Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1238/2021 02.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Axundov Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 08 sentyabr 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 01 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27.08.2021-ci il tarixdə, saat 19:00-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi Meyvəli ticarət mərkəzində olan zaman tanımadığı şəxs vət. X2 yaxınlaşaraq ona məxsus kabrosunda 300 manat pul olan , X8 7 markalı telefonu danışmaq adı ilə alaraq, danışa-danışa bazarın çıxışına gedərək, ümumilikdə dəyəri 450 manat ziyan vurmaqla əmlakı oğurlamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru polis kapitanı X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından 08.09.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini qeyd edib, polis idarəsində verdiyi izahatında son vaxtlar maddi sıxıntıları olduğu üçün təxminən 2 ay əvvəl meyvəli bazarında əvvəlcədən bir yerdə işlədiyi Bəhruz adlı şəxsdən ona məxsus X8 7 markalı telefonu danışmaq adıyla alaraq çıxıb getdiyini və daha sonra telefonu 28 May metrosu yaxınlığında telefon mağazalarından birində 110 manata sataraq, borclarını qaytardığını bildirdiyini, əslində isə Bəhruzun ona borcu olduğundan telefonu onun özünün borcu qaytarana qədər ona veridiyini, o da həmi telefonu dostuna veridyini, hazırda da telefonun həmin dostunda olduğunu bilidrərək, son olaraq əməlindən səmimi peşmançılıq çəkdiyini, hal-hazırda Bəhruza dəymiş maddi ziyanı ödəməyə və onunla barışmağa hazır olduğunu qeyd edib, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclaısnda izahat verərək, Şəxs ilə bazarda işlədiklərini, orda işlədiyindən tanıdığını, bir dəfə də ondan 8 manat borc pul aldığını, indi də telefonu danışmaq adı ilə aldığını, lakin sonra yoxa çıxdığını, öz nömrəsi ilə də əlaqə saxlamağa çalışsa da, həmin nömrəyə cavab verilmədiyini, ona heç bir borcunun olmadığını, istədiyinin ona dəymiş ziyanı olaraq telefonun qaytarılamsının və 300 manat pulunun ona geri qyatarılması olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş B.O.İbrahimovun müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material aidiyyəti üzrə göndərilmişdir. 01 oktyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdə saat 20:00- dan məhdudlaşdırılmış, 02 oktyabr 2021-ci il tarixdə saat 09:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 27.08.2021-ci il tarixdə, saat 19:00-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi Müyvəli ticarət mərkəzində olan zaman vət. X2 yaxınlaşaraq ona məxsus kabrosunda 300 manat pul olan , X8 7 markalı telefonu danışmaq adı ilə alaraq, danışa-danışa bazarın çıxışına gedərək, ümumilikdə dəyəri 450 manat ziyan vurmaqla əmlakı oğurlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 02 oktyabr 2021-ci il saat 16:30-dan hesablanmalı, Şəxs 01 oktyabr 2021-ci il tarixdən 02 oktyabr 2021-ci il tarixədək tutulma altında saxlandığı cəmi 01 (bir) gün müddət ona təyin edilmiş həbs növündə tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün müddətində həbs növündə tənbeh tədbiri saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Şəxs 01 oktyabr 2021-ci il tarixdən 02 oktyabr 2021-ci il tarixədək tutulma altında saxlandığı cəmi 01 (bir) gün müddət ona təyin edilmiş həbs növündə tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün müddətində həbs növündə tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli 02 oktyabr 2021-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ RPİ-nə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №3(002)-1238/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1238/2021
02.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver