Məhkəmə qərarları › İş №3(002)-1237/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1237/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1237/2025 30.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R.R.Əliyev Bakı şəhəri Yasamal Rayon prokuroru, baş ədliyyə müşaviri X6 22 aprel 2025-ci il tarixli 25-1-2-2/321-2276-1 saylı Qərarını rəhbər tutaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 05 may 2025-ci il tarixli MN № ******* Qərar qəbul etmişdir. Həmin qərara əsasən o, fiziki şəxs kimi 3.000(üç min) manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında 05 may 2025-ci il tarixli MN № ******* Qərarın surəti ona həmin gün təqdim edilməmiş, yalnız nümayəndəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsindən tələb etdikdən sonra 08 may 2025-ci il tarixdə həmin qərar təqdim edilmişdir. Eyni hadisə ilə əlaqədar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 3(002)-739/2025 saylı qərarı ilə "xxxx" MMC (VÖEN: **********) hüquqi şəxs kimi 20.000(iyirmi min) manat məbləğində cərimə olunmuşdur. Yəni, eyni hadisəyə görə həm rəhbərlik etdiyi hüquqi şəxs, həm də özü cərimə olunmuş, bu isə qanunvericiliyin tələbinə və prinsiplərinə ziddir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R.Əliyevin 05 may 2025-ci il tarixli, MN № ******* saylı, 08 may 2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş İnzibati tənbeh vermə haqqında qərarı qeyri-obyektivdir, qərəzlidir, əsassızdır, ədalətsizdir, qanunsuzdur, subyektivdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş bu səbəbdən ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati tənbeh haqqında Qərarın təsviri əsaslandırıcı hissəsində "xxxx" MMC-i ilə X12 arasında 27 yanvar 2025-ci il tarixli 01/25 saylı Xidmət Müqaviləsi bağlanmışdır. X4 ilə qanunvericiliyin tələblərinə uyğun əməkdaşlıq münasibətləri mövcud idi. Hüquqi şəxs üçün hər hansı bir fiziki şəxslə əmək müqaviləsi və ya xidməti müqavilə bağlamaq elə də fərq etmir. X13 ilə imzalanan Xidməti müqavilənin 1 saylı əlavəsində xidmətin təsviri geniş formatda əks olunmuş və həmin sıyahı üzrə "Sifarişçi" yəni "xxxx" MMC-i demək olar ki, istənilən tapşırığı vermək hüququna malikdir və İnzibati tənbeh vermə haqqında Qərarda göstərildiyi kimi "Korporativ satış şöbəsinin rəhbəri" vəzifəsinin icrasına L.Q.Hüseynzadəni cəlb etməyə tamamilə ehtiyac duyulmurdu. Yəni onunla və L.Hüseynzadə arasında nəinki hüquqi, heç faktiki hüquq münasibətləri bir anlıq da olsun yaranmamışdır. Dispozisiyadan da görünür ki, işəgötürən və işçi arasında ən azı formal da olsa əmək münasibətlərinin rəsmiləşdirilməsi prosesi başlanmalı idi. Əmək müqaviləsinin bağlanması və müvafiq alt-sistemində yerləşdirilməməsi, yaxud ən azı əmək müqaviləsinin layihəsinin tərəflərdən biri tərəfindən imzalanması. Bunu biz görmürük görə də bilmərik. Yuxarıda qeyd etdiyim kimi, L.Hüseynzadə ilə artıq 27 yanvar 2025-ci il tarixli 01/25 saylı Xidmət Müqaviləsi mövcuddur. L.Hüseynzadə ilə nə hüquqi, nə də faktiki əmək münasibətləri mövcud olmamış və o, hər hansı vəzifənin icrasına cəlb olunmamış ona görə ki, sonuncu əsasən distant olaraq xidmət göstərmiş və ofisə nadir hallarda gəlmişdir. Bununla yanaşı virtual "Korporativ satış şöbəsinin müdiri vəzifəsi "xxxx" MMC-də ümumiyyətlə mövcud deyil. Mövcud olmayan vəzifənin hüquq və vəzifələri müvafiq əmrlə müəyyən edilməmiş L.Hüseynzadəni həmin vəzifəsinin icrasına necə cəlb etmək olar? Aparılmış araşdırma və təhlil göstərmişdir ki, tərəfindən nəinki inzibati xəta törədilmiş, ümumiyyətlə inzibati xəta hadisəsi belə olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir Proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar hazırki iclasda iştirak etməmiş, məhkəmə iclasına gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdirlər. Bu səbəbdən məhkəmə iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş şikayət vermiş şəxsin vəkili Vəkil çıxışı zamanı bildirmişdir ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarı səlahiyyətli şəxs tərəfindən qəbul edilməmişdir. Bundan əlavə, hüquqi şəxsin inzibati araşdırma zamanı iştirakı təmin edilməmişdir. Belə ki şəxs cinayət işinə istinadən təqsirli bilinə bilməz, inzibati araşdırma individual qaydada aparılmaqla, ayrıca araşdırılıb, sübuta yetirilməli idi. Lakin burada Ramil Seyfəddinli yalnız prokurorluğun araşdırması nəticəsində təqsirli bilinib. Prokurorluğun inzibati icraata başlanması qərarı hüquqi şəxsə münasibətdədir. İnzibati xəta haqqında araşdırmaya preyudisial əhəmiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X17 izahatında bildirmişdir ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 fevral 2017-ci il tarixli, 1256 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsinə əsasən X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarı səlahiyyətli şəxs tərəfindən qəbul edilmişdir və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın preyudisial əhəmiyyəti mövcuddur. Odur ki, məhkəmədən şikayətin rədd edilməsini, qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X8 tərəfindən verilmiş şikayət rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X7 izahatından görünür ki, o, əvvəllər “166 yük daşıma xidmətinin” satış şöbəsində işləmişdir. "xxxx" MMC tərəfindən həmin şirkətdə də satış rəhbəri vəzifəsinə dəvət olunub. xx.xx.2025-ci il tarixdən o "xxxx" MMC-də faktiki olaraq fəaliyyətə başlamışdır. Kollektivə və müştərilərə korporativ satış şöbəsinin rəhbəri kimi təqdim edilsə də əməkdaşlığı qısa müddətli olduğunu nəzərə alaraq onunla 01/25 saylı, 27 yanvar 2025-ci il tarixli xidmət müqaviləsi imzalanmışdır. Lakin reallıq ondan ibarət olmuşdur ki, şirkətə gəldiyi ilk gündən etibarən o paralel olaraq “korporativ satış şöbəsinin rəhbəri” kimi fəaliyyətə başlayaraq rəhbərliyin tapşırığı ilə ilk növbədə yeni müştərilərin "xxxx" MMC-yə cəlb edilməsi ilə məşğul olmuşdur. Bununla bağlı ona müvafiq inventar (notebook, telefon, sim kart) ayrılmış, həmçinin müştərilərlə əlaqələrin qurulması üçün mail ünvanı və vizit kartlar təqdim edilmişdir. Yeni müştərilərin cəlb olunması ilə bağlı "xxxx" MMC-nin təsisçisi Sahil Əliyev və MMC-nin direktoru Ramil Seyfəddinli tərəfindən ona bir başa tapşırıqlar verilmişdir. Ona əmək və ya mülki müqavilə bağlanmasını "xxxx" MMC tərəfindən təklif edilib, əvəzində ona aylıq beş min manat əməkhaqqı ödəniləcəyi bildirilib. Sonradan "xxxx" MMC-nin rəhbərliyi onun əvvəlki iş yerində olan müştəri bazasını ondan istədikdə o bu məlumatların konfidensial olduğunu bildirərək həmin məlumatları verməkdən imtina edib. Buna görə də "xxxx" MMC ona ödəməyə söz verdiyi əməkhaqqını ödəməyib. O, "xxxx" MMC-də satış şöbəsinin funksiyalarına aid vəzifələri yerinə yetirmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(002)-739/2025 saylı qərarı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-1437/2025 saylı qərarına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(002)-739/2025 saylı qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində tutulmuş inzibati xətanı törətməsi inzibati tənbeh vermə haqqında qərar, proses iştirakçılarının çıxışları və digər iş materialları ilə sübuta yetirilmiş və şikayətçi tərəfindən qeyd edilən pozuntunun törədilməməsini təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qərardan şikayət vermiş şəxsin izahatının X15 Xidmətinin Bakı şəhər İdarəsində alınmadan, hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi halda vəzifəli şəxs barəsində də tərtib edilməsi hallarına münasibətdə məhkəmə qeyd edir ki, eyni xəta üzrə izahatlar mövcud olduğundan, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna etmədiyi üçün məhkəmə iclasında təqdim edilən həmin dəlillər inzibati araşdırmanın səthi aparılması və ya qərarın ləğv olunmasına əsas kimi qiymətləndirilə bilməz. Hüquqi şəxs "xxxx" MMC təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - rəhbəri X8 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixdə 1 aylıq xidmət müqaviləsi bağlamış, X9 müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətlərlərdən kənar 27 yanvar 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi kimi şirkətə yeni müştərilərin cəlb edilməsi ilə bağlı işlərin görülməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olubolmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edirəm ki, şikayət təmin edilməməli, X8 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar