Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-124/2021 05.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Sabirabad rayonu, Yastıqobu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Saatlı rayonu, Nərimankənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru X2 fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə xx.xx.2021ci il tarixdə MN No ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Protokol xx.xx.2021-ci il tarixli raporta əsasən tərtib edilmişdir. Protokola və raporta görə, Şəxs xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Chevrolet” markalı avtomobillə Qaradağ rayonu, Qobustan qəsəbəsində çöl yolu ilə rayondan şəhər istiqamətinə keçməyə cəhd etməklə karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bildi və izahatında göstərdi ki, ölkədə koronavirus epidemiyasının yayılmasına görə xüsusi karantin rejiminin tətbiqindən məlumatlı olmuşdur. Saatlı rayonu, Nərimankənd kəndində qeydiyyatdadır, himayəsində bir azyaşlı uşağı vardır. xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Chevrolet” markalı avtomobillə ailə üzvləri ilə birlikdə Saatlı rayonundan Bakı şəhərinə gələrkən polis əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində saxlanılmışdır. İdarə etdiyi avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmamış, avtomobildə yalnız onun ailə üzvləri olmuşdur. Həyat yoldaşı və qızı barəsində də inzibati xəta üzrə protokol tərtib edilmişdir, sorğu zamanı əməlini etiraf etmişdir, əməlindən peşmandır. Məhkəmə, izahatı dinləyib, inzibati xəta haqqında materialı tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, izahatdan, habelə iş materiallarında olan xx.xx.2021-ci il tarixli raport, xx.xx.2021-ci il tarixli inzibati tutma haqqında protokol, Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş MN No ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin yazılı izahatından aydın olur ki, Şəxs xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Chevrolet” markalı avtomobillə Qaradağ rayonu, Qobustan qəsəbəsində çöl yolu ilə rayondan şəhər istiqamətinə keçməyə cəhd etməklə karantin rejimi qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunan maddələrin tələblərini, inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, baş vermiş inzibati xəta hadisəsində təqsirinin dərəcəsini, onun ailə vəziyyətini, səmimi peşmançılığını, eyni zamanda inzibati xətalar qanunvericiliyinin vəzifələri ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 2ci maddəsinə əsasən əhalinin sanitariya-epidemioloji salamatlığının, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması zərurətini nəzərə alaraq məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 114- 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №3(002)-124/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-124/2021
05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver