Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1237/2021 02.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Axundov Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 07.12.1984-cü ildə Biləsuvar rayonu, Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM-nin) 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş 02 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 02 oktyabr 2021-ci il tarixdə saat 03:00-radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsi, ərazisində yerləşən BDYP-nin 6-cı tağım YPX-nin 719 saylı stasionar postunda xırda xuliqanlıq hərəkətlərinə yol verərək, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsin sahə inspektoru, polis baş leytenantı X2 tərtib etdiyi protokolu müdafiə etdiyini qeyd edib, çıxışında bildirmişdir ki, Şəxs 02 oktyabr 2021-ci il tarixdə saat 03:00-radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsi, ərazisində yerləşən BDYP-nin 6-cı tağım YPX-nin 719 saylı stasionar postunda BDYP-nın 6-cı tağım YPX-nın baş inspektoru Fariz Həsənovun ünvanına nəlayiq söyüşlər söyərək onu təhqir edərək xırda xuliqanlıq etmişdir. Göstərilənlərə əsasən, H.Quliyeva barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilərək baxılması üçün adiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bildiyini qeyd edib, izahatında bildirmişdir ki, o, 02.10.2021-ci il tarixdə bakı şəhərindən rayon istiqamətinə gedən zaman Qobustan qəsəbəsi ərazisində yerləşən Yol Patrul Xidməti ona məxsus olan avtomobili ayıq sürücü idarə edən zaman postun yük maşınları üçün nəzərdə tutulmuş istiqamətdə hərəkət edən zaman yolun nahamar olması səbəbindən maşının alt hissəsini maneədən yaxın keçmiş, həmin vaxt postda olan polis əməkdaşı onlara yaxınlaşan zaman maşından düşərək ünvansız olaraq nalayiq ifadələr işlətmişdir. Həmin vaxt sərxoş olduğunu, tutduğu əməldən səmimi peşman olduğunu bildirdi .Son olaraq məhkəməyə müraciət edib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş: 02.10.2021-ci il tarixli MN ******* № li inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, 02.10.2021-ci il tarixdə saat 03:00 radələrində BDYP-nin 6-cı tağım YPX-nin 719 saylı stasionar postunda vətəndaş Şəxs xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. 02.10.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs, 02.10.2021-ci il tarixdə saat 06:15 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən inzibati qaydada tutulmuşdur. İXM-nin: 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində icraat aparılan şəxsin səmimi peşman olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İXMnin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 33, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №3(002)-1237/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1237/2021
02.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver