Məhkəmə qərarları › İş №3(002)-1239/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1239/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1239/2021 02.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “OKAY" MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, 29 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN - **********) İD ********** nömrəli 16 iyul 2021-ci il tarixli qərarda qeyd olunmuş müraciətlər əsasında idxal olunmuş müxtəlif növ qida məhsuallarının qida təhlükəsizliyi sertifikatı olmadan 16 avqust 2021-ci il tarixdə Qaradağ rayonu, Salyan şossesi, Lökbatan yolu 22 ünvanında yerləşən anbarda satmışdır. İş materiallarına əlavə edilmiş İD ********** nömrəli 16 iyul 2021-ci il tarixli “Qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında” Qərarda qeyd edilmişdir ki, Şəxs MMC tərəfindən idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı 14 yanvar 2021-ci il tarixdən 06 yanvar 2021-ci ilədək 24 müraciət edilmiş, həmin müraciətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qayadalarına”na və “Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa” müvafiq qaydada icraya götürülmüşdür. Müraciətlərin icra olunaraq sonlandırılması məqsədilə “Lisenziyalar və icazələr” haqqında Azərbaycan Respublikasının qanunun 18-ci və 19-cu maddələrinə əsasən icazənin verilməsinə görə qanunla dövlət rüsumunun (ödənişin) dənilməsi tələb olunur. Həmin qanunun 18.5-ci maddəsinə əsaəsn, dövlət rüsumu lisenziya və icazə verən orqanın (Agtentlik) verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilməli və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilməlidir. Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi üçün 31 mart 2021-ci il tarixdə, 12 aprel 2021-ci il və 13 aprel 2021-ci il tarixlərində X1 İnformasiya sistemi üzərindən ərizəçinin şəxsi ödənilmsəinə dair kabinetinə ödəniş bildirişi göndərilmişdir. Lakin ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə təqdim edilmədiyinə görə sözügedən qanunun 18-ci və 19-cu maddələrinin tələblərini pozulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq Şəxs MMC trəfindən 14 yanvar 2021-ci il tarixdən 06 yanvar 2021-ci ilədək 24 edilmiş müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhülkəsizliyi sertifikatları ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə “OKAY" MMC-yə bildiriş göndərilsə də, qeyd oluna təşkilatların nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə də məlumat təqdim edilməmişdir. Məhkəmə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, “OKAY" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən toplanmış inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov tərəfindən Şəxs MMC-yə ünvanlanmış 16 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Qanunda nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi üçün X2 İnformasiya sistemi üzərindən Şəxs MMC-nin şəxsi kabinetinə ödəniş bildirişi göndərilmiş, lakin MMC tərəfindən dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.. Beləliklə, məhkəmə “OKAY " MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, “OKAY " MMC hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar