yəni gömrük bəyannaməsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, mallar barədə düzgün olmayan məlumatları göstərmişdir, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsilə düzgün tövsif edilmişdir və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs MMC-nin ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, malların dəyərinin, yəni 1070 (bir min yetmiş) manat məbləğin 30 (otuz) faizi miqdarında, yəni 321 (üç yüz iyirmi bir) manat miqdarda cərimə edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən – 50 (əlli) manat Şəxs MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1235/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1235/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver